“Xaricdəki soydaşlarımız Qarabağ mövzusunda kifayət qədər məlumatlandırılırlar”

 

İlahə Ələkbərova: “Yavaş-yavaş olsa da, biz öz tariximizin qanlı səhifələrini ruslara göstəririk, biz heç nədən çəkinmədən danışırıq”

 

Ümumrusiya Azərbaycanlılari Konqresinin (ÜAK) Mətbuat xidmətinin rəhbəri İlahə Ələkbərova ilə müsahibəni təqdim edirik

 

-Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərimizin nə kimi rolu var?

-Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılmasında gənclərimizin – yəni bizim çox böyük rolumuz var. Əminliklə demək olar ki, biz Azərbaycanın xaricdəki səsiyik. Bizim Rusiyada yaşayan gənclərimiz buranın cəmiyyətinə, mədəniyyətinə, təhsilinə tamamilə inteqrasiya ediblər. Məsələn, hər il keçirilən Beynəlxalq Gənc Jurnalistlər festivalında iştirak edirəm, amma artıq 3 ildir ki, mən istirakçı kimi yox, jüri kimi dəvət olunuram və festivalların birində bundan istifadə edərək “Dağlıq Qarabağ münaqişəsi haqqında nə bilirəm?” adlı nominasiya elan etdim. Nəzərinizə çatdırmaq istərdim ki, bu movzuda ruslar yazırdı. Bilirsiniz, gənc jurnalistlər necə də maraqlı məqalələr yazmışdılar. Axırda üç qalibə hədiyyə verdik, onların məqalələri Ümumrusiya Azərbaycanlılar Konqresinin qəzetində və saytında çap olunmuşdu. Mən bunu, ən azından, rus aləminə çatdırmaq məqsədilə etdim. Yəni bu, indiyə kimi etdiyim ən böyük layihələrdən biridir. Universitetimizdə tez-tez tədbirlər keçiririk. Keçən il Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş matəm tədbiri təşkil etmişdik. Tədbir çərcivəsində «Xocalıya ədalət» beynəlxalq kampaniyasının təqdimatı keçirildi. Heydər Əliyev Fondunun və CBC teleşirkətinin «Xocalı haqqında həqiqət» sənədli filmləri və hadisələrin şahidi – hərbi təyyarəçi Leonid Kravetsin AZƏRTAC informasiya agentliyinə verdiyi müsahibəsi nümayiş etdirildi. Mən imkan daxilində bizim mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı tək Rusiyada yox, bütün dünyada tanıdacağam.

-Gənclərimiz öz potensiallarından tam istifadə edirlərmi?

-Mən əminliklə deyə bilərəm ki, bizim Rusiyada yaşayan gənc həmyərlilərimiz çox istedadlıdırlar. Demək olar ki, hər bir sahədə onların uğurlarını müşahidə edirik bu çox sevindirici haldır. Cünki biz qədər yüksək səviyyədə yerləşsək o qədər yüksək səsimiz olacaq. Bu baxımdan deyə bilərəm ki, hər bir gənc əlindən gələni edir. Ona görə ki, potensiallarımızdan tam istifadə etməyimiz üçün çox böyük imkan şəraitlər yaradılıb. Misal üçün, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yaratdığı Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) gördüyü işlər çərçivəsində hər bir tələbə öz ideyalarını həyata keçirə bilər. Yəni hamımız hansısa universitetdə tələbəyik biz bu təhsil ocağında fərqli tədbirlər keçiririk. Təbii ki, bu işlərdə RAGB bizə çox böyük dəstək göstərir. Həmin tədbirlərə dost tanışlarımızı da dəvət edirik, onlar da öyrəndikləri məlumatları çəkdikləri şəkilləri sosial şəbəkələrdə öz profillərində paylaşırlar. Məncə, bu az deyil, yəni ən azından onların da başqa millətdən olan tanışları bizim tariximizi öyrənirlər.

-İnformasiya müharibəsində hansı yeni metodlardan istifadə etmək olar?

-Bu gün hər bir gəncin sosial şəbəkələrdə profili orada çoxsaylı dostları, tanışları var. Bu baxımdan, burada bəzi mövzulara aid şəkillər məqalələr paylaşmaq çox effektiv olardı ki, bizim rus, tatar, yəhudi, ukraynalı b. millətlərdən olan dostlarımız baxıb görsünlər. İnandırım sizi, onlar çox böyük maraq hörmətlə bizim mədəniyyətimizə, tariximizə, incəsənətimizə yanaşırlar. Yəni demək istəyirəm ki, indi yüksək texnologiyalar əsridir, ona görə aktiv şəkildə bütün gördüklərimiz işləri, bildiyimiz məlumatları internetdə paylaşmalıyıq ki, başqaları da görsünlər. Bu, məncə, ən effektiv metoddur.

-Xaricdə yetişən nəsil Qarabağ mövzusunda kifayət qədər məlumatlıdırmı?

-Xaricdə yaşadıqlarına baxmayaraq, bizim soydaşlarımız Qarabağ movzusunda kifayət qədər məlumatlandırılırlar. Bunda da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilənXocalıya ədalətbeynəlxalq kampaniyasının böyük rolu var, cünki həmin kampaniyanın çərçivəsində çoxsaylı tədbirlər keçirilir, jurnallar nəşr olunur, sayt işləyir. həmin o saytda Xocalı hadisələri ilə bağlı məlumatlar, ilkin mənbəyə əsaslanan tarixi faktlar, şahid ifadələri, nəşr kitablar, eləcə soyqırımı zamanı çəkilmiş foto videomateriallar yerləşdirilir. Qeyd etmək istərdim ki, bu sayt internet istifadəçilərinin kampaniyanın gedişatında iştirakına imkanlar yaradan interaktiv platformadır.

-ÜAK Qarabag həqiqətlərinin təbliği istiqamətində hansı islər görüb perspektivdə hansı layihələr var?

-Bu istiqamətdə gördüyümüz işlərin sayı çoxdur. Biz 20 Yanvar, Xocalı, 31 mart soyqırımına həsr olunmuş konfranslar, sərgi və seminarlar keçiririk. Misal üçün, hər il Moskvada “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun, RAGB və ÜAK-ın təşəbbüsü ilə tədbir keçirilir. Mərasimdə Rusiya ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, Rusiyada təhsil alan azərbaycanlı və əcnəbi gənclər iştirak edirlər, qonaqların sayı 1000-dən artıq olur. Bizim bütün regional bölmələrimiz öz şəhərlərində qanlı yaddaşa aid olan tədbirlər keçirirlər. Bu tədbirlərdə qubernatorlar belə, iştirak edirlər. «Xocalı» sözü həddi-hüdudu olmayan ədalətsizliyin və vəhşiliyin timsalıdır. Ona görə biz bu istiqamətdə fəaliyyətimizi dayandırmayacağıq və Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda davam edəcəyik. Məncə, gec-tez bizi eşidəcəklər. İşğala məruz qalan ölkənin təmsilçiləri kimi Rusiyadünya ictimaiyyətinə real vəziyyəti izah etmək üçün bütün imkanlardan istifadə etmişik, edirikbundan sonra da edəcəyik. Əgər Xocalı kimi faciələr unudulursa, bu, daha yeni fəlakətlərə və daha qorxunc faciələrə gətirib çıxara bilər.

-Amma biz, hələ də Qarabag mövzusunda Rusiya mediasına açıq yol tapa bilmirik...

-Bilirsiz, əslində, vəziyyət bu qədər də pis deyil. Bir müddət öncə “Komsomolskaya pravda” qəzetində “İddia müddəti yoxdur: Xocalı faciəsinin 25 illiyi” sərlövhəli məqalə dərc edilib. Məqalədə deyilir: “Hər il dünyada yaşayan bütün azərbaycanlılar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər. Tarixdə hər xalqın elə faciəsi var ki, onu unutmaq olmaz”.

Bildiyiniz kimi, bu qəzet Rusiyanın ən çoxtirajlı qəzetlərindən biridirbu da o deməkdir ki, milyonlarla oxucu Xocalı soyqırımı haqqında məlumatlandırıldı. Bəli, əvvəl bizi eşitmirdilər, lakin indi bu məsələ düzəlmək üzrədir.

Mən gənclərimizin də bu istiqamətdə fəaliyyətinin çox böyük rolunu qeyd etmək istərdim. Onların hər birinin öz ətrafında olan insanlara Qarabağ həqiqətlərindən danışması böyük uğurdur.

Bundan əlavə, müxtəlif tədbirlər, aksiyalar təşkil etməklə ölkəmizi təbliğ edirlər. Eləcə də mövcud reallığı dünyaya çatdırırlar. Bu o deməkdir ki, gənclərimiz düzgün məqsəd seçiblər.

-Ümumiyyətlə, Rusiyadakı həmkarlarımızın bu məsələyə münasibəti necədir?

-Təkrar qeyd etmək istərdim ki, əvvəllər Rusiyanın mediasında bu soyqırımı haqqında məqalələr, filmlər yayılmırdı. Hətta universitetlərdə bizim AzKlublara icazə vermirdilər ki, bu istiqamətdə tədbirlər təşkil edək. Ona görə də biz çalışsaq da, imkan yox idi. Demək istəyirəm ki, buna görə Rusiya jurnalistlərinin də çox bilgisi yox idi. Ama indi, demək olar ki, Rusiyanın bir çox media nümayəndələri Xocalı soyqırımı haqqında süjetlər hazırlayırlar. Rusiya qəzetlərində və televiziyasında Azərbaycan haqqında filmlər göstərilir və təbii ki, mədəniyyətdən, mətbəximizdən başqa, tariximizdən də danışılır. Bu sevindirici haldır, çünki indi yavaş-yavaş olsa da, biz öz tariximizin qanlı səhifələrini ruslara göstərir, heç nədən çəkinmədən danışırıq.

Mən səmimi-qəlbdən inanıram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqın və məcburi köçkünlər öz evlərinə, doğma yurd-yuvalarına qayıdacaqlar.

 

Fuad Hüseynzadə

Palitra  2017.- 24 iyun.- S.11.