Bilgəhdə internat
məktəbi istifadəyə verilib
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib. Yenidənqurma işləri çərçivəsində məktəbin həyətində geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. Həyətdə uşaqlar üçün idman meydançaları, müxtəlif attraksion, qurğu və yelləncəklər qoyulub, balacaların istirahətinin mənalı təşkili üçün əyləncə-istirahət guşələri yaradılıb.
Binanın foyesində ulu
öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və ölkəmizi Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara
diqqət və qayğısını əks etdirən fotolardan ibarət stend
yaradılıb. Burada, həmçinin “Rəşadətli
Azərbaycan Ordusu” fotostendi
də var. Bu məktəb
1961-ci ildən fəaliyyət göstərir. Hazırda internat məktəbində 945 şagird
təhsil alır və onlardan 158 nəfəri
xüsusi təhsilə cəlb olunub. 2016-2017-ci tədris ilində məktəbdə
təhsil alan şagirdlər 59 sinif üzrə qruplaşdırılıb. Onlardan 38-i ümumtəhsil sinifləri, 21-i isə
xüsusi siniflərdir. Ümumtəhsil
siniflərində təlim Azərbaycan və rus
dillərində aparılır. Müəssisənin yataq korpusunda 133 şagird yaşayır. Xüsusi
siniflərdə təhsil alan
sağlamlıq imkanları məhdud şagirdlər on illik təhsil müddətini
başa vurduqdan sonra şəhadətnamə alırlar. Azərbaycanın
Birinci vitse-prezidenti məktəbin
animasiya studiyasında olub.
Burada uşaqlara
kadrların hərəkət qaydaları, ssenari
yazmaq, onu
kadrlaşdırmaq, montaj işi
və animasiyanın digər sirləri öyrədilir. Bildirilib ki, buradakı
uşaqların işlərinin gələcəkdə beynəlxalq
səviyyədə tanıdılması və müsabiqələrdə
iştirakı nəzərdə tutulur. Birinci vitse-prezident Mehriban Əliyeva uşaqların
hazırladığı animasiya filminə
baxıb. Xüsusi təhsil proqramları ilə yanaşı,
şagirdlər məktəbin tədris emalatxanalarında tikiş, naxışvurma,
xalçaçılıq və dulusçuluq
üzrə peşələrə yiyələnirlər.
Şagirdlər, həmçinin məktəbdə
“Bacarıqlı əllər” və rəsm dərnəklərində
məşğul olurlar. İnternat
məktəbində təsviri incəsənət kabineti də fəaliyyət göstərir. Bununla yanaşı, çətin həyat
şəraiti olan ailələrdən 114 uşaq günərzi mərkəzə cəlb
edilib. Məktəbdə uşaqların təlim-tərbiyəsi
ilə 139 müəllim və tərbiyəçidən ibarət
işçi heyət məşğul olur. Şagirdlər Azərbaycanın Birinci vitse-prezidentinə xatirə hədiyyəsi
təqdim ediblər. Sonra xatirə şəkli
çəkdirilib. Heydər Əliyev Fondunun
prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə
məktəbin yataq və tədris korpusu əsaslı təmir edilib
və müasir avadanlıqlarla təchiz olunub. Heydər Əliyev Fondunun prezidenti həmin il təmirdən sonra məktəbin
açılışında, həmçinin kimsəsiz məzunlar
Nərgizlə Vüqarın və Ceyranla
Fərhadın məktəbdə keçirilən toy məclisində iştirak
edib. 2013-cü
ildə isə Fondun vitse-prezidenti Leyla Əliyeva internat məktəbində
olub. 2004-2005-ci tədris
ilindən internat məktəbinin nəzdində
ümumtəhsil sinifləri
açılıb və
sağlamlıq imkanları
məhdud uşaqlarla yanaşı, çətin
həyat şəraitində
və risk qrupuna daxil olan ailələrin
uşaqları da təhsilə cəlb edilib. Hazırda müəssisədə 787 nəfər şagird ümumtəhsil siniflərində
biliklərə yiyələnir.
İnternat məktəbi Təhsil
Nazirliyinin həyata keçirdiyi layihələrdə
də fəal iştirak edir. 2016-2017-ci tədris ilindən “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində müəssisədə bir
"Sağlam təhsil
sinfi" yaradılıb.
Əsaslı yenidənqurma işləri
çərçivəsində internat məktəbinin tədris korpusu da müasir səviyyədə təmir
edilib.
Birinci vitse-prezident Sabunçu rayonunun Pirşağı qəsəbəsində 226 saylı
körpələr evi-uşaq
bağçasının açılış
mərasimində iştirak
edib, Türkan qəsəbəsindəki Elmar
Mirzəyev adına sağlamlıq imkanları
məhdud uşaqlar üçün 6 nömrəli
respublika xüsusi internat məktəbində
yaradılan şəraitlə
tanış olub.
Palitra.-2017.-2 mart.-S.2.