Orqanik məhsul ixracı ilə böyük gəlir əldə etmək olar

 

Ölkəmizdə orqanik olaraq yetişdirilən fındıq, qoz, fıstıq, quru meyvələr, pambıq, zeytun, yumurtabala dünya bazarında böyük tələbat var

 

Ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin genişləndirilməsi ilə bağlı müxtəlif tədbirlər reallaşdırılır. İdxaldan asılılığın maksimum dərəcədə azalmalı olduğunu deyən ölkə başçısı bildirib ki, bu, həm təhlükəsizlik üçün lazımdır, həm də biz valyuta ehtiyatımıza qənaət etməliyik. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışında Prezident onu da vurğulayıb ki, Azərbaycanda yetişdirilən bütün bu məhsullar təbiidir və xaricdə onlar çox yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, bizim əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsini göstərən bəzi rəqəmlərə nəzər saldıqda xarici komponentlərin olduğunu görürük. Belə ki, mal əti - özümüzü 94 faiz təmin edirik, 5 faiz xarici komponent, qoyun əti - 99 faiz və cəmi 2 faiz xarici komponent var. Südsüd məhsulları - özümüzü 88 faiz təmin edirik, bunun tərkibində 10 faiz idxal xammal var.

 

Əmtəəlik yumurta - 99 faizdir ki, burada isə xarici komponent 65 faizdir, bunlar dənlik qarğıdalı, soya, günəbaxan və dərmandır. Ölkə başçısı bildirib ki, bu sahəyə həm dövlət qurumları, həm özəl sektor fikir verməlidir ki, burada xarici komponenti azaltmaq üçün hansı işlər görülməlidir: “Bitki yağları - özümüzü 48 faiz təmin edirik. Ancaq bu 48 faizin 80 faizi xaricdən gələn xammaldır. Əgər bunun tərkibində 80 faiz xarici komponent varsa, bunu yerli məhsul adlandırmaq mümkün deyil. Kərə yağı - 76 faiz özümüzü təminetmə əmsalıdır. Bunun içində 10 faiz xarici komponent var, əfsuslar olsun ki, biz bu sahədə də hələ idxaldan asılıyıq. Buğda - özümüzü 53 faiz təmin edirik, 20 faiz xarici komponentdir. Çay - özümüzü 45 faiz təmin edirik, onun içində də 50 faiz xarici komponent var. Makaron məmulatları - özümüzü cəmi 38 faiz təmin edirik, bunun içində də 95 faiz xarici xammal var”. Tərkibində xarici komponent olan məhsulların orqanik olduğuna təminat vermək çətindir. Hazırda isə orqanik məhsullara ehtiyac artır.

 

Dünyada orqanik qida və içkilərin pərakəndə bazar payı 81,6 milyard dollardır

Bu gün dünyada orqanik məhsullar ən məşhur dövrünü yaşayır. Sağlam, etibarlı qida ilə bağlı seçim edərkən istehlakçılar bir çox məhsulda orqanikliyə üstünlük verirlər. İstehsalçı və istehlakçı tələblərinə bağlı olaraq orqanik qida bazarı sürətli bir inkişaf yolundadır.

Dünyada orqanik kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti haqqında son məlumatlar Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Federasiyası (IFOAM) və FIBL Araşdırma İnstitutu tərəfindən yayımlanıb. 2017-ci il fevral ayının hesabatına görə dünyada 2,4 milyon istehsalçı 51 milyon hektar sahədə orqanik məhsullar yetişdirir. 2015-ci ilin sonu ilə bağlı açıqlanan son məlumatlara görə, dünyada orqanik qida və içkilərin pərakəndə bazar payı 81,6 milyard dollarlıq bir həcmə çatıb. Bu da 2014-cü ildə 75 milyard dollar olan bazarın təxminən 9 faiz artığını göstərir.

2000-ci ildə qlobal orqanik qidaiçki bazarının 18 milyard dollar olduğunu xatırlasaq, son 16 ildə bazarın 4 dəfədən çox böyüdüyünü görmək mümkündür.

Bu rəqəmlər də onu göstərir ki, istehlakçı seçimi ilə yanaşı, orqanik əkinçilik məhsulları satışı sürətlə artır. Dünyada orqanik məhsullar yetişdirilən ölkələrin sayı 179-a çatdığı halda, bunlardan 87-si orqanik standartlara malikdir. 17 ölkə isə qanunvericilik layihəsini hazırlama ərəfəsindədir. Ən çox orqanik məhsullar ərazisinə sahib ölkələrin başında 22,7 milyon hektar ilə Avstraliya gəlir. Onu 3,1 milyon hektar ilə Argentina 2 milyon hektar ilə ABŞ izləyir. Sahib olduğu ümumi əkinçilik ərazisində orqanik məhsul sahəsinin payı ən yüksək olan ölkə isə 30,2 faiz ilə Lixtenşteyndir. Onu 21,3 faiz ilə Argentina, 16,9 faiz ilə İsveç izləyir. Ancaq qlobal mənada orqanik məhsul istehsalı ənənəvi kənd təsərrüfatı ilə müqayisədə 1 faizlik paya malikdir. Hesabata görə Amerika Avropa 90 faiz pay ilə orqanik məhsul satışının ən böyük bazarıdır. Son məlumatlara görə orqanik məhsullar baxımından ölkələr arasında ən böyük bazarı 35,8 milyard avro ilə ABŞ təşkil edir. ABŞ-ı 8,6 milyard avroluq bazarı ilə Almaniya, 5,5 milyard avroluq həcmli Fransa izləyir. Avropa Birliyinə ümumi baxdıqda orqanik bazar böyüklüyü 27,1 milyard avro təşkil edir.

 

Adambaşına ən çox orqanik qida istehlak edən ölkə İsveçrədir

Son məlumatlara görə adambaşı orqanik qida xərclərində İsveçrə 262 avro ilə ilk sırada yer alır. İsveçrəni 191 avro ilə Danimarka, 177 avro ilə İsveç 170 avro ilə Lüksemburq izləyir. Avropa Birliyi daxilində adambaşı orqanik qidaya ayrılan büdcə 53,7 avro səviyyəsindədir. ABŞ-da isə adambaşı orqanik qida xərcləri 111 avro təşkil edir. Türkiyədə isə adambaşı orqanik qida xərc 1 avrodan aşağıdır. Ümumiyyətlə, orqanik məhsullar bazarının önümüzdəki dövrdə böyüməsi gözlənilir. Türkiyə, 70 min istehsalçı ilə orqanik qida istehsalçısı sayı baxımından dünyanın ən böyük ilk 10 ölkəsi arasında yer alır.

2015-ci ilin nəticələrinə görə, Türkiyədə 69 min 967 istehsalçı, ümumilikdə 515 min 268 hektar sahədə 197 növ orqanik məhsul yetişdirir.

Bu gün Türkiyədə ümumi əkinçilik sahələri içərisində orqanik məhsul yetişdirilən sahə 1,95 faiz bir paya sahibdir. Orqanik olaraq yetişdirilən məhsullar arasında fındıq, qoz, fıstıq, quru əncir, quru ərik, quru üzüm öndədir. Paxlalılar, tibbi aromatik bitkilər, pambıq zeytun kimi məhsullar da orqanik istehsal məhsulları arasında iştirak edir. Bitki mənşəli istehsalla yanaşı, orqanik heyvan məhsulları istehsalı da son illərdə olduqca maraq doğurur. Ət, süd, pendir, qatıq, yumurta bal orqanik bazarda yerini almaqdadır. Böyürtkən, moruq, adaçayı, itburnu, kəklikotu kimi bitkilər orqanik məhsul baxımından böyük potensiala malikdir. Türkiyədə orqanik məhsul bazarı 500 milyon dollar səviyyəsindədir. Orqanik qida istehsalının əhəmiyyətli bir qismi ixrac edilir. İxrac edilən ölkələrin sayı 26-dır ki, burada Avropa üstünlük təşkil edir. ABŞ, Yaponiya, İngiltərə Kanada da digər ixrac bazarları da böyük potensial vəd edən ölkələrdir. Geni dəyişdirilmiş məhsullara hər gün mənfi reaksiyanın artdığı bir mühitdə orqanik məhsul yetişdirilməsində sürətli inkişafa əhəmiyyət verilir.

 

Orqanik kənd təsərrüfatı məhsulları nədir?

 

Orqanik məhsullar-insan sağlamlığına ətraf mühitə zərər verməyən istehsalda heç bir kimyəvi maddə istifadə edilməyən, istehsaldan istehlaka qədər hər mərhələsinə nəzarət sertifikatlı əkinçilik istehsal formasıdır.

Orqanik ərzaq isə geni dəyişdirilməmiş, hormonsuz, kənar gübrə istifadə etmədən, dərmansız hər şeydən önəmlisi qatqı maddəsiz qida mənasını verir.

Orqanik məhsullarla bağlı hansı amillərə diqqət yetirilməsinə gəldikdə isə burada bəzi məqamlar öz əksini tapıb. Belə ki, orqanik qida istehsal ediləcək tarlanın sertifikat alması üçün ən az 2 il heç bir əkinçilik dərmanı kimyəvi maddəyə məruz qalmaması lazımdır. 2 ildən sonra keçiriləcək torpaq analizləri ilə təsdiq olunmalıdır. Təbiətin təqdim etdiyi bütün sərbəstlik səhiyyə orqanik istehsalın əsasını təşkil edir. Ənənəvi istehsalda 25 min ilə 30 min ədəd toyuğun yerləşdiriləcəyi yerlərə orqanik istehsalda yalnız 4 min 800 ədəd toyuq qoyulur. Orqanik toyuqlar, minimum 81, orta hesabla 90 gündə kəsimə götürülür.

 

Orqanik ya kənd yumurtası "qəhvəyi" olur məlumatı yanlışdır

Beynəlxalq sertifikatlaşdırma təşkilatları tərəfindən sertifikatlandırılan, torpağın yemin orqanik sertifikatlı olduğu bütün istehsal prosesləri hər cür məhsulda orqanik istehsalı mümkün edir. Qida kimi əhəmiyyətli bir sahədə istehsal zamanı əhəmiyyətli olan insan sağlamlığını ön planda tutmaqdır. Orqanik anlayışı, dünyada təbiət heyvaların dostu olan istehsal anlayışı hər gün sürətlə yayılmaqdadır davamlı kənd təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edir.

İçində heç bir qoruyucu maddə olmayan hazır məhsullarda, yalnız ədviyyat və duzla qoruma var. Bu məhsullarda məcburi deyilən və hazır məhsullara qırmızı rəngi verən nitritya fosfat duzları istifadə edilmir. Bu səbəblə qatqısız, orqanik məhsulların çiy rəngi qaynadılmış ətə bənzər və qəhvəyi rənglidir. Bişdikdən sonra normal sosiska, kolbasa rənginə dönür. Yumurta hansı cins toyuqdan əldə edilirsə, o rəng yumurta verir. ya qəhvəyi olaraq ayrılan toyuq cinsləri hansı üsulla yetişdirilməsinə baxmayaraq, öz cinsinə görə yumurta verir. Məsələn, toyuq orqanik bəslənsə, yumurtası da olur. Yumurtanın sarısına baxıb aldanmayın. Üzviya kənd yumurtasının sarısı tünd sarı olur məlumatı səhvdir. Bu məşhur səhv inanışa görə istehsalçılar, birincisi kimyəvi, ikincisi, bitki mənşəli üsulla yumurta sarılarını tündləşdirmək üçün toyuq yumurtalarına müdaxilə edirlər. Burada rəng tündləşdirici kimyəvi və ya bitki mənşəli maddələr toyuqların yediyi yemə qarışdırılır. Yumurtanın sarısına baxıb aldanmayın.

 

Nigar Abdullayeva

Palitra.-2017.-3 mart.-S.5.