Mehriban Əliyevanın Birinci vitse-prezident təyin
edilməsi Bolqarıstan KİV-nin diqqət
mərkəzində olub
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük təcrübəsi, dünya mədəni irsinin qorunmasına verdiyi töhfələr ölkənin beynəlxalq miqyasda rolunun daha da artmasına stimul verəcək”.
Bu fikri Birinci vitse-prezident Mehriban Əliyevanın fəxri vətəndaşı olduğu Veliko Tırnovo şəhərinin meri Daniel Panov bildirib.
Mer Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun artıq dünyanın hər yerindən qonaqları qəbul etdiyini minnətdarlıqla vurğulayıb. O qeyd edib ki, Azərbaycan gələcəkdə də multikultural müxtəlifliyin təşviqini davam etdirəcək, dünyaya tolerantlıq və demokratiya nümunəsi olacaq.
Müqəddəs Kiril və Metodi adına Veliko Tırnovo Universitetinin rektoru Xristo Bonjolov isə deyib ki, Veliko Tırnovo Universitetinin fəxri doktoru Mehriban Əliyevanın belə yüksək etimada layiq görülməsi bu ali təhsil ocağının bütün kollektivi üçün böyük şərəfdir. O, əminliklə vurğulayıb ki, böyük peşəkarlığa, yüksək intellektə və zəngin təcrübəyə malik Mehriban Əliyeva ona göstərilən bu etimadı doğruldacaq, Azərbaycan Respublikasının sülh və rifah vahəsi kimi daha da güclənməsinə əhəmiyyətli töhfələr verəcək. Rektor Mehriban Əliyevanın humanizm, tolerantlıq və multikulturalizm naminə gördüyü işlərin yüksək dəyərə malik olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi Bolqarıstan mətbuatının da diqqət mərkəzində olub.
Bolqarıstanın nüfuzlu “Focus”, “Pik”, “Blitz” xəbər agentlikləri, BTV televiziya kanalı, “Standart”, “24 Çasa”, “Seqa”, “Zemya” qəzetləri, Frognews.bg, Mediapool.bg, Dnesplus.bg informasiya portalları Mehriban Əliyevanın həyat və fəaliyyəti, onun gördüyü işlər, Birinci vitse-prezident vəzifəsinə təyin olunması barədə məlumatlar yayıblar.
Yayılan informasiyalarda Azərbaycanda həyata keçirilən Konstitusiya islahatları, bu islahatların tərkib hissəsi kimi vitse-prezidentlik institutunun yaradılması haqqında da məlumat verilir.
Məlumatlarda, həmçinin Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun
Bolqarıstanın Veliko Tırnovo şəhərindəki
“Trapezitsa” Tarixi
Memarlıq Qoruğunun bərpasına etdiyi maliyyə töhfəsindən, qoruğun ötən ilin sentyabr ayında keçirilmiş
açılış mərasimində onun
özünün iştirakından, Veliko Tırnovo şəhərinin
fəxri vətəndaşı və Müqəddəs Kiril və Metodi adına Veliko Tırnovo Universitetinin
fəxri doktoru adlarına layiq
görülməsindən, ölkədə və xaricdəki
fəal ictimai fəaliyyətindən bəhs
edilir.
Tural
Palitra.-2017.-3 mart.-S.4.