Azərbaycan Sahibkarlar Konfederasiyası yeni layihəyə start verib

 

Azərbaycan Sahibkarlar Konfederasiyası yeni layihəyə start veribAzərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” yaxın 10 il üçün əsas hədəfləri müəyyən edib. Bu strateji xəttin uğurlu icrası, dövlət-sahibkar münasibətlərində şəffaflığın təmin edilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyinin artırılması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası yeni layihəyə start verib.

 

Qərbinfo.az xəbər verir ki, bu məqsədlə martın 2-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Vergi sistemində aparılan islahatlar: vergi qanunvericiliyində və inzibatçılığında yeniliklər” mövzusunda 120-dən çox adamı ilə görüş keçirilib.

 

Bildirilib ki, layihənin məqsədi yaxın aylarda sahibkarları narahat edən məsələlərin dövlət qurumları ilə birgə müzakirəsini aparmaq, bu sahənin inkişafına əlavə stimul verə biləcək tədbirləri reallaşdırmaq və dövlətin sahibkarlara göstərdiyi dəstəkdən hər bir hüquqifiziki şəxsin maksimum yararlanmasına şərait yaratmaqdır. Bu da təsadüfi deyil. Çünki bu gün ümumi daxili məhsulun 80 faizdən çoxu özəl sektorun payına düşür. Ona görə də Azərbaycan Sahibkarlar Konfederasiyasının bir koordinasiya institutu olaraq strateji yol xəritəsindəki hədəflərə qısa zamanda effektiv şəkildə çatmaq üçün həyata keçirdiyi layihələrdən birisahibkarla dövlət qurumları arasında dialoqun təşkilidir. Budəfəki görüşdə Vergilər Nazirliyi ilə sahibkarlar birgə müzakirələr aparıblar.

 

Görüşdə əsasən son vaxtlar vergi sistemində aparılan islahatlar, onun sahibkarlığın inkişafına verəcəyi töhfələrdən danışılıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, 2017-ci il dövlət başçısı tərəfindən iqtisadi islahatların yeni dövrünün başlanğıcı elan olunub. Ona görə də öz ətrafında 600 mindən artıq hüquqifiziki şəxsi birləşdirən Konfederasiya bu islahatların önündə getməyə çalışır. Bunun üçün zəruri olan bütün addımlar atılır, sahibkarlara maddihüquqi dəstəyin coğrafiyası genişləndirilir.

 

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov sahibkarlarla birbaşa dialoqun aparılmasının təqdirəlayiq olduğunu qeyd edib. Bildirib ki, məmur-sahibkar münasibətlərində şəffaflığın təmin edilməsində və süni maneələrin aradan qaldırılmasında belə görüşlərin keçirilməsi çox səmərəlidir. Müşavir deyib ki, Prezidentin 2016-cı il 4 avqust tarixli Sərəncamı ilə vergi sistemində böyük islahatlar başlayıb. Bu islahatlar hüquqi bazanın təkmilləşdirilməsindən tutmuş vergi güzəştlərinin tətbiqinə qədər bütün sahələri əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ayda 96 mindən çox vergiödəyicisinin 727 milyon manat həcmində vergi borcu silinib, daha 26 min 700 ödəyiciyə isə 357 milyon manat həcmində vergi borcunun müəyyən şərtlərlə silinməsi üçün imkan yaradılıb. Eləcə də məmur-sahibkar ünsiyyəti minimuma endirilib. Artıq vergiödəyicisinə məlumat və xəbərdarlıqlar bildirişyaxud SMS vasitəsilə çatdırılır. Vergi ödəmələri və bəyannamələri elektron formada aparılır.

 

Sonra sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 

Palitra.-2017.-3 mart.-S.12.