Azərbaycan Ermənistanın münaqişə ilə bağlı xülyalarının reallaşmasına imkan verməyəcək

 

“Atəşkəsin pozulmasına təkcə tərəflərin bir-birinə atəş açması deyil, həmçinin işğalın vəziyyətinin möhkəmlənməsinə xidmət edən fəaliyyət, işğal edilmiş ərazilərdə hərbi mövcudluğun möhkəmləndirilməsi, silah və texnikanın qanunsuz ötürülməsi, hərbi təlimlərin keçirilməsi, məcburi köçkünlərin qayıdışına maneə yaradılması kimi ayrılmaz elementlərə nə dərəcədə əməl olunması da aid edilməlidir”

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində rəsmi Bakı siyasi fəallıq nümayiş etdirsə də, işğalçı Ermənistan qeyri-konstruktiv mövqe tutmaqda davam edir. Diplomatik sahədə uğursuzluğa düçar olan Ermənistan vəziyyətdən çıxmaq üçün cəbhə xəttində müxtəlif təxribatlara əl ataraq gərginlik yaradır. Atəşkəsi tez-tez pozan işğalçı Ermənistan müxtəlif diversiya aktları ilə diqqəti diplomatik sahədəki uğursuzluqdan yayındırır. İrəvan bununla həm də daxili ictimai rəyi də nəzərə alır. Gələn ay Ermənistanda parlament seçkiləri keçiriləcək. Sərkisyan hakimiyyəti seçki öncəsi çətin vəziyyətdədir. Buna görə də cəbhədə vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini daxili ağır siyasi-iqtisadi vəziyyətdən yayındırmağı hədəfləyirlər. İşğalçı ölkənin cəbhə xəttində törətdiyi bütün təxribatların qarşısı ordumuz tərəfindən alınır və düşmənə layiq olduğu cavab verilir.

 

Substantiv danışıqlar olmadan atəşkəs rejimi davamlı ola bilməz

 

Cəbhədə erməni təxribatları Ermənistanın hərbi-siyasi rəhbərliyinin davamlı olaraq revanşist bəyanatlar verərək, aprel hadisələri nəticəsində itirilmiş mövqeləri geri almaq barədə Ermənistan cəmiyyətində gözləntilər formalaşdırmağa yönəlmiş bəyanatlarının praktik nümunəsidir. Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə hərbi təlimlərin keçirilməsi, hərbi mövqelərin infrastrukturun möhkəmləndirilməsi səyləri, silah hərbi texnikanın həmin ərazilərə qanunsuz ötürülməsi faktları xüsusi qeyd edilməlidir. Ermənistan tərəfi hər fürsətdə atəşkəs rejimi ətrafında spekulyasiya edərək, atəşkəsi dar mənada təhrif olunmuş şəkildə təqdim etməyə cəhd edir. 1994-cü ilin atəşkəs rejimi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri Bişkek Protokoluna əsaslanır. Bu sənədlərdə münaqişə zonasında atəşin dayandırılması birmənalı şəkildə bütün hərbi fəaliyyətin dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi, kommunikasiyaların bərpası, məcburi köçkünlərin geri qayıtması münaqişənin yekun həlli üçün danışıqların sürətləndirilməsi kimi məqsədlərlə əlaqələndirilib. Beləliklə, atəşkəsdən danışılan zaman təkcə mövqelər arasında müxtəlif silahlardan atəşin açılması nəzərdə tutulmamalı, məsələyə qeyd edilən məqsədlər kontekstində kompleks yanaşılmalıdır. Atəşkəsin pozulmasına təkcə tərəflərin bir-birinə atəş açması deyil, həmçinin işğalın vəziyyətinin möhkəmlənməsinə xidmət edən fəaliyyət, işğal edilmiş ərazilərdə hərbi mövcudluğun möhkəmləndirilməsi, silah texnikanın qanunsuz ötürülməsi, hərbi təlimlərin keçirilməsi, məcburi köçkünlərin qayıdışına maneə yaradılması kimi ayrılmaz elementlərə dərəcədə əməl olunması da aid edilməlidir. Qeyd edilən istiqamətlər üzrə atəşkəs rejiminin Ermənistan tərəfindən davamlı şəkildə pozulmasının beynəlxalq ictimaiyyət, xüsusilə münaqişənin həlli üzrə vasitəçilik missiyasını üzərinə götürmüş dövlətlər tərəfindən birmənalı şəkildə pislənilməsi bu kimi pozuntuların nəticələrinin aradan qaldırılması zəruridir. Atəşkəs rejimi münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tuturdu. Halbuki Ermənistan bundan davamlı şəkildə imtina edir. Qeyd edilənlər kontekstində, Vyana Sankt-Peterburq görüşlərindən sonra tez-tez səsləndiriləndanışıqlar üçün münbit atmosferin yaradılmalıolduğuna dair mövqe, əslində, 1994-cü ildə tətbiq edilmiş rejimə ziddir. Substantiv danışıqlar olmadan, eləcə atəşkəsi möhkəmləndirmək məqsədilə irəli sürülən tədbirlər münaqişənin nizama salınması prosesi ilə sinxronlaşdırılmadan prosesin aidiyyəti mərhələləri ilə əlaqələndirilmədən atəşkəs rejimi davamlı ola bilməz. Bu rejim substantiv danışıqlar olmadan atəşkəs rejiminin effektiv şəkildə qorunub saxlanmasının qeyri-mümkünlüyünü ehtiva edir qarşıdurma xəttindəki son vəziyyət bu əlaqənin əyani göstəricisidir. Azərbaycan tərəfi həmsədrlərin danışıqların yenidən başlanması üçün çeviklik göstərilməsi ilə bağlı çağırışını, eləcə BMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə təxirə salınmadan substantiv danışıqlara başlamaq barəsində müraciətini alqışlayır.

 

Türkiyə Minsk qrupunun üzvü kimi münaqişənin tezliklə nizama salınması üçün qrupun səylərinin artırılmasını vacib hesab edir

Bir neçə gün əvvəl ATƏT-in Daimi Şurasının iclasında Türkiyə tərəfi Ermənistanın təxribatlarından narahatlığını ifadə edib, 25 ildən artıq bir müddət ərzində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin beşdəbirinin işğal altında saxlandığını vurğulayıb. Bildirilib ki, Türkiyə Minsk qrupunun üzvü kimi münaqişənin tezliklə nizama salınması üçün qrupun səylərinin artırılmasını vacib hesab edir. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməmiş qalması səbəbindən Ermənistan regional əməkdaşlıq layihələrindən kənarda qalır. Münaqişəyə son qoyulması regionda yeni əməkdaşlıq imkanlarına, bütün regionun, o cümlədən Ermənistanın inkişafı üçün yeni perspektivlərin açılmasına şərait yaradacaq. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanla həmrəylik nümayiş etdirir güc yolu ilə ərazi ilhaq etməklə barışmadığını bəyan edir. Son 25 il ərzində Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı əsassız iddialarını reallaşdırmaq üçün bir millimetr belə irəliləyə bilməyib. Regiondakı vəziyyətdən aydın göründüyü kimi, bundan sonra da Azərbaycan Ermənistanın münaqişə ilə bağlı xülyalarının reallaşmasına imkan verməyəcək. Ermənistanın hazırkı rəhbərliyinin siyasəti nəticəsində bütün regional əməkdaşlıq platformalarından təcrid olunmuş Ermənistan öz siyasətini yenidən nəzərdən keçirməli, hazırkı vəziyyətin, həqiqətən, erməni xalqının maraqlarına uyğun olub-olmadığı barəsində ciddi düşünməlidir. İşğalçıların qeyri-kuonstruktiv mövqeyinə baxmayaraq, Bakı aktiv diplomatiyasını davam etdirərək ölkəmizin mövqeyini bir qədər möhkəmləndirir. Azərbaycan dövlət başçısının son İran səfərində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Rəsmi Tehran bir daha açıq şəkildə bəyan edib ki, ölkələrin ərazi bütövlüyünə hörmət edilməlidir.

Bu məsələ iki gün əvvəl Rusiya ilə müzakirə edilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfəri çərçivəsində həmkarı Lavrovla görüşüb. Lavrov həmin görüşdən sonra keçirilən mətbuat konfransında qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında məqbul nəticələrin axtarışına kömək göstərməyə davam edəcək: “Söz yox ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışdıq. Rusiya istər Bakı İrəvan ilə ikitərəfli münasibətlərimiz çərçivəsində, istərsə üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan görüşləri formatında əlbəttə, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə qismində tərəflər üçün məqbul nəticələrin axtarışına bundan sonra da kömək edəcək. Bizim bütün addımlarımız həmsədrlər, - tərəfdaşlarımız olan ABŞ Fransa nəzərdə tutulur, - tərəfindən işlənib hazırlanan prinsipial yanaşmalar məcrasında atılır”. Dağlıq Qarabağ münaqişəsinin nizamlana biləcəyini diqqətə çatdıran S.Lavrov deyib: “Biz ümid bəsləyirik ki, Qarabağ münaqişəsi nizamlana bilər. Biz yekun qərarın aspektlərindən çoxu üzrə razılıq əldə etmişik, amma yekun paket üçün mühüm olan iki-üç mövzu, hələlik müzakirə edilir. Səmimi deyim ki, tərəflərin bu qalan məsələlər üzrə vahid mövqeyə gəlmələrindən hələ çox uzağıq”.

 

Orada yaşayan insanların geri qaytarılması, silahlı qarşıdurmanın azaldılması istiqamətində hər hansı irəliləyiş Azərbaycanın milli maraqlarına cavab verir

Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün prinsipial məsələ olduğunu bəyan edən Elmar Məmmədyarov deyib: “Azərbaycan ərazisinin 20 faizi işğal edilibburada etnik təmizləmə aparılıb. Orada yaşayan insanların geri qaytarılması, silahlı qarşıdurmanın azaldılması istiqamətində hər hansı irəliləyiş Azərbaycanın milli maraqlarına cavab verir”. Nizamlama prosesində hər şeyin təkcə Azərbaycandan və vasitəçilərdən asılı olmadığını diqqətə çatdıran nazir deyib: “Rusiya bu münaqişəni nizamlamaq üçün çox ciddi səylər göstərir, biz bu gün onları ətraflı müzakirə etdik. Onları Azərbaycanda da, Ermənistanda da eşidirlər, müəyyən perspektivlər var”.

 

A.Miriyev

Palitra.-2017.-8 mart.-S.11.