A.Frakasseti: “Azərbaycan qadınları iradəlidir, cəsurdur, ailəyə, övladlarına bağlıdır”

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdən əvvəl Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib, abidələri önünə gül dəstələri qoyulub. Tədbirdə Azərbaycan qadınlarına həsr olunmuş qısametrajlı film nümayiş olunub.

Daha sonra Azərbaycanın görkəmli qadınlarının, dövlət rəsmilərinin, millət vəkillərinin, ziyalıların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tərəfindən səsləndirilib. Dövlət Komitəsinin sədri Azərbaycan elminin və mədəniyyətinin inkişafında, ictimai-siyasi sahədə xidmətləri olan bir qrup qadına Azərbaycan Prezidentinin təltiflərini təqdim edib. Hicran Hüseynova qeyd edib ki, artıq 25 ildən çoxdur ki, Azərbaycan müstəqil dövlətdir və ötən bu müddət ərzində gender bərabərliyi, qadın hüquqlarının qorunması, onların siyasi, iqtisadi azadlıqları aktual məsələ olmuşbu istiqamətdə bir sıra uğurlar əldə edilib. Hər il Beynəlxalq Qadınlar Günü ərəfəsində Prezident İlham Əliyevin qadınlara ünvanlanan müraciəti bir ənənədir, həmçinin dövlətimizin qadına göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir. “Ölkə başçımız respublikamızın ictimai həyatında və öz fəaliyyət sahələrində fərqlənən bir qrup qadına Vətənin yüksək mükafatı və fəxri adların verilməsi ilə bağlı sərəncam imzalayıb. Bu, Azərbaycan cəmiyyətində xüsusi yer tutan qadınlarımızın fəaliyyətinə dövlət səviyyəsində verilən yüksək dəyərdir” deyə bildirən Dövlət Komitəsinin sədri Azərbaycan qadınları adından Prezidentə dərin təşəkkürünü ifadə edib. Dövlət Komitəsinin sədri xüsusilə qeyd edib ki, Prezidentin qadınlara ən böyük hədiyyəsi Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitseprezidenti təyin etməsi oldu. Hər bir kəs onun bu vəzifəyə layiq olduğunu etiraf edir. Mehriban xanımın Heydər Əliyev Fondunun rəhbəri və millət vəkili kimi illərlə göstərdiyi çoxşaxəli fəaliyyəti bunu bir daha təsdiq edir. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların idarəetmədə təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olmasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edən Hicran Hüseynova bildirib ki, bu gün bu siyasət qəbul olunmuş qanun, dövlət proqramları və çoxtərəfli fəaliyyət nəticəsində yeni bir mərhələyə yüksəlib. Dövlət Komitəsinin sədri Hicran Hüseynova onu da qeyd edib ki, artıq 25-ildən çoxdur ki, Ermənistanın Azərbaycana qarşı destruktiv, aqressiv siyasəti davam edir. Bunun nəticəsində ərazimizin 20 faizi işğal edilib, bir milyondan çox vətəndaşın, o cümlədən, yüz minlərlə qadınların insan hüquqları kobud şəkildə pozulub. “Düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində yaralanan, şəhid olan əsgərlərimizlə yanaşı, dinc əhali, xüsusilə, qadın və uşaqlar maddi və mənəvi zərər görüb. Ölkə başçısının xüsusi tapşırığı ilə cəbhəyanı bölgələrdə görüşlər keçirilir, daim əsgərlərimizə, şəhid ailələrinə mənəvi dəstək göstərilir. Hicran Hüseynova diqqətə çatdırıb ki, biz şəhid anaları, bacıları, onların həyat yoldaşları ilə görüşəndə yalnız bir kəlmə eşitdik: Vətən sağ olsun! Budur, Azərbaycan qadının iradəsi, Vətən sevgisi, övladına verdiyi tərbiyə! Dövlətinə, Prezidentinə sadiqliyi!”

Dövlət Komitəsinin sədri onu da qeyd edib ki, Prezidentin sərəncamı ilə bu ilİslam Həmrəyliyi İlielan olunub. Ölkəmiz bir neçə mötəbər tədbirə ev sahibliyi edəcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “İslam ölkələri qadınlarının inkişafı” adlı Foto Müsabiqə keçirib. Tədbir müddətində qaliblərin təltif olunma mərasimi keçiriləcək. Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə iştirak edən və ümumiyyətlə, ölkənin bütün qadınlarını Beynəlxalq Qadınlar günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.

Sonra BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakassetin bildirib ki, 8 mart Beynəlxalq Qadınlar bayramı elə bir gündür ki, dünyada dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir sözlə, heç bir fərq qoyulmadan bütün qadınlar bu günü qeyd edir. O bildirib ki, idarəetmədə, qərar qəbuletmədə qadınların rolunun artması cəmiyyət üçün çox faydalıdır. BMT tərəfindən imzalanan sənədlərdə gender bərabərliyinə də xüsusi önəm verilir. BMT-nin Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyətini qeyd edən A.Frakassetin bildirib ki, qadınlarla bağlı regionlarda bir sıra layihələr həyata keçiririk: “Sabirabad, Neftçala, Biləsuvar kimi rayonlarda həyata keçirilən layihələr qadınların fəallığının, eləcə də, kiçikorta sahibkar qadınların sayının artırılmasına istiqamətlənib. Regionlardakı təbliğat kampaniyaları biznes təsisatlarının artmasına xidmət edir. Ümid edirik ki, başladığımız bu təşəbbüsə digər rayonlar da qoşulacaq”. A.Frakasseti qeyd edib ki, qadınların fəallığı təsdiq edir ki, Azərbaycan qadınları iradəlidir, cəsurdur, ailəyə, övladlarına bağlıdır. Əminik ki, Azərbaycan cəmiyyətində qadınların rolu daha da artacaq. Bizöz növbəmizdə, qadınları bu gün münasibətilə təbrik edir, uğurlar arzu edirik.

Daha sonra YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bayram münasibətilə bütün qadınları təbrik edib. Qeyd edib ki, Azərbaycan qadınları xoşbəxtdirlər, çünki bu gün ölkəmizdə sabitlik, stabillik hökm sürür: “Biz demokratik ölkənin vətəndaşlarıyıq. Ölkəmiz müstəqillik qazandıqdan sonra qadınlarımızın fəallığı daha da artmışdır. Azərbaycan gəncliyinin inkişafı qadınların xoşbəxtliyi və inkişafı ilə də əlaqəlidir. Azərbaycan qadını ağıllı, müdirik, ləyaqətlidir, ailəyə bağlıdır”. Nurlana Əliyeva Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın Birinci vitse-prezident elan olunmasının qadın hərəkatına verəcəyi töhfələrdən də bəhs edib.

Çıxışlardan sonraİslam ölkələri qadınlarının inkişafı” Foto Müsabiqəsnin qalibləri mükafatlandırılıb. “İdmançı qadın” nominasiyası üzrə Fatima Barkan (Mərakeş Krallığı), “Ana obrazı” nominasiyası üzrə Berna Okan (Türkiyə Cumhuriyyəti), “Lider qadınlar” nominasiyası üzrə Ruslan Məmmədov (Azərbaycan Respublikası) qalib olub. Xüsusi mükafata Mehdi Abbasov (Azərbaycan Respublikası) layiq görülüb.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edən, fəal qadınlara səmərəli fəaliyyətlərinə görə Komitənin fəxri fərmanları və mükafatlar təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.

 

Nigar

Palitra.-2017.-8 mart.-S.7.