Jan-Fransua Mansel: “Azərbaycan
torpaqlarının 20 faizi Ermənistan tərəfindən
işğal olunub”
Azərbaycan diasporu Ermənistan
prezidentinin Fransaya səfəri ilə əlaqədar Parisdə
etiraz aksiyası keçirib
Azərbaycan diaspor təşkilatları Parisin mərkəzindəki Trokadero meydanında Xocalı soyqırımının törədilməsində birbaşa əli olan və yüzlərlə günahsız azərbaycanlının qətliamına əmr verən Ermənistan prezidenti Serj Sərkisyanın Fransaya səfərinə etiraz əlaməti olaraq aksiya keçiriblər.
Paris Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən aksiyada Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aksiya iştirakçıları turistlərlə dolu meydanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı 7 rayonda Ermənistan silahlı qüvvələrinin apardığı etnik təmizləmə siyasətindən, Xocalı qətliamından danışıblar. Ermənistan prezidenti Serj Sərkisyanın Parisə səfərinə etiraz bildirilib, onun əlinin qana batdığı, günahsız qadınların, uşaqların və qocaların qətlə yetirilməsinə birbaşa əmr verdiyi, münaqişə zamanı mülki şəxslər üçün humanitar dəhlizin yaradılmadığı vurğulanıb.
Fransada Sərkisyan kimi qatillərə yer olmamalıdır
Ermənistan prezidentinin mətbuatda Xocalı soyqırımının
törədilməsinə əmr
verdiyini dəfələrlə
xatırladaraq təsdiqlədiyi
bildirilib. Qeyd edilib ki, S.Sərkisyan beynəlxalq məhkəmə qarşısında
cavab verməlidir.
Ermənistanın ərazilərimizin
20 faizini işğal etdiyi, BMT Təhlükəsizlik
Şurasının, eləcə
də digər nüfuzlu beynəlxalq təşkilatların qətnamə
və qərarlarına
riayət etmədiyi, doğma yurdundan didərgin düşən
bir milyondan çox azərbaycanlının
hüquqlarını pozduğu
diqqətə çatdırılıb.
Vurğulanıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi də Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyasına riayət etmədiyini dəfələrlə
vurğulayıb. Belə bir
vəziyyətdə insan
hüquqlarının beşiyi
olan Fransada Sərkisyan kimi qatillərə yer olmamalıdır. Ermənistan lobbisinin
ölkəmiz əleyhinə
saxta informasiyalar yayması dayandırılmalıdır.
Fransız vəkil Olivye Pardo:
“Fransa Xocalı soyqırımını tanımalıdır”
Aksiyada iştirak edən həmvətənlərimiz bir
neçə xarici dildə “Xocalıya ədalət!”, “Qarabağ
Azərbaycanındır!”, “Qarabağa azadlıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımını
tanıyaq!”, “Ermənistan
torpaqlarımızı qeyri-qanuni
olaraq zəbt edib”, “Ermənistan torpaqlarımızı qaytarmalıdır!”,
“Ermənistan, Azərbaycan
torpaqlarından çıx!”,
“Yalana yox deyək!”, “Sarkisyan terroristdir!”, “ASALA terroristdir!”,
“Sarkisyan diktatordur!”, “Ermənilər, yalanlara
son qoyun!”, “Sərkisyan
qatildir!”, “Sərkisyanın
yeri məhkəmədir!”
kimi şüarlar səsləndiriblər. “Xocalı soyqırımında
əli olan bir qatilin Avropaya
gəlişi qəbuledilməzdir.
Əgər Avropa Sərkisyana
qapı açırsa,
onda orada ədalətdən danışmaq
olmaz. Avropadan ədalətsizliyə son qoymağı tələb
edirik”, - deyə aksiya iştirakçıları
bildiriblər.
Xocalı
soyqırımı bəşəriyyətə
qarşı cinayətdir
Fransız vəkil Olivye Pardo aksiyada iştirak edib və Xocalı soyqırımından danışaraq
faciə zamanı insanların əməlinə
görə yox, aid olduqları etnik mənşəyə görə
öldürüldüklərini, bunun bəşəriyyətə
qarşı cinayət
olduğunu bildirib. Vəkil Fransanın
Xocalı soyqırımını
tanıması üçün
aksiya iştirakçılarını
onunla bərabər mübarizə aparmağa səsləyib. Xocalı soyqırımı
qurbanlarının xatirəsinin
unudulmasının onların
ikinci dəfə öldürülməsi demək
olduğunu bildirən
vəkil iştirakçıları
faciə zamanı qətlə yetirilənlərin
xatirəsini əbədiləşdirməyə
- soyqırımının tanınmasına nail olmağa
çağırıb. Azərbaycanın Dostları Assosiasiyasının
prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel də aksiya iştirakçılarına
qoşulub.
“Minsk qrupunun həmsədri
kimi Fransa bu iki Qafqaz
xalqı arasında davamlı sülhün bərqərar olmasında
böyük rol oynamalıdır. Azərbaycan əraziləri azad
edilməlidir. Hər
iki xalqın nümayəndələri Dağlıq
Qarabağda, əvvəllər
olduğu kimi, yenə də birgə yaşamağı
öyrənməlidirlər”
Deputat qeyd edib ki, həqiqətlər
olduğu kimi tanınmalıdır. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal
olunub. Nəticədə bir milyon azərbaycanlı doğma
yurdundan didərgin düşüb və səbirsizliklə öz evlərinə qayıdacaqları
günü gözləyir.
O, Xocalı qətliamının
25 illiyi ilə bağlı təşkil etdiyi konfransda soyqırımı törədilən
zaman 10 yaşı olan canlı şahidin çıxışından
çox təsirləndiyini
bildirib. Fransalı deputat Sərkisyanın
müsahibəsində Xocalı
soyqırımında birbaşa
əli olduğunu təsdiqlədiyini bir daha xatırladıb.
Aksiya zamanı müsahibə verən vəkil Olivye Pardo Xocalı
soyqırımının tanınması
üçün başlatdığı
petisiya barədə danışıb. O, Xocalı
soyqırımında qətlə
yetirilən 613 günahsız
azərbaycanlının hansısa
əməlinə görə
yox, azərbaycanlı
olduqlarına görə
öldürüldüklərini vurğulayıb və bunun bəşəriyyətə
qarşı cinayət
olduğunu bildirib.
“Sərkisyanı Parisdə
qəbul edən fransızlar unutmamalıdırlar
ki, onun əli Xocalı qurbanlarının qanına
batıb”
Daha sonra
Jan-Fransua Mansel iki əsas məsələdən - həqiqət
və sülhdən bəhs edib. Həqiqət deyəndə o, Azərbaycanın
20 faiz ərazisinin BMT-nin
də göstərdiyi kimi, Ermənistan tərəfindən
qeyri-qanuni işğalında və
Xocalı soyqırımının törədilməsində
Ermənistan prezidenti Sərkisyanın birbaşa əlinin olduğunu
bildirib. Qeyd edilib ki, Sərkisyan azərbaycanlılara
qarşı törətdiyi soyqırımı faktını Tomas de Vaala
müsahibəsində də təsdiqləyərək deyib: “Xocalıya qədər azərbaycanlılar
bizimlə sadəcə zarafat etdiklərini
düşünürdülər. Azərbaycanlılar elə
bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən
insanlardır. Bütün bu
düşüncələri dəyişmək lazım idi. Belə də oldu. Bu, çox faciəvi bir etirafdır. Düşünürəm ki, bu gün
Sərkisyanı Parisdə qəbul edən fransızlar
unutmamalıdırlar ki, onun
əli Xocalı qurbanlarının qanına batıb. Digər
tərəfdən, biz sülhü
də unutmamalıyıq. Minsk qrupunun həmsədri kimi Fransa bu iki
Qafqaz xalqı arasında davamlı sülhün bərqərar olmasında böyük rol
oynamalıdır. Azərbaycan əraziləri azad
edilməlidir. Hər iki xalqın nümayəndələri
Dağlıq Qarabağda, əvvəllər
olduğu kimi, yenə
də birgə yaşamağı öyrənməlidirlər.
Həqiqət mesajına gəldikdə isə, Ermənistan prezidentinin Azərbaycan ərazilərinin
işğalına və Xocalı soyqırımına görə
məsuliyyət daşıdığını hamı bilməlidir.
Hadisələri olduğu kimi
demək vacibdir. Hamımızın son məqsədi sülhdür.
Bu iki xalq
arasında sülh bərqərar
olmalıdır. Ancaq sülh
axtarışı məsuliyyəti unutmaq
demək deyil. Aksiyanın məqsədi də
məhz 613 günahsız insanın Xocalıda Prezident
Sarkisyanın qəbul etdiyi qərarla ölüm dəhlizinə yönəldildiyini
xatırlatmaqdır. Bunu unutmaq
olmaz. Sülh,
barışıq üçün hər
şey edilməlidir, ancaq
axıdılan qanı unutmamalıyıq”. J.F.Mansel
deyib ki, o, Beynəlxalq Qadınlar Günündə azərbaycanlı
qaçqın və məcburi köçkün
qadınların Fransa prezidentinə məktub
ünvanlamaq təşəbbüsünü
alqışlayır: “Bu qaçqın
qadınlar Fransa prezidentinə öz doğma
yurdlarına, evlərinə, valideynlərinin
yaşadıqları, uşaqlarını böyütmək
istədikləri məkana qayıtmaq arzularını
çatdırıblar. Bu, onların fundamental hüquqlarıdır. Bu qadınların səsi eşidilməlidir, amma təəssüf ki,
onların səsi kifayət qədər eşidilmir.
Məhz buna görə bu
gün insan
hüquqları meydanına toplaşmağımız təsadüf
deyil”
A.Miriyev
Palitra.-2017.-10 mart.-S.11.