Bir neçə ölkənin idmançıları İslam Həmrəyliyi Oyunlarına Azərbaycanda hazırlaşır”

 

Sirac Ələkbərov:

“Qazaxıstanla müqayisədə Azərbaycanda kikboksinq daha çox inkişaf edib

 

Xaricdəki gənclərin bir araya gəlməsində, özlərini təsdiq etmələrində idmanın əhəmiyyətli rolu var. Bir çox ölkələrdə olduğu kimi, Qazaxıstanda da gənc diaspor fəalları özlərini idman sahəsində də sınayırlar. Qazaxıstandakı Heydərçi Azərbaycanlı Gənclər Təşkilatının üzvü, kikboksçu Sirac Ələkbərovu bu baxımdan nümunə göstərmək olar. Qeyd edək ki, Sirac Ələkbərov 1984-cü ildə Kəlbəcər rayonunda anadan olub. 6 yaşından məcburi köçkün olaraq ailəsilə Tərtərə köçüb. Elə kikboksinq idmanı ilə Tərtərdə yaşayarkən məşğul olmağa başlayıb. 2000-ci ildən Bakıda yaşayıb və bu müddətdə də idmanı davam etdirib. 2004-cü ildə hərbi xidmətini Azərbaycanda başa vurduqdan sonra Qazaxıstana köçüb. 12 il Qazaxıstanda yaşayıb. 2016-cı ildə isə idman təcrübəsini təkmilləşdirmək üçün Azərbaycana qayıdıb. Hazırda Xəqani Quluzadənin prezidenti olduğu “Qızıl Əlcək” idman klubunda müqavilə ilə məşqçi kimi işləyir.

-Qazaxıstanda idman karyeranızı neçə inkişaf etdirə bildiniz?

-Qazaxıstanın Astana şəhərində də kikboksinqlə məşğul oldum. Orada bir sıra yarışlarda iştirak etdim və nailiyyətlər qazandım. Əsas işim o oldu ki, kikboksinq üzrə idman zalı açdım. Qazaxıstanda ilk gənc idim ki, 23 yaşında kikboksinq üzrə idman zalı açırdım. Müxtəlif xalqların nümayəndələrindən ibarət yüzlərlə tələbəm var. 8 il Qazaxıstanda məşqçi işlədim. Mən fürsətdən istifadə edib inquş-çeçen diasporunun rəhbəri, deputat KureyşSalsanova təşəkkür edirəm. O, həqiqətən də mənə idman zalını açmaqda şərait yaratdı.

-Qazaxıstandakı azərbaycanlı gənclərin idmana marağı necədir?

-Qazaxıstanda idmançılarımız var. Gənclərimiz həvəskar olaraq idmanla məşğul olurlar. Onlardan Nurlan Əskərov, Turan Əliyev, Elvin Həsənov, Anar Həsənov, Səməd Salahov, Elçin İsmayılovun adlarını çəkmək olar. Mən özüm orada olanda 4-5 idmançını yarışa çıxardım.

-Orada azərbaycanlı idmançıların yüksəlməsi üçün nəyə ehtiyac var?

- Əlbəttə ki, idmanda yüksəlmək üçün insanda əsas maraq olmalıdır. Bununla yanaşı, idmanda maddi dəstəyə də ehtiyac var. Orada bir çox xalqların özlərinin idman zalları var. Mən istəyirdim ki, bizim özümüzün idman zalımız olsun. Orada Azərbaycan və Türkiyə bayraqları asılsın. İnanıram ki, bu istəyimə nail olacağam. Mən Azərbaycana gələn ərəfədə Qazaxıstandakı səfirimiz Rəşad Məmmədovla iki dəfə görüşdüm. Rəşad müəllim sağ olsun. O da dedi ki, bizə zal açmağa köməklik göstərəcək.

-Gənclərimiz Qazaxıstanda bir araya gələ bilirmi?

- Son illər bu baxımdan Qazaxıstanda çox böyük canlanma var. Qazaxıstandakı Heydərçi Azərbaycanlı Gənclər Təşkilatı gəncləri bir araya gətirə bilib. Bu təşkilatda müxtəlif sahələrdə çalışan gənclər birləşib. bu gənclər öz təcrübələrini birləşdirib diasporun inkişafına öz töhfələrini verirlər. Biz bunu keçirilən tədbirlərdə daha aydın görürük. Artıq Qazaxıstanın bir çox rəsmi tədbirlərinə bizim gəncləri dəvət edirlər. Gənclərimiz bu tədbirlərdə çıxışlar edib Azərbaycanı təbliğ edirlər. Əlbəttə ki, bizə bu şəraitin yaradılmasındaHeydərçi Azərbaycanlı Gənclər Təşkilatının sədri Bəhruz Axundovun böyük rolu var.

-Bu gün Qazaxıstanda gənc diaspor nəsli yetişir. Gənclərin perspektivi necə görünür?

- Mən Bəhruz müəllimə təşəkkür edirəm ki, gənclərimizin daima bir yerdə olması üçün əlindən gələni edir. O, canla-başla çalışır. İnanıram ki, “Heydərçi”lər nəsə edəcəklər. Çünki bu təşkilatın üzvləri millətini sevən gənclərdir. Ümid edirəm ki, bu təşkilatın sayəsində Qazaxıstandakı Azərbaycan gəncliyi öz sözünü deyəcək.

-Qazaxıstanla Azərbaycanın idman sahəsində əməkdaşlığını necə inkişaf etdirmək olar?

- Qazaxıstanla müqayisədə Azərbaycanda kikboksinq daha çox inkişaf edib. Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bizə çox dəstək olurdu. Adil müəllim, həqiqətdən , kikboksinqi Azərbaycanda inkişaf etdirir. Ümumiyyətlə, Azərbaycanda kikboksinq deyəndə birinci Adil müəllim mənim gözümün qabağına gəlir. Qazaxıstanda mən heç görmədim ki, federasiya prezidenti yarış zamanı gəlib zalda əyləşə. Amma Adil müəllim bütün yarışlarda iştirak edir hər bir dəstəyi göstərir, hətta gəncləri işlə təmin edir. Adil müəllimin yarışlara gəlməsi idmançılara mənəvi dəstəkdir.

-Qazaxıstanda yaşlı diaspor üzvlərinin fəaliyyətini necə qiymətləndirirsiz?

-Qazaxıstanda öz sözünü deyən, istər soydaşlarımız, istər qazaxlar tərəfindən sayılıb-seçilən yaşlı diaspor üzvlərimiz var. Məsələn, onlardan Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Vidadi Salahovun adını xüsusi qeyd etmək istərdim. Ümumiyyətlə, Qazaxıstanda millətini sevən, ağsaqqallıq edən, yoxsula kömək edən diaspor üzvü kimi Vidadi müəllimi görmüşəm.

- “Qızıl əlcəkidmançılarının hansı nailiyyətləri var?

- “Qızıl əlcəkidman klubunun idmançıları bir çox yarışlarda iştirak edirlər. Azərbaycanın boks üzrə Əməkdar məşqçisi Rəhim Allahverdiyevin sayəsində idmançılarımız əksər vaxtlarda böyük nailiyyətlər qazanırlar. Məsələn, 17-19 noyabr 2016-cı il tarixlərində Bakı şəhərindəGömrükçüidman klubunun Boks üzrəMilli Dirçəliş Günü”nə həsr olunmuş açıq çempionatı keçirildi. Həmin çempionatda iştirak edənQızıl əlcəkidman klubunun boksçuları Orxan Süleymanov (52 kq) Natiq Kazımov (60 kq ) çəki dərəcələrində qızıl medallar qazandılar. Ümumi medalların sayına görə Klub komanda hesabında ilk üçlüyə daxil olub.30.12.2016- il tarixində isəQızıl əlcəkidman klubunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş klublararası turnir keçirildi. Turnirdə 6 klubun 100-ədək idmançısı öz gücünü sınadı.2-5 fevral 2017- ci il tarixlərində isə Bakda kikboksinq üzrə 23-cü Azərbaycan çempionatı keçirildi. Həmin çempionatda iştirak edənQızıl əlcəkkikboksçuları 5 qızıl, 2 gümüş, 5 bürünc medal qazanmaqla ümumi komanda hesabındaGənclər" arasında çempion olublar. Bu günlərdə isə İran idmançıları ilə yarışlarımız oldu. Həmin yarışda bizim idmançılar 6-1 hesabı ilə qalib oldular.“Qızıl əlcəkidman klubunun yetirmələrinin bu kimi saysız uğurları olub. Əlbəttə ki, bütün bu uğurlarQızıl əlcəkidman klubunun prezidenti Xəqani Quluzadənin bizə yaratdığı şəraitin nəticəsində əldə olunub.

-“Qızıl əlcəkidman klubu olaraq hazırda hansı yarışlara hazırlaşırsız?

- Qarşıda bizimBöyük İpək yolubeynəlxalq boks yarışımız var. Biz bu yarışlara çox ciddi hazırlaşırıq. Bir dünya çempionumuz bu yarışda iştirak edəcək. Həmçinin martın 23-də Azərbaycan yeniyetmələrin kikboksinq üzrə çempionatı olacaq. Bu yarışda da bizim yeniyetmələr iştirak edəcəklər. İndi onları yarışa hazırlayıram.

-Qarşıdan İslam Həmrəyliyi Oyunları gəlir. Bu Oyunlar haqqında fikrinizi bilmək istərdik.

-Azərbaycanda bu yarışların keçirilməsi çox gözəl və əhəmiyyətlidir. Bununla həm də ölkəmiz bir daha tanınmış olacaq. Qeyd edim ki, artıq bir neçə ölkənin idmançısı gəlib Azərbaycanda həmin yarışlara hazırlaşır. Həmçinin Qazaxıstandan da boks üzrə yığma komandanın üzvləri buradadırlar. Bu Azərbaycanda idmanın inkişafının bariz nümunəsidir.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-10 mart.-S.7.