"Bu gün gəncləimizdə vətənpərvərlik hissi çox yüksəkdir"

 

Ramil Niftullayev: “Xaricdə təhsil alan gənclərimizin sayının artmasının başlıca səbəbi 2007-2015-ci illərdə həyata keçirilən Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının uğurla yerinə yetirilməsidir”

 

Müsahibimiz Lənkəran Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Ramil Niftullayevdir.

-Özünüz barədə ətraflı məlumat verərdiniz.

-Mən, Niftullayev Ramil Sücəddin oğlu 26 sentyabr 1996-cı ildə Lənkəran rayonu Moloja kəndində anadan olmuşam. 2002-ci ildə Moloja kənd tam orta məktəbində təhsilə başladım, 2013-cü ildə həmin məktəbin XI sinfini bitirərək Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına daxil oldum.

2014-2016-cı illərdə Tələbə Gənclər Təşkilatının fakültə sədri, əsas idarə heyətində Beynəlxalq əlaqələr departamentinin sədri olmuşam. Yeni Azərbaycan Partiyası Lənkəran Dövlət Universiteti ərazi ilk partiya təşkilatının tamhüquqlu üzvüyəm. Tələbə Gənclər Təşkilatında bir sıra yerli təlimlərin, layihələrin iştirakçısı və təşkilatçısı olmuşam. 2016-cı il 10 oktyabr tarixində hesabat seçki konfransında səs çoxluğu ilə qalib olub, universitet üzrə Tələbə Gənclər Təşkilatının sədri seçildim. 17.10.2016-cı il tarixindən isə Lənkəran Dövlət Universitetinin Elmi Şurasının üzvüyəm.

-Lənkəran Dövlət Universiteti bölgələrdə yerləşən perspektivli ali təhsil ocaqlarından sayılır. Universitetiniz haqqında da ətraflı məlumat verərdiniz. Buradakı təhsil, tədrisin səviyyəsi, ümumilikdə mühit sizi qane edirmi?

-1991-1994-cü illər məlum səbəblərdən respublikamızın ən ağır dövrü hesab olunur. Lənkəran Dövlət Universiteti məhz belə bir ağır dövrdə yaradıldı, filial kimi fəaliyyətə başladı. Lənkəran Dövlət Universiteti ötən 25 ildə inanılmaz inkişaf yolu keçib, 5000-dən artıq ali təhsilli mütəxəssislər hazırlayıb. Universitetimizdə 2500 nəfərdən artıq bakalavr, 100 nəfərdən artıq magistr, 17 doktorantdissertant təhsil alır. Universitetdə 126 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 1 nəfəri akademik, 8 nəfəri elmlər doktoru, professor, 42 nəfəri fəlsəfə doktoru, dosent, 17 nəfəri fəlsəfə doktoru, baş müəllim, 4 nəfəri fəlsəfə doktoru, müəllim, 25 nəfəri baş müəllim, 30 nəfəri isə müəllimdir.

Universitetimizdə magistratura səviyyəsində 15, doktorantura, dissertantura istiqamətində isə 5 ixtisas üzrə mütəxəssislər hazırlanır.

Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikası AAK-ın elmi jurnallar sıyahısında yer alanElmi Xəbərlər” jurnalı nəşr olunur, hər il respublika və beynəlxalq səviyyəli elmi konfranslar keçirilir, tələbə və müəllimlər respublika və beynəlxalq yarışlarda fəal iştirak edirlər. Lənkəran Dövlət Universitetində tələbə gənclər, tələbə həmkarlar təşkilatları fəaliyyət göstərir. Universitetdə dərslik, dərs vəsaiti, bədii-publisistik əsərlərlə zəngin olan əsaslı kitabxanaelektron kitab fondu mövcuddur. Lənkəran Dövlət Univårsitåti dünyànın bir sırà qàbàqcıl àli məktəbləri ilə təhsil, ålm və mədəniyyət sàhəsində əməkdàşlıq ådir. Universitetimiz, həmçinin TEMPUS, İNTAS, NATO, İREX, ERASMUS+ və s. mötəbər beynəlxalq qrant layihələrinin qalibi olub. Bununla yanaşı, Lənkəran Dövlət Universiteti Avrasiya universitetləri, Qafqaz universitetləri və Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyasının üzvü olaraq 100-ə qədər ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Universitetimiz Macarıstanın Kapoşvar Universiteti ilə Anlaşma Memorandumu imzalayıb, müqavilə şərtlərinə görə birgə dərəcə və ikili diplom proqramlarının təsis edilməsi qərara alınıb. Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlanan müqaviləyə əsasən isə birgə kadr hazırlığı nəzərdə tutulub.

Lənkəran Dövlət Universiteti INTÀS, ÀBŞ-ın Àçıq Cəmiyyət İnstitutu, ÀBŞ Dövlət Dåpàrtàmåntinin Båynəlõàlq Tədqiqàt və Mübàdilə Şuràsı /IRÅÕ/, Àvràsiyà Fîndu, DÀÀD (Àlmàniyà), TÅMPUS (Àvrîpà İttifàqı) ilə əməkdàşlıq, qrànt layihələrində birgə iştirak edir. Qısası, universitetimizdə təhsilin səviyyəsi yüksək standartlara cavab verir. Burada tələbələr üçün universitetimizin rəhbərliyi tərəfindən də yüksək şərait yaradılıb.

 

-Lənkəran Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının fəaliyyəti də çoxşaxəli olar. TGT-nizin fəaliyyəti, görüləcək işlər barədə də söz açardınız.

 

-Digər universitetlərdə olduğu kimi, Lənkəran Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı da 2005-ci ildə yaradılıb. Yarandığı ilk gündən təşkilatımızın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrimizin maraqlarını təmsil və müdafiə etmək, rayonumuzun, ölkənin ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etmək olub.

Universitetdə 4 fakültə olduğu üçün 4 Fakültə Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir və mərkəz olan Lənkəran Dövlət Universiteti TGT tərəfindən istiqamətlənir. Lənkəran Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının seçki-hesabat konfransından sonra təşkilatın fəaliyyətini təkmilləşdirmək məqsədi ilə bir sıra struktur dəyişiklikləri həyata keçirdi. Belə ki, əsas istiqamətlər üzrə ixtisaslaşmış departamentklublardan təşkil olundu. Bunlar Elm və təhsil departamenti, Layihələr departamenti, Beynəlxalq əlaqələr departamenti, İnsan resursları departamenti, İctimaiyyətlə əlaqələr departamenti, Mədəniyyət departamenti, İdman departamenti, İnformasiya Texnologiyaları departamenti, KVN Klubu, Debat klub, Ədəbiyyat klubu, Vətənpərvər Gənclər Klubudur.

Yaradılmış bu struktur bölmələri ilə Lənkəran Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı üzərinə düşən əsas vəzifələri tam yerinə yetirir. Universitetimizin Tələbə Gənclər Təşkilatı tələbələr arasında maarifləndirmə işinin aparılması, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, tələbələrin hüquqlarının təmin edilməsi, bölgənin, respublikanın daxilində keçirilən müsabiqələrdə, olimpiadalarda, tələbələrin iştirakının təmin edilməsi istiqamətində daha uğurlu həyata keçirir. 2017-ci il 2-9 aprel tarixlərində aprel döyüşlərində şəhid olan lənkəranlı oğullarımızın xatirəsini anmaq məqsədilə şəhid ailələrini ziyarət etməyi düşünürük. Fikrimcə, bu hər bir gəncin mənəvi borcudur.

 

- Son illərdə xaricdə təhsil alan gənclərimizin sayı artıb. Necə düşünürsüzün, xaricdə təhsil gənclərimiz üçün daha böyük perspektivlər vəd edə bilərmi?

-Əlbəttə, xaricdə təhsilin üstünlükləri çoxdur. Amma bir məsələ var ki, baxır, hansı ölkədə, hansı universitetdə təhsil alırsan. Elə bir universiteti seçə bilərsən ki, sənin öz ölkəndə oradakından daha yaxşı təhsil verə bilərlər. Xarici ölkələrdə təhsil alan gənclərimizin sayının artmasına gəldikdə isə bu amilə münasibətim müsbətdir. Xaricdə təhsil alan gənclərimizin sayının artmasının başlıca səbəbi 2007-2015-ci illərdə həyata keçirilən Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının uğurla yerinə yetirilməsidir.

Amma mən təhsilimin ikinci pilləsini, magistratura səviyyəsində Lənkəran Dövlət Universitetində almağı düşünürəm və burada tələbələr üçün yaradılan yüksək şərait mənim gələcəkdə bir mütəxəssis kimi yetişməyimə gətirib çıxaracaq.

 

-Tələbələrimizin aktivliyi haqqında da danışardınız. İctimai işlərə fəal qoşulmaları, asudə vaxtlarını səmərəli keçirmələri kimi məsələlər sizi qane edirmi?

-Əvvəlki illərə baxanda, demək olar ki, indi gənclərimiz asudə vaxtlarını daha səmərəli təşkil edirlər. Bu gün gənclərimizdə vətənpərvərlik hissi çox yüksəkdir və bu, çox əhəmiyyətli bir nüansdır. Uğurlu dövlət siyasətinin əsas göstəricilərindən biri də gənclər siyasətidir. Hansı ki bu siyasət Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclər siyasətinin nəticəsi olaraq biz gənclər üçün yaradılan yüksək şəraitdən bəhrələnərək səmərəli fəaliyyət göstəririk. Son 4 il ərzində Tələbə Gənclər Təşkilatına 914 gəncin üzv olmağı gənclərimizin universitetin sosial, ictimai, mədəni həyatında daha fəal iştirakda maraqlı olduğunun göstəricisidir. Tələbələrdə yaranmış bu marağı daha da artırmaq üçün Tələbə Gənclər Təşkilatı tərəfindən Lənkəranda başqa rayonlardan gələn tələbələr üçün rayonumuzun tarixi, görməli yerlərinə gəzintilər təşkil edilir.

-Azərbaycanda təşkil olunan əvvəlki beynəlxalq idman və digər tədbirlərdə tələbə könüllülər aktiv iştirak etdilər. İslam Həmrəyliyi Oyunlarında da, yəqin həmin mənzərənin şahidi olacayıq.

-Doğru vurğuladınız. Son illər gənclər nəinki beynəlxalq tədbirlərin uğurlu təşkilində, ümumən idarəçilikdə, iqtisadiyyatımızın inkişafında əhəmiyyətli rol oynayırlar. Avroviziya yarışmasından tutmuş, Avropa Oyunlarına qədər tələbələr, ümumən gənclərimiz təşkilati işlərdə aktiv iştirak etdilər. Odlar yurdu tezliklə daha bir mötəbər beynəlxalq yarışa ev sahibliyi edəcək. İslam Həmrəyliyi Oyunları adlı bu beynəlxalq yarışa, Lənkəran Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı olaraq gənclərin iştirakı ilə təbliğat aksiyalarının təşkil olunmasını nəzərdə tutmuşuq. Bu və digər mötəbər yarışların ölkəmizdə keçirilməsinə Azərbaycanın dünyada qüdrətli bir ölkə kimi tanıdılması cəhətdən çox müsbət yanaşıram.

 

Tural Tağıyev

Palitra.-2017.-14 mart.-S.7.