İordaniya Senatının sədri: “BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir”

 

Xəbər verildiyi kimi, ötən gün “Beynəlxalq münasibətlərin gələcəyi: gücmaraqlarmövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda BosniyaHersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər. V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaqnüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunur. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizmpopulizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılılır.

İlk panel “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda olub. Öncə iclasın moderatoru olan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin mühüm məsələlərin müzakirə edildiyi Forumun əhəmiyyətini xüsusi vurğulyıb.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib ki, 30 il əvvələ qayıtsaq və dünyanın gələcəyi barədə düşüncələrimizə baxsaq, görərik ki, o zaman düşüncələrimiz daha optimist idi: “Biz düşünürdük ki, "soyuq müharibə"nin sonu daha çox imkanlar, sülh, əməkdaşlıqlar yaradacaq. Amma bu gün elə bir dünyanın şahidiyik ki, terrorizm, qırğınlar, müharibələr var.

G. Marqvelaşvili qeyd edib ki, ölkəsi qlobal təhlükəsizlik və sabitlik prosesinin tərəfdaşı olub: "Biz beynəlxalq əməkdaşlığa inanırıq. Bu qloballaşmış dünya sizin öz vətəninizin sabitliyinə də gətirib çıxaracaq. Biz Əfqanıstanda və Afrikada missiyalarda iştirak edirik. Biz təcavüzü pisləməli, buna göz yummamalıyıq. Biz qlobal dünyanı sülh şəraitində saxlamaq istəyiriksə, beynəlxalq hüquqa inanmalıyıq”.

O bildirib ki, Gürcüstan Azərbaycan və Türkiyəyə açıq partnyorluq təklif edir və gələcək inkişaf layihələrinə hazırdır: “Beynəlxalq münasibətlərin gələcəyi: gücmaraqlarmövzusunda keçirilən V Qlobal Bakı Forumu çox maraqlıdır, çünki müxtəlif ölkələrin nümayəndələrinə təkcə region ölkələri qarşısında deyil, həm də bütün dünyanın qarşısında dayanan məsələləri müzakirə etməyə imkan verir”.

O, Azərbaycan Prezidentinin forumun açılışındakı çıxışının əhəmiyyətini də vurğulayıb: “Mən artıq ənənəyə çevrilmiş bu forumun keçirilməsində təşəbbüsü üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Mən əvvəlki forumda da iştirak etmişəm, burada təşkilatçılıq səviyyəsi çox yüksəkdir. Bizim forumda qarşımıza qoyulan əsas məqsəd dünyadakı qlobal probemlərin müzakirəsidir”.

G. Marqvelaşvili deyib ki, Azərbaycan-Gürcüstan münasibətləri çox yüksək səviyyədədir: “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı çox effektiv formatdır. Bu formatın yaradılmasında Azərbaycanın və Gürcüstanın sabiq prezidentləri Heydər Əliyev və Eduard Şevardnadze böyük rol oynayıblar. Bu əməkdaşlıq formatı qlobal miqyasda öz effektivliyini doğruldub”.

Səudiyyə Ərəbistanı şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal V Qlobal Bakı forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda panel müzakirəsində çıxış edib. “Dünya 1945-ci ilin dünyası deyil, amma o dövrün mentaliteti ilə idarə olunur” deyən Turki əl-Faysal bildirib ki, güc bir çox mərkəzlər tərəfindən bölüşdürülməlidir. Suriya və Dağlıq Qarabağ münaqişələrində gördüyümüz kimi beynəlxalq ictimaiyyətinin gücsüzlüyü, ABŞ və Rusiyanın bu münaqişələri həll etmək istəməməsi daha böyük problemlərə gətirib çıxarıb. BMT-yə üzv ölkələr, Təhlükəsiz Şurasının 5 daimi üzvü tərəfindən yeni düşüncə tələb olunur. Fələstin və Dağlıq Qarabağın işğalına son qoymaq üçün qəbul olunan qətnamələrin icrasına maneçilik törədilməməlidir. Biz ümumi sivilizasiya naminə mübarizə aparmalıyıq”.

“Təəssüf ki biz təhlükəsiz və sabit dünyada yaşamırıq” deyən Latviya prezidenti Raymonds Veyonis isə bildirib ki, davam edən münaqişələr, böhranlar nəticəsində beynəlxalq münasibətlər də dəyişib: “Davam edən münaqişələr qlobal, beynəlxalq asayişə təhlükə törədir. BMT qlobal səviyyədə fəaliyyətlərin həyata keçirilməsi baxımından ən uyğun platformadır. Biz beynəlxalq münasibətləri sabitləşdirmək üçün BMT-nin dəyərini aşağı salmamalıyıq. BMT qlobal səviyyədə təhlükəsizlik və müdafiənin, iqtisadisosial səviyyədə əməkdaşlığın təmin olunması, insan hüquqlarının təminatında böyük rola malikdir. Avropa təhlükəsizlik sahəsində baş verən problemlərdən azad deyil. Avroatlantik məkan da təhlükəsizliklə bağlı problemlərlə üzləşir. Rusiya ölkələrin suverenliyini güclə dəyişməyə hazırdır. Ekstremizm, korrupsiya, insan hüquqlarının pozulmasının ağır fəsadlarını görürük. Bu, xüsusilə Şimali AfrikaOrta Şərqdə baş verir”. R.Veyonis qeyd edib ki, müxtəlif dövlətlər arasında əməkdaşlıq təmin etmək üçün müxtəlif platformalar yaradılır: “ATƏT, Avropa Şurası, Afrika İttifaqı buna misaldır. BMT-nin qətnamələrinə əsasən münaqişələr mümkün qədər tez həllini tapmalıdır. Latviya hesab edir ki, münaqişələr sülh, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişələrin həlli Avropa üçün vacib məsələdir. Bunun üçün eyni zamanda siyasi iradə də tələb olunur. Münaqişələr, xüsusilə Dağlıq Qarabağ, Gürcüstan, Ukrayna və Moldovadakı münaqişələr sülh yolu ilə həll edilməlidir”.

V Qlobal Bakı Forumunda iştirak edən İordaniya Haşimilər Krallığı Senatının sədri Faysal el Fayez deyib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr icra olunmalıdır. Senat rəhbəri Qlobal Bakı Forumunun mühüm əhəmiyyətə malik olduğunu bildirib:

"Bu gün dünyada, o cümlədən Yaxın Şərqdə, Suriyada, İraqda bir çox problemlər mövcuddurbu böhranların həlli yolları tapılmalı və dünya daha gözəl olmalıdır. Bu baxımdan Qlobal Bakı Forumu mühüm əhəmiyyətə malikdir. Bu gün biz burada müxtəlif ölkələrin prezidentlərini dinlədik, onlar mövcud böhranların həlli yolları ilə bağlı fikirlərini söylədilər. Bu problemlər bütün dünyanı narahat edir".

Əl-Fayez qeyd edib ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal edilib və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-17 mart.-S.11.