50 illik
xalça muzeyi
Dünyada ən nadir eksponatlara malik muzeylər vardır. Məsələn,
Lissabonda Fayton Muzeyi, Sakt-Peterburqda Kəpənək Muzeyi, Tulada Samovar Muzeyi, Yaponiya Qar Dənəcikləri
Muzeyi kimi muzeylər fəaliyyət
göstərir.
Azərbaycanda da iki elə
muzey vardır ki, onlar eksponatlarının
nadirliyinə görə
seçilirlər. Bunlardan biri
İçərişəhərdə Zərifə Salahovanın
ən kiçik ölçülü eksponatları
olan Miniatür Kitab Muzeyi və
dünyada ilk dəfə
olaraq Azərbaycanda açılan Azərbaycan
Xalça Muzeyidir.
Bu il Respublikamızda
Azərbaycan Xalça
Muzeyinin yaranmasının
50 illik yubileyi keçiriləcək.
Azərbaycan Xalça Muzeyi
50 il bundan
öncə Azərbaycanın
xalq rəssamı,
SSR-i Dövlət Mükafatı Laureatı Lətif Kərimovun təşəbbüsü ilə
açılmışdır. Bütün həyatını
Azərbaycan xalça
sənətinin tədqiqinə
həsr edib, monumental üç cildlik "Azərbaycan xalçası"
adlı əsər yaratmış Lətif Kərimov Azərbaycanda məişət əşyası
hesab edilən xalçalarımızı elmin
yeni müstəqil bir sahəsi kimi inkişaf etməsinin, bu sənətin təhsil sisteminə daxil olmasının da ilk təşəbbüskarı olmuşdur.
Lətif Kərimovun kitablarının dünyada
yayılmasına qədər
dünya muzeylərində
olan Azərbaycan xalçaları erməni,
fars, rus
və ya qafqaz adı ilə adlanırdı. Məhz Lətif Kərimovun klassifikasiyasından sonra dünya mütəxəssisləri
Azərbaycan xalçalarını
öz adları ilə adlandırmağa başladılar.
Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinın yaranması,
onun ilk eksponatlarının
toplanması, ilk alıcı
komissiyasının təşkili
və kadrların hazırlanması, o cümlədən,
bacarıqlı təşkilatçı,
muzeyin ilk direktorunun təyin edilməsi (Əziz Əliyev) məhz Lətif Kərimovun zəhməti nəticəsində mümkün
olmuşdur. Uzun illər Xalça
Muzeyi İçərişəhərdəki
Cümə Məscidində,
müstəqillik illərindən
başlayaraq isə keçmiş Lenin Muzeyində
yerləşdirilən Muzey
Mərkəzində bir
neçə otaqda fəaliyyət göstərmişdir.
Doğrudur, Azərbaycan xalçalarının
XV-XVIII əsrlərə aid ən nadir nümunələri
Avropa və Amerikanın məhşur muzeylərində saxlanılır. Azərbaycan
Xalça muzeyində
isə XVII-XIX və
XX əsrlərə aid olan,
Azərbaycanın ayrı-ayrı,
o cümlədən Quba,
Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbrizi xalça məktəblərini
özündə əks
etdirən xovlu və xovsuz xalçalar, xalça məmulatları öz əksini tapmışdır.
Bundan əlavə muzeydə Azərbaycan dekorativ-tətbiqi
sənətinin digər
növlərinin də
kifayət qədər
nümunələri saxlanmaqdadır.
Orijinal üslubda inşa olunan bina bükülmüş
xalçanı xatırladır.
Hazırda muzeyin sərgi
və fondlarında
10000-dən çox eksponat
saxlanılır. Muzeydə xalça
və xalça məmulatları, metal məmulatlar,
parça, geyim və tikmə, keramika, şüşə,
ağac, kağız,
zərgərlik əşyaları,
kitablar, fotoşəkillərdən
ibarət nadir kolleksiya
mühafizə olunur.
Azərbaycan Xalça Muzeyinin şöhrətlənməsinin və təkcə Azərbaycan vətəndaşlarının
deyil, xarici ölkədən gələn
turistlərin də ən çox gəzdiyi mərkəzə
çevrilməsinin əsas
şərtlərdən biri
muzeyin yeni binasının inşa edilməsidir. Bu da
yalnız Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin və onun xanımı Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində
baş verir. Muzeyin yeni binasının yaradılması işində
Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və köməyi olub.
Məlum olduğu kimi dünyada ən məhşur muzeylərin
99%-i vaxtilə tikilmiş qəsr, saray, böyük həcmli ictimai binalarda yerləşdirilərək
fəaliyyət göstərirlər. Xüsusi
olaraq muzey üçün tikilən
binalara Parisdəki Corc Pampido adına
Müasir İncəsənət
Muzeyi, Tehrandakı Müasir İncəsənət
Muzeyi və Vaşinqtondakı Teksil Muzeyinin yeni tikilmiş bir neçə binasının
və Bakıdakı Xalça Muzeyinin yen itikilən binasının
adlarını çəkmək
olar. Dünya praktikasında belə
faktlar da mövcuddur ki, muzey binası onu yaradan şəxslərin
adı ilə adlanır. Bu baxımdan
1851-ci ildə Şahzadə
Albert və Kraliça
Viktoriya tərəfindən
maliyyələşən və
az sonra
onların adını
daşıyan Londondakı
Vikroriya və Albert Muzeyi və İstanbuldakı Sadberk Xanım Muzeyinin adını çəkmək
olar.
Bizim fikrimizcə Xalça Muzeyinin yeni binası ölkəmizin layiqli vətəndaşları, incəsənətimizə medsanatlıq edən dövlətimizin iki məhşur şəxsiyyəti olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və onun xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın adlarını daşımalıdır.
Məlum olduğu kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına Azərbaycan muğamının (2008), Azərbaycan aşıq sənətinin (2009), Novruz bayramının (2009), Azərbaycan xalça sənətinin (2010), Azərbaycan tar ifaçılıq və onun hazırlanma ustalığının (2012), Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyununun (2013), kəlağayının (2014), Lahıc miskərlik sənətinin (2015) daxil edilməsi məhz Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın səyi nəticəsində mümkün olmuşdur.
Kübra Əliyeva,
Sənətşünaslıq
üzrə elmlər doktoru, professor,
Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi
Palitra.-2017.-17 mart.-S.13.