Avropada Qarabağdan danışmağın əsil vaxtı çatıb”

 

Leyla Babayeva: “Mühüm təşkilatlarla birgə mütləq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasını rəsmiləşdirir”

 

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycanın Avropalı Dostları Mərkəzi bu günlərdə Qarabağla bağlı layihəyə start verib. “Yolumuz Qarabağadır”adlı layihənin məqsədi Avropa ictimaiyyətinə Qarabağ həqiqətlərini təbliğ etməkdir. Azərbaycanın Avropalı Dostları Mərkəzinin sədri Leyla Babayeva ilə həmsöhbət olub layihənin detallarını öyrəndik.

 

-“Yolumuz Qarabağadır” layihəsinin ideyası kimdən gəldi?

 

- Bu layihənin ideyası, təbii ki, bizim təşkilatımız- Azərbaycanın Avropalı Dostları Mərkəzindən (European Centre Azerbaijani Frends- ECAF) gəlib. “Yolumuz Qarabağadır” adı altında keçiriləcək silsilə anım tədbirləri Holland Azərbaycan Dostları Cəmiyyəti (Dutch Friends of Azerbaijan - DufoA) təşkilatı ilə birgə hazırlanıb.

Silsilə tədbirlərin ən vacib mövzularından biri də Xocalı mövzusudur. 2016-cı ilin dekabr ayında AADM-in İdarə Heyətinin illik iclasında Xocalı qırğınının 25-ci ildönümünün Niderland Krallığında daha qlobal miqyasda keçirilməsini qərara aldı. AADM indiyəcən Niderlandda misli görünməmiş bir təklif irəli sürdü: 2017-ci ilin Hollandiyada “Xocalı ilikimi adlandırılmasına müvəffəq olmaq! Xocalı qırğınının 25-ci ildönümünün bütün 2017-ci il ərzində qeyd olunması, əsasən, kolleclərdə, məktəblərdə, gənclər təşkilatlarının yığıncaqlarında planlaşdırılır. Xocalı anımları siyasətdən tamamilə uzaq olaraq, mədəni, incəsənət və musiqi əsasında qeyd olunacaq. Bunun üçün ECAF bir neçə layihə hazırlayıb (“Xarı Bülbül”, “Hərbsiz dünya” başlığı altında ədəbi-bədii gecələr, “Əlvan Ҫiçəklər” adlı silsilə kukla teatrı, “Multiculturalizme en Diversiteit” adı altında gənclər arasında debatlar).

Ümumilikdə, həmin layihələr çərçivəsində əsas məqsəd Dağlıq Qarabağla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması, xüsusilə də holland xalqının ictimai-mədəni tarixində gələcək nəsillər üçün arxivləşdirilməsidir.

Qeyd edim ki, “Yolumuz Qarabağadır” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə müzakirə edilibNiderland parlamentinə, bu ölkədə fəaliyyət göstərən insan haqları təşkilatlarına, Niderlandın “De Volkskrant”, “De Telegraaf”, “Elsevier”, “AD Den Haag”, “Het Nederlandse Dagbladkimi nüfuzlu mətbuat orqanlarına bu barədə rəsmi məlumatlar göndərilib.

-Bu layihənin keçirilməsini zəruri edən nədir?

- Son zamanlar beynəlxalq aləmdə baş verən dəyişikliklərlə bağlı (Avropanın bir çox böyük şəhərlərində baş verən terror hadisələri, Krım məsələsi, Türkiyənin artıq Avropa tərəfindən dost dövlət kimi qəbul olunmaması, Amerika Birləşmiş Ştatlarında baş verən siyasi dəyişikliklər, Avropaya saysız-hesabsız qaçqın axınları) müəyyən dərəcədə cəmiyyətdə mentalitetin dəyişməsinə səbəb olub. Orta avropalı artıq hadisələrin nəticəsindən çox onların səbəbini görür: müharibə olmasa, qaçqınlar da olmaz; digər ölkələrin ictimai-siyasi durumuna kənardan müdaxilə olunmasa, terror hadisələri də olmazs.

Hal-hazırda Avropada hər bir müharibəyə, hərbi münaqişələrə, insanların etnik, dinis. əsaslara görə diskriminasiya olunmasına qarşı daha çox etiraz duyulmaqdadır. Avropa cəmiyyəti anlayır ki, buradakı təhlükəsizliyi təmin etmək üçün başqa ölkələrdə də baş verən haqsızlıqlara göz yummaq lazım deyil. Holland mətbuatında müharibənin törətdiyi nəticələrin səbəbləri haqqında da danışılmağa başlanılıb. Vaxtilə İraqda, keçmiş Yuqoslaviya ölkələrində, Qarabağda baş verən qırğınlara qarşı skeptik mövqe tutan Avropa bu gün o zamankı laqeydliyin artıq öz başına gələn bəlaların dolayı səbəbi olmasını anlamağa başlayıb.

ECAF məhz indi Azərbaycandan, Qarabağdan danışmağın əsil vaxtının gəlib çatdığının fərqinə varır, bu vaxtdan tez və səmərəli istifadə etmək şansını heç bir vəchlə əldən vermək istəmir.

-Avropa ictimaiyyəti Qarabağ məsələsi haqqında nə dərəcədə məlumatlıdır?

- Çox bəsit! Yüksək siyasi dairələrdə, əlbəttə, həqiqət aydındır, hərçənd bu dairələr, təbii ki, daha çox erməni lobbiçiliyinin təsiri altındadır. Əfsus ki, biz hələ Avropada Azərbaycanın artıq formalaşmış lobbiçiliyindən danışa bilmirik. Yeri gəlmişkən, ECAF-ın öz qarşısına qoyduğu məqsədlərdən elə birincisi burada lobbiçiliyin yaranmasına xidmət etməkdir.

-Ümumiyyətlə, Avropanın erməni yalanına inanmaması üçün diasporumuzkimi aktivlik göstərməlidir?

- Bu suala bir neçə kəlmə ilə cavab vermək mümkün deyil.

Onu deyim ki, indiki vəziyyət tamam başqadır: artıq bayraqlarla, şüarlarla, qışqırıqlarla nümayişə çıxanlar holland ictimaiyyətini daha çox qıcıqlandırır. 11, 12 martda holland türklərinin Hollandiyaya təşrif buyurmaq istəyən Türkiyə xarici işlər nazirinin ölkəyə buraxılmamasına qarşı keçirilən kütləvi etiraz mitinqləri mətbuatda və ictimaiyyətdə çox mənfi əks-təsir buraxdı. Belə yığıncaqlar insanları daha çox qorxudur, təşvişə salır və onlarda o xalqın nümayəndələrinə qarşı antipatiya yaradır.

İctimai-psixoloji vəziyyəti onunla birgə çalışan peşəkar jurnalistlərin köməyilə dərindən analiz edən ECAF aktivizmin daha səmərəli və metodlarını axtarıb tapmışdır. Bu haqda ayrıca danışmaq daha məqsədəuyğun olar.

Əslində, bu salın cavabının bir hissəsi ECAF-ın nizamnaməsinin ana xəttində əks olunur.

-Sizin məlum layihəyə ermənilərdən hər hansı təhlükə ola bilərmi?

 

-Təbii. Xüsusən mətbuat vasitəsi və humanitar instansiyaların əli ilə edilən təzyiqlər, parlamentdə formalaşdırılan təsvir və psixoloji təzyiqləri qeyd etmək istərdim.

-Bu günlərdə iki petisiya başladıbsız. Bunun məqsədi nədir?

- Bildiyiniz kimi, bu günlərdə erməni diasporu Türk-Azərbaycan Kültür Dərnəyinin rəhbəri İlhan Aşkını məhkəməyə vermişdir. Bir çox Azərbaycan təşkilatları, ayrı-ayrı şəxslər İlhan bəyə mənəvi dəstək olmuşlar.

ECAF isə bir imza petisiyası hazırladı və bu petisiya 26 fevralda keçirdiyimiz Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirdə bəyan olundu. Həmən gündən etibarən və sonra, həmçinin 26, 27, 28 fevralda Avropa Azərbaycanlıları Konqresinin (AAK) Amsterdamda keçirilən konfransında, sonra isə elektron olaraq imzalar toplanmağa başlandı. Bu petisiya martın 3-də olan məhkəməyə təqdim olundu. Bununla da ECAF həm hakimiyyət dairələrinə, həm də ictimaiyyətə sübut etdi ki, qəbul olunan hər bir ədalətsiz qərar əhali arasında kütləvi narazılıqlar törədə bilər.

İkinci önəmli Petisiya Xocalı soyqırımına həsr olunmuş petisiyadır ki, o da Parlamentə ünvanlanıb.

-“Yolumuz Qarabağadır” layihəsinin gözlənilən nəticələri nə olacaq?

- Nəticələr sizin düşündüyünüzdən qat-qat artıq olacaq. Bircə onu deyim ki, ECAF öz işini VON, DUFOA və Mədəniyyət və Turizm Nazirliyi, bir çox humanitar təşkilatlarla qurur. Unutmayın ki, belə mühüm təşkilatlarla birgə mütləq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasını rəsmiləşdirir və bu həqiqətlər holland xalqının ictimai-psixoloji baxışlarını dəyişdirir, ən başlıcası isə sənədlər arxivləşdirilir.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-18 mart.-S.11.