Erməni təcavüzkarlarının törətdikləri soyqırımları dünya ictimaiyyətinə çatdırılır

 

XX əsrin əvvəllərində xalqımıza qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başlayan erməni daşnakları 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və digər bölgələrdə kütləvi qırğınlar törədərək on minlərlə soydaşımızı qətlə yetiriblər. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılıb, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alıb. Belə ki, 26 mart 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalanıb.

Fərmanda qeyd olunur ki, millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb, çadırlarda yaşamağa məhkum edilib: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Qeyd edək ki, həmin sənədə əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 1998-ci ildən hər il 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ölkənin bütün idarə və təşkilatlarında sərgilər, mühazirələr, “dəyirmi masalars. formada silsilə tədbirlər keçirilir.

Bu il 31 mart soyqırımı ilə bağlı anım tədbirlərinə artıq start verilib. Səbail rayonunun idarə, təşkilat və müəssisələrində çalışan, rayondakı ali məktəblərdə təhsil alan, ictimai-siyasi həyatda fəal gənclərin, ictimaiyyət təmsilçiləri və tarixçi alimlərin iştirakı ilə Səbail Rayon İcra Hakimiyyətinin iclas zalında “31 mart azərbaycanlıların soyqırımı günüdürmövzusunda “dəyirmi masakeçirilib.

Konfransın işini açıq elan edən Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov qeyd edib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlarına məruz qalıb. Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada «Böyük Ermənistan» yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv edib, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar.

Ötən əsrin 80-ci illərində isə SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycana qarşı birbaşa hərbi təcavüzə başladılar. 1992-ci ilin fevralında isə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədildi, torpaqlarımızin 20 faizi işğal ollundu.

Bu gün bu mövzunun gənclər tərəfindən müzakirəsi, onun dərindən öyrənilməsi hər birimiz üçün mühüm əhəmiyyət kəsb edir.

ADPU-nin professoru Mais Əmrahov mövzu ilə bağlı çıxış edərək uzun illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərdən danışaraq bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə dövlətin verdiyi əsl tarixi qiymət idi.

Prezident İlham Əliyev dövlətçilik maraqlarımızın qorunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Dövlət başçımızın yorulmaz fəaliyyəti sayəsində Azərbaycan inkişaf edib möhkəmlənərək dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutub.

“Dəyirmi masa”nın işində çıxış edən Dövlət İdarəçilik Akademiyasının professoru Musa Quluzadə, Səbail RİHBA-nın əməkdaşı Ziyad Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Tale Cəfərov, «Qərb» Universitetinin tələbəsi Turan Rzayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Aişən Vəliyeva və başqaları XX əsrin müxtəlif dövrlərində azərbaycanlıların məruz qaldıqları soyqırımı faktları, ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı uzun illər həyata keçirdikləri planları, Xocalı faciəsi və mövcud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə bağlı məruzələrlə çıxış ediblər. Sonda “dəyirmi masa” iştirakçıları adından yekdilliklə bəyanat qəbul olunub.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə partiyanın Yasamal rayon təşkilatının qərargahında da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov tədbirdə çıxış edərək 31 Mart faciəsinin dəhşətlərindən danışıb.

Tarix elmləri doktoru, professor Anar İsgəndərov ermənilərin iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı və cinayətlər barədə geniş məruzə ilə çıxış edib. A.İsgəndərov bildirib ki, 1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin xalqımıza qarşı həyata keçirdikləri soyqırımları Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının arxiv sənədlərində öz əksini tapıb. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tarixi həqiqətlərin araşdırılması və dəyərləndirilməsi baxımından mühüm sənəddir.

YAP Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, YAP GB təkcə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı deyil, bir çox mövzularda tədbir, forumkampaniyalar təşkil edir: “Azərbaycan xalqı dünyada nadir xalqlardan biridir ki, bir ildə ona qarşı törədilmiş üç böyük soyqırımının ildönümləri ilə bağlı anım mərasimləri təşkil edir. Bu soyqırımı və cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün bir çox ölkələrdə tədbirlər, anım günləri, konfranslar keçirilir. Azərbaycan ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində işlər davam etdirilir”.

 

Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər pislənib

“Ermənilərin azərbaycanlılara qarşı onilliklər boyu davam edən soyqırımı siyasəti total ideoloji təcavüz, terror, ayrı-ayrı vaxtlarda irimiqyaslı hərbi əməliyyatlarla müşayiət olunub”.

Bu fikir Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə səsləndirilib.

Toplantıda soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalıb.

Tədbirdə çıxış edənlər “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb, bu soyqırımı siyasətini pisləyiblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin filiallarında xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən müdavimlər və Cəmiyyətin icra orqanının əməkdaşları isə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Ziyarətçilərə ətraflı məlumat verən kompleksin direktoru Səidə Abasova işğalçı ermənilərin azərbaycanlılara, yerli dinc əhaliyə qarşı törətdikləri 31 Mart soyqırımından danışıb. Sonra erməni vəhşiliklərini əyani sübut edən tarixi sənədlər və fotoşəkillərlə tanışlıq imkanı yaradılıb.

Cəmiyyət sədri Şahvələd Əliyev müdavimlərdə yüksək hərbi vətənpərvərlik duyğularının aşılanması üçün belə maarifləndirici səfərlərin vacibliyini qeyd edib.

 

Sosial şəbəkələrdə soyqırımı aksiyası

“İrəli” İctimai Birliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkələrdə aksiyalara start verib. Aksiyaların keçirilməsində məqsəd iki əsrdən artıq müddətdə Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək xalqımızın başına olmazın müsibətlər açan erməni təcavüzkarlarının törətdikləri soyqırımlarını dünya ictimaiyyətinə daha ətraflı çatdırmaqdır.

Twittersosial şəbəkəsində aksiyaya 500-dən çox gəncin qoşulacağı gözlənilir. Aksiyanın aprelin 1-dək davam etməsi nəzərdə tutulur.

Aksiyaya qoşulmaq istəyən şəxslər, “Twitter”də #31March1918 #31MarchGenocide #Azerbaijan #ireli2017 həştəqlərindən istifadə edərək müxtəlif məlumatlandırıcı paylaşımlar etməklə Azərbaycan həqiqətlərinin daha böyük auditoriyaya çatdırılmasına töhfə verə bilərlər.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-30 mart.-S.11.