“Rumınlar azərbaycanlıları
istiqanlı millət kimi tanıyırlar”
Kamran Allahverdiyev: “Kluj-AM telekanalında qonaq olub Rumıniya ilə Azərbaycan
arasındakı isti münasibətlər,
dostluq əlaqələri, ölkəmiz
barədə ətraflı danışdım”
Rumıniyada ali təhsilini
davam etdirən Kamran Allahverdiyev bu günlərdə
yerli telekanalalrdan
birində qonaq olub və
Azərbaycan, adət-ənənələrimiz haqqında
söhbət açıb. Bu barədə
“Palitra”ya
danışan Kamran Allahverdiyev
deyib: “Avram
Mirceanın rəhbərlik etdiyi Kluj-AM adlanan telekanala dəvət edildim
və Ligia Bocsenin
aparıcılıq etdiyi proqramda
aktiv iştirak etdim. Burada Rumıniya ilə Azərbaycan arasındakı isti münasibətlər, dostluq
əlaqələri, ölkəmiz barədə ətraflı
danışdıq. Əsas mövzu isə
xalqımızın böyük
bayramlarından biri olan
Novruz bayramı idi. Çünki bu bayram yenicə bitib və
turistlərin diqqətinin çəkilməsi
baxımından da belə
bayramların təbliği vacibdir. Söhbət əsnasında Novruz
bayramı hər il xalqımız tərəfindən
böyük təntənə ilə qeyd etdiyimizi və Novruz bayramını baharın ilk
günü, yazın gəlməsinin rəmzi
kimi də
adlandırdığımızı, həmin gün
Günəş dünyanın cənub yarımkürəsindən şimal
yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz
bərabərləşdiyini, yaz fəsli
başladığını izah etdim. Əlavə olaraq bu məlumatları da bildirdim ki , Azərbaycanda
təbiətin oyanması Novruz ilə
başlayır və hətta Novruzun gəlişinə
bir ay qalmış çox təntənəli şəkildə
bayrama hazırlıqlar başlayır. Hər
həftənin çərşənbə axşamı öz adət-ənənələrimizə müvafiq olaraq - Su, Od, Torpaq
və Yel çərşənbəsi
(ilaxır və ya bayram
çərşənbələri də olur)
qeyd edilir. Bir sıra maraqlı məqamlara da toxundum ki,
çox güman bu rumın tamaşaçılar üçün qeyri-adi
görünəcəkdi. Buna misal olaraq Novruz
bayramında, çərşənbələrdə həyətlərdə
tonqalların qalanmasıdır. Tonqalın üstündən atlanaraq köhnə ilin
azar-bezarının da
yandırılması kimi inancın
olmasını nəql etdim. Onu da qeyd
etdim ki, odun üstündən hoppananlar
nəğmələrdə oxuyarlar. Bildirdim ki, əsrlərin
sınağından çıxmış mənəvi dəyərlərimizi,
adət-ənənələrimizi özündə yaşadan bayramda Novruz süfrəsi, Novruz
xonçası olur. Bütün
bunlar aparıcının da
diqqətini çəkdi. Həmçinin izah
ediridim ki, bu süfrəni hazırlamağa axır
çərşənbədən başlayırlar. Süfrəyə
qoymaq üçün
müxtəlif şirnilər bişirilir.
Süfrədə "s" hərfi ilə
başlayan yeddi yemək,
o cümlədən sumax,
sirkə, süd, səməni, səbzi və
s. olmalıdır. Bundan
əlavə, süfrəyə güzgü
və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş
yumurta qoyulur. Bunun da simvolik
mənası var. Şam
od, işıq rəmzi, güzgü
isə aydınlıq, şəffaflıq rəmzidir. Digər
maarqlı adətlərimizə də toxunub
danışdım ki, hətta Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir.
Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq,
çiçəklənmə simvolu),
"Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar. Bildirdim ki, Ənənələrimizə görə,
bayramın ilk gecəsi hər kəs evdə
olmalıdır. Əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görsənməyəcəksən.
Qədim adətlərə görə, Novruzun ilk gecəsi səhərədək
şam yandırılır, söndürülmüş ocaq,
sönmüş şam
isə uğursuzluq əlamətidir.
İstiqanlığımızdan da söz açıb dedim ki, Novruz bayramında
kin-küdürət unudulur. Heç kəs bir-biri ilə
küsülü qalmır. Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır. Bütün bunları rumın tamaşaçılar üçün izah etdikdən
sonra bəzi rumın dostlarım da mənə müraciət edərək
bayramımız haqqında daha ətraflı
məlumat verməyimi xahiş edirdilər.
Ümumiyyətlə qeyd edim
ki, rumınlar azərbaycanlıları
istiqanlı millət kimi
tanıyırlar”.
Tural Tağıyev
Palitra.-2017.-30 mart.-S.6.