31 mart
soyqırımı Ermənistanın azərbaycanlılara
qarşı etnik təmizləmə siyasətinin
ən qanlı səhifəsidir
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabı bu sahənin araşdırılması ilə bağlı ən sanballı əsərlərdən biridir. Kitabda yer alan faktlar etnik təmizləmə və soyqırımı siyasətini ifşa edir.
Kitabda qeyd edilir ki, son iki
əsrdə xalqımıza qarşı erməni millətçiləri
tərəfindən məqsədyönlü şəkildə
həyata keçirilən etnik təmizləmə,
soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan
tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə
dolu çox
ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist
siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi
torpaqlarından qovmaqla əzəli Azərbaycan
ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm
əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ
bölgəsinin dağlıq hissəsinə İrandan
və Türkiyədən çoxlu sayda erməni əhalisinin
köçürülməsinə XIX əsrin əvvəllərində
başlanmışdır. Bu dövrdə regionun zəngin təbii
sərvətləri üzərində nəzarəti ələ
keçirmək istəyən çar
Rusiyası XVIII əsrin sonu, XIX əsrin əvvəllərində
Türkiyə və İrana qarşı
müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə
edib. Müəllif qeyd
edir ki, çar Rusiyasının müstəmləkəçilik
siyasətinin tərkib hissəsi olan
köçürülmə prosesi bütün XIX əsr boyunca
davam etdirilmiş və
nəticədə regionda demoqrafik
vəziyyətə təsir göstərmişdir. Ermənilərin
bu bölgədə süni
surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən
başlayaraq Azərbaycana qarşı ərazi
iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olub: “XX əsrin əvvəllərində
erməni millətçiləri “Daşnaksütyun”
partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını
reallaşdırmaq istiqamətində fəaliyyətini
genişləndirərək öz tarixi torpaqlarında yaşayan
azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla
etnik təmizləmə və
soyqırımı siyasətini həyata keçirməyə
başladılar. Belə ki,
1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə,
Qarabağda, İrəvanda,
Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə,
Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc
azərbaycanlılara qarşı qırğınlar törətmiş,
əhali amansızlıqla qətlə yetirilmiş,
şəhər və kəndlər yandırılmış
və dağıdılmışdır. Erməni
silahlı dəstələri Şuşa,
Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan
və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış
məntəqəsini viran qoymuş,
on minlərlə soydaşımız öz doğma
yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər.
Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq
qoymadan qətlə yetirməklə həmin
ərazilərdə çar
Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə aparmışlar. Belə ki, Birinci
Dünya müharibəsi illərində də
çarizmin himayəsinə
sığınan ermənilər azərbaycanlılara
qarşı qırğınları davam
etdirməyə başladılar. 1917-ci ildə Rusiyada
baş verən fevral
və oktyabr hadisələrindən sonra “Daşnaksütyun”
partiyası və Erməni Milli Konqresi daha geniş
fəaliyyətə başladılar. Eyni zamanda,
V.Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaz
işləri üzrə müvəqqəti fövqəladə
komissar təyin edilən S.Şaumyan
azərbaycanlıların kütləvi
qırğınının təşkilatçısı və
rəhbərinə çevrildi. Erməni silahlı qüvvələri tərəfindən
1917-ci ilin əvvəllərindən
1918-ci ilin mart
ayına qədər olan dövrdə
İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında
109, Qarabağda 157 kənd
dağıdılmış, digər bölgələrdə
60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur. 1918-ci ilin əvvəllərində, yəni mart qırğını ərəfəsində
bilavasitə Şaumyana tabe
olan erməni silahlı qüvvələrinin
sayı 20 minə yaxın idi. Bolşeviklərin,
o cümlədən Leninin
himayəsi altında Şaumyan Bakı
Kommunasının rəhbəri oldu. Həmin
il martın 30-da erməni-bolşevik birləşmələri
Bakı şəhərini gəmilərdən yaylım atəşinə
tutdular. Bunun
ardınca isə silahlı daşnaklar azərbaycanlıların
evlərinə hücum edərək
amansız qətllər törətdilər. Martın 31-də
və aprelin ilk
günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc
azərbaycanlı yalnız milli mənsubiyyətinə
görə məhv edildi. Həmin günlərdə
erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını
qətlə yetirdi. Bu
qanlı hadisələr zamanı insanlar
evlərində diri-diri yandırılmış,
eləcə də xüsusi işgəncə
və amansızlıqla öldürülmüşdür.
Ermənilərin silahlı hücumu nəticəsində
1918-ci ilin ilk beş ayı ərzində Quba
qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla
qətlə yetirilmiş, 167 kənd
dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud
deyil. Erməni-daşnak dəstələrinin
Quba qəzasında azərbaycanlıları
kütləvi şəkildə qətlə yetirmələrinə
dair aşkar edilmiş faktlar son vaxtlar bir
daha sübuta yetirilmişdir. Belə ki,
2007-ci ildə Quba şəhərində
kütləvi məzarlıqların aşkar
edilməsi erməni vandalizmini təsdiqləyən
faktlardır. Məzarlığın tədqiqi
zamanı 1918-ci ildə erməni silahlı birləşmələrinin
Qubaya hücumu
zamanı insanların hər cür
zorakılığa məruz qalaraq qəddarlıqla
qətlə yetirilməsi və həmin məzarlığın
sonradan kütləvi şəkildə basdırılmış
yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Onu da qeyd etmək
lazımdır ki, Amazaspın rəhbərliyi
ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə
yanaşı, yəhudilərə qarşı da
qırğınlar törətmişlər. Aparılan tədqiqatlar
nəticəsində məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada
ermənilər tərəfindən 3 min nəfərə
qədər yəhudi qətlə yetirilmişdir.
Bundan əlavə,
Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi,
o cümlədən Qarabağda
150-dən çox kənd
dağıdılmış və yandırılmış, eləcə
də Şuşada azərbaycanlılara
qarşı amansız qırğınlar törədilmişdir.
Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında
Bakıda və digər Azərbaycan ərazilərində 50
minə yaxın insan xüsusi
işgəncələrlə qətlə yetirilmişdir.
Zəngəzur qəzasında 10 mindən çox,
Şamaxı qəzasında 10 min 270 nəfər,
şəhərlə birlikdə isə 18 min
270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür”.
Anar Miriyev
Palirtra.-2017.-30 mart.-S.5.