Akademik Ramiz Mehdiyevin
kitabı Moskvada nəşr edilib
Prezident
Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə
Azərbaycan milli ideyası” kitabı Moskvanın “Politiçeskaya
ensiklopediya” nəşriyyatı
tərəfindən
çap edilib.
Akademik Ramiz Mehdiyevin
iki cildlik əsərinin
bu kitabı XX əsrin sonunda
müstəqil Azərbaycan dövləti yaradılması probleminin təhlilinə, müasir
dövrdə milli identikliyin
formalaşmasına həsr edilib.
Əminliklə demək olar ki, bu sanballı tədqiqatda
Azərbaycan xalqının milli
ideyasının formalaşmasının və
reallaşmasının əsas mərhələləri ilk dəfə açıqlanır. Azərbaycanın
dövlət müstəqilliyinin 25 illik dövrü ölkəmizin ictimai-siyasi,
iqtisadi həyatında ən müxtəlif
hadisələrlə zəngindir. Müstəqil
Azərbaycanın ilk illəri ölkədə
hökm sürən qeyri-sabitliklə
bağlı xaotik proseslərlə,
dövlətçiliyin olmaması, o
vaxtkı iqtidarın dövlətin əsaslarını
möhkəmlədə, Azərbaycan xalqının müharibəyə
cəlb etmiş ümumi
düşmənə qarşı davam gətirə
bilməməsi ilə yadda qalıb.
Filosof alim Ramiz Mehdiyev
müstəqilliyin ilk illərində gedən
prosesləri hərtərəfli təhlil edərək məhz
dövlət quruculuğunun struktur xassələrini açıqlayır, milli ideyanın və dövlətçiliyin
yaradılması üçün zəruri
olan əsas elementləri nəzərdən
keçirir. Müəllif
göstərir ki, iqtidar
dövlətçiliyin fəlsəfi əsasını,
dövlət quruculuğunun möhkəmlənməsi
üçün zəruri olan
struktur elementlərini anlamadığı
o təlatümlü illərdə belə
məsələlərin reallaşdırılması mümkün deyildi. Akademik Ramiz Mehdiyev qeyd edir
ki, ölkəni bu cür sistemsiz vəziyyətdən
çıxarmağa yalnız dövlətçiliyin əsaslarını
dərindən bilən şəxsiyyət nail
oldu: “Məhz xarizma, öncəgörmə, iradi
keyfiyyətlər, təcrübə, başqa
sözlə desək, Heydər Əliyev şəxsiyyəti həmin
dövrdə bizim üçün
sistem əhəmiyyəti kəsb edən
“millət, dövlətçilik”, “idarəetmə sistemi”, “hakimiyyət”, “inkişaf
etmiş iqtisadiyyat”,
“mənəvi dirçəliş”, “liderlik”,
“transformasiya”, “çoxvektorluluq”
kimi dəyərlərin – XXI əsrdə
müstəqil Azərbaycan dövlətinin mahiyyətini
açıqlayan dəyərlərin təşəkkülündə
və möhkəmlənməsində çox
mühüm rol
oynadı”. Ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə dövlətçiliyin
qurulması dövrünü nəzərdən
keçirən akademik Ramiz
Mehdiyev qeyd edir ki, 1993-cü ilin ortalarından başlayaraq
Azərbaycan öz strateji
seçimini etdi. Azərbaycan müasir, dünyəvi,
beynəlxalq aləmə inteqrasiya edən,
demokratiyanın əsaslarına sadiq olan ölkə kimi inkişaf etməyə başladı. Məhz
Heydər Əliyevin milli müstəqilliyin,
dövlət suverenliyinin qorunub
saxlanması, milli identikliyin
inkişaf etdirilməsi siyasəti sayəsində
azərbaycançılıq Azərbaycan cəmiyyətini
birləşdirən milli ideyaya
çevrildi. Akademik Ramiz Mehdiyev yazır: “Bu gün azərbaycançılıq
milli inkişaf
ideologiyası kimi müxtəlif
xalqların, mədəniyyətlərin, ənənələrin,
konfessiyaların üzvi şəkildə
birləşməsi deməkdir. O, güclü dövlət hakimiyyətinin mövcudluğuna və milli
maraqları ifadə edən yüksək milli
intizama, formalaşmaqda
olan milli mənlik şüuruna əsaslanır, ən müxtəlif
sosial təbəqələrdə həmrəylik
axtarır, millətin və dövlətin öz
potensialından irəli gələn, təkamülə əsaslanan
daimi islahatçılığı təbliğ
edir”. Müəllif kitabda milli ideyanın
formalaşması mərhələlərini ətraflı təsvir
edir, bu ideyanın təşəkkülündə
Azərbaycanın tarixi şəxsiyyətlərinin,
mədəniyyət xadimlərinin rolunu təhlil
edir, Azərbaycan etnomədəni məkanına
xas olan modelləri nəzərdən
keçirir. Alim
XXI əsrdə Azərbaycan ideyasının inkişafı
yollarını da diqqət mərkəzində
saxlayır. Akademik Ramiz
Mehdiyev tarixi prosesləri,
müasir dünyada mövcud meyilləri və Azərbaycanın
imkanlarını nəzərə alaraq əmin
olduğunu bildirir ki, ölkəmiz keyfiyyətcə yeni texnoloji cəmiyyətə
keçməlidir: “Kreativ və
ağıllı insanların, yaradıcı enerjiyə malik intellektualların sayının artması
Azərbaycanda inkişaf etmiş
müasir cəmiyyət
yaradılmasına gətirib çıxaracaq hərəkətverici
qüvvə ola bilər. Millətin bu keyfiyyətləri milli
ideyanın maddiləşməsinin əsas tərkib hissəsi
kimi ölkənin innovasiyalı modernləşməsinin
əsasını təşkil etməlidir”. Alim
qeyd edir ki, 2003-cü ildə başlanmış yeni inkişaf mərhələsi
bu gün dövlətimiz
tərəfindən ölkənin bütünlüklə
modernləşməsinə nail olmaq üçün davam etdirilir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan insan
kapitalının yaradılması, elmin ən
yeni nailiyyətlərinin, yeni
texnologiyaların və yeni idarəçilik
metodlarının tətbiq edilməsi əsasında bu hədəfə çatmağı
qarşıya məqsəd qoyub. Bu baxımdan kitabda milli kreativ elitanın
formalaşmasının müəllif tərəfindən qeyd edilən yolları, nümayəndələri
innovasiyalara oriyentasiya
edən, iqtisadi inkişafı hədəf
seçən kreativ sinfin
tərifi diqqəti cəlb edir. Müəllif
bu fundamental əsərində
gələcək Azərbaycanın qurulmasında gəncliyin rolunu, informasiya cəmiyyətində
onun yerini və
innovasiyalı inkişafda gənclərin
iştirakını təhlil edir. Akademik Ramiz Mehdiyev qəti əmin
olduğunu bildirir ki, Prezident İlham
Əliyevin dövlətçilik istedadı sayəsində Azərbaycan
xalqı bundan sonra da XXI əsrin tələbləri səviyyəsində
sosial-iqtisadi inkişaf,
milli ideya məsələlərinin
həlli yolu ilə irəliləyəcək.
Müəllif əmindir: “Bu quruculuq yolu Azərbaycanı
yeni postsənaye cəmiyyətinə gətirib
çıxaracaq”. Min nüsxə tirajla çap edilmiş kitab sosial inkişafın müasir
nəzəriyyələri ilə maraqlanan
oxuculara ünvanlanıb.
Palitra.-2017.-30 mart.-S.3.