“Azərbaycan ədəbiyyatı özbək
dilində” layihəsi ölkələrimiz arasında mədəni
əlaqələrin inkişafına layiqli
töhfədir
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olub. Tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, ictimai-siyasi xadimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər.
Layihə haqqında məlumat verən
kitabxananın direktoru Mayıl Əhmədov
bildirib ki, bu layihə Azərbaycan ilə Özbəkistan
arasında ictimai-siyasi və mədəni
əlaqələrin yüksək səviyyədə
olmasının parlaq təzahürüdür.
Bu cür təşəbbüslərin
həyata keçirilməsi əməkdaşlığımızın
tərəqqisinə böyük təkan
verir. M.Əhmədov xüsusi
vurğulayıb ki, Azərbaycan və
özbək xalqları arasında tarixi
köklərə malik dərin mədəni-ədəbi
əlaqələr mövcuddur. Bu əlaqələr XX əsrin sonlarında hər
iki respublikanın dövlət müstəqilliyinə
yenidən qovuşmalarından sonra daha da inkişaf
edərək strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib. Azərbaycanın haqq işinin müdafiəsində
Özbəkistan dövləti hər zaman
dəstəyini hiss etdirib.
Azərbaycanın Özbəkistandakı səfirliyi
və bu qurumun nəzdindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
tərəfindən ölkələrimiz arasında münasibətlərin
möhkəmlənməsinə xidmət edən çoxlu sayda layihə və
tədbirlər həyata keçirilir.
Təqdim edilən “Azərbaycan ədəbiyyatı özbək
dilində” layihəsi də həmin silsilədəndir. Layihə çərçivəsində Azərbaycan
ədəbiyyatının klassikləri, müasir
şair və
yazıçılarımızın əsərləri, eləcə
də Azərbaycanın tarixi və ictimai-siyasi həyatından bəhs edən kitablar özbək dilinə tərcümə
olunub. 24 adda müxtəlif
mövzulara dair Azərbaycan,
türk, özbək və rus dillərində nəşr edilən bu kitablarla yanaşı, bir neçə Azərbaycan filmi
də dublyaj olunaraq
özbəklərin istifadəsinə verilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz
arasındakı münasibətlərin daha
da inkişaf etdirilməsi
istiqamətində görülən işlər və
perspektivlər haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın xarici
siyasətində, ölkəmizin imicinin
yüksəlməsində böyük rol oynayan bu
cür təşəbbüslər
mütəmadi həyata keçirilməlidir. Daşkənddəki
Azərbaycan Mədəniyyət Mərkəzinın direktoru Samir Abbasov məlumat verib ki, həyata keçirilən layihələr
çərçivəsində Özbəkistanın müxtəlif
mədəniyyət və təhsil ocaqlarında Azərbaycan
guşələri və otaqları yaradılıb.
Tanınmış özbək tarixçi-publisisti
Şuxrat Salamovun “Türküstan və Cənubi Qafqaz
XIX-XX əsrlərdə. Daşnaklar Fərqanədən
Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” kitabları rus dilində çap olunub. Ş.Salamovun
kitablarının ilk təqdimatı da Prezident Kitabxanasında keçirilib. Sonda “Daşnaklar Fərqanədən Qarabağadək”
sənədli filmi nümayiş
olunub.
Palitra.-2017.-30 mart.-S.2.