Fransa mətbuatında Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı
yazıların sayı artıb
Münaqişənin həllinə
dair baxışların şərh olunduğu məqalələrdən
biri bugünlərdə “Huffington Post” qəzetində dərc
olunub
Son zamanlar Fransa mətbuatında Azərbaycan və Ermənistan arasında artıq bir neçə onillik ərzində davam edən və vaxtaşırı qanlı hadisələrlə müşayiət olunan Dağlıq Qarabağ münaqişəsi barədə analitik yazıların sayı nəzərəçarpan dərəcədə artmışdır. Bu bir tərəfdən, Fransanın münaqişənin sülh yolu ilə həllinə çalışan Minsk Qrupunun həmsədrlərindən biri olması ilə bağlıdırsa, digər tərəfdən, son illərdə Azərbaycan həqiqətlərinin Fransada daha geniş yayılmasından və nəticədə uzun müddət həll olunmamış qalan bu münaqişəyə elmi, siyasi və diplomatic dairələrdə marağın artmasından qaynaqlanır. Bu münaqişənin həllinə dair baxışların şərh olunduğu məqalələrdən biri bu günlərdə “Huffington Post” qəzetində dərc olunmuşdur.
Məqalənin müəllifi vaxtilə Əfqanıstanda Fransa hərbi qüvvələri Komandanının müşaviri olmuş və hal-hazırda Avropada Təhlükəsizlik və Perspektivlər İnstitutunun prezidenti, geo-siyasət üzrə professor Emanuel Düpüi Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın mümkün rolunu şərh edir.
Maraq doğura biləcəyini nəzərə alaraq, məqalənin Azərbaycan dilinə tərcüməsini hörmətli oxucularımızın diqqətinə çatdırırıq.
Rusiya qəliz Qarabağ probleminə necə son qoya bilər?!
Adətən deyirlər ki, sülh yaratmaq
üçün iki tərəf lazımdır. Dağlıq
Qarabağ münaqişəsinə gəldikdə isə belə
görünür ki, burada sülh yaranması
üçün üçüncü tərəfə
ehtiyac var.
Qonşu
Ermənistan tərəfindən işğal olunmuş Azərbycan
torpaqları olan Dağlıq Qarabağın ikinci
böyük şəhəri Xocalı ərazisində 1993-ci
ilin 26 fevralında baş vermiş və 600 nəfərdən
çox insanın ölümünə səbəb olmuş
qətliamın xatırlanması ilə bağlı Azərbaycanın
tədbirlər keçirdiyi bir vaxtda SSRİ-dən müstəqillik
əldə edəndən bəri bu iki barışmaz qonşu
arasında bu günə qədər dağıntılarla
müşahidə olunan münaqişə Cənubi Qafqazda
sabitliyi və inkişafı dayanmadan təhdid edir.
Həqiqətən
durum xüsusi olaraq paradoksaldır, çünki hər iki
ölkənin coğrafi yerləşməsi Avropa Birliyinin,
Rusiyanın, İranın, Türkiyənin və Çinin nəhəng
Avrasiya iddiaları baxımından xüsusi əhəmiyyət
kəsb edir!
Ötən
ilin noyabrında Türkmənistanda keçirilmiş və
“Lapiz-Lazuli” dəhlizinin yaranmasının əsasını
qoyan Aşqabat Zirvə Görüşü bir daha təsdiq
etdi ki, Qara Dəniz, Xəzər Dənizi və Mərkəzi
Asiya arasında əmlak və ticarət mallarının sərbəst
dövriyyəsi yeni İpək Yollarının əsas
elementidir. Xüsusilə, 2015-ci ildə Çin
tərəfindən irəli sürülmüş “Bir Kəmər,
Bir Yol” layihəsi bu coğrafiyada nəhəng sərmayələrin
yatırılmasını nəzərdə tutur.
İqtisadi
inteqrasiyaya nail ola bilməyən və
diplomatik tanınma axtarışında olan bir region
üçün həyati əhəmiyyətli bu geo-iqtisadi
maraqlar kontekstində Dağlıq Qarabağ ətrafındakı
münaqişə olduqca yersiz görünə bilər.
Ən pisi
də odur ki, “status-kvo”nun bir azdan otuz yaşı olacaq və gərginlik
son həddə çatıb: bu münaqişə 1994-cü
ilin 12 mayından etibarən davam edən atəskəsdən
sonra dondurulsa da, 2011-ci ildə və ötən ilin aprel
ayında baş vermiş və onlarla azərbaycanlı və
erməni hərbiçilərinin ölümü ilə nəticələnmiş
konkret toqquşmaların da göstərdiyi kimi, bu atəşkəs
rejiminin istənilən zaman çat vermə riski getdikcə
böyüyür.
BMT-nin
1993-cü il tarixli dörd qətnaməsinin, Aİ, ATƏT və
münaqişənin həlli yolunu tapmaq məqsədi ilə
1992-ci ildə yaradılmış və Fransanın,
Rusiyanın və ABŞ-ın həmsədrlik etdiyi “Minsk
Qrupu” səviyyəsində sərgilənmiş mövqelərin
də təsdiq etdiyi kimi, Ermənistan tərəfindən Azərbaycanın
ərazilərinin 20%-nin – Dağlıq Qarabağın və
onun ətrafındakı 7 rayonun işğal edilməsi
faktını heç kim inkar edə bilməz.
Eləcə də, Xocalı qırğınının
soyqırım xarakterli olmasının dünya üzrə
ondan çox milli parlament və Birləşmiş
Ştatların federal dövlətlərini təmsil edən
iyirmiyə qədər palata tərəfindən
tanınmasına da faktdır.
Münaqişənin yerli xalqlar üçün həyati
əhəmiyyətli həlli yolunda qəbul edilmiş
hüquqi, qanunvericilik və diplomatik qərarlar nə qədər
legitim və vacib olsa da, bütün bunlar real sülhə gətirib
çıxarmır.
Lakin soyuq müharibə dövrünün və
keçmiş SSRİ-nin sonunda güclər nisbətinin
yaratdığı bu “strateji” reallıq bu günün
reallığına uyğun gəlmir.
Münaqişənin
həlli Moskvada, İstanbulda, Tehranda, daha çox da ATƏT-in
iqamətgahının yerləşdiyi Vyanada, yaxud da ki,
Vaşinqtonda və ya Parisdədir.
Nə erməni
prezident Serj Sərkisyanın ötən həftə Parisə
səfəri, nə də onun ardınca onun Bakıdakı həmkarı
İlham Əliyevin Fransa və Azərbaycan arasında
diplomatik münasibətlərin 25 illiyi münasibəti ilə
martın 13-də başlayan səfəri vəziyyəti əsaslı
şəkildə dəyişməyəcək. Ən pisi də odur ki, bir-birinin ardınca baş
tutan bu görüşlərdə Fransa diplomatiyası öz
fəaliyyətsizliyinə tamaşaçı qismində
baxan, bacarıqsız, təşəbbüs imkanları
“getdikcə daralan” vasitəçi təsiri
bağışlayır.
Suriya böhranı nümunəsi də göstərir
ki, zor gücünə axına qarşı üzməkdə
əslində risk böyükdür. Əslində Minsk Qrupu vasitəsi ilə
Fransanın üzərinə qoyulmuş vasitəçilik
rolu, yeri gəlmişkən, Vladimir Putinin 2013-cü ildə və
bu yaxınlarda, ötən sentyabrda Sankt-Peterburqda rəqib tərəfləri
öz himayəsi altında görüşdürərkən
üzərinə götürdüyü təşəbbüslərdən
heç də ağır deyildir.
25 ildən bəri iki Qafqaz ölkəsini üz-üzə
qoymuş münaqişənin əsas müəyyənləşdirici
elementi Ermənistanın Kollektiv Təhlükəsizlik
Sazişi Təşkilatına qoşulmasıdır. KTST - kollektiv
təhlükəsizlik aləti kimi 2002-ci ildə Moskva tərəfindən
yaradılmışdır və 1990-cı illərin əvvəllərində
müstəqillik qazanmış qonşuluğundakı
altı Respublikanı Rusiyaya bağlayır. Sülh həllinin tapılmasında Rusiyanın rolu
indiyədək bu qədər xarakterik və dolğun
olmamışdır. Oxşayır ki,
Moskva vəziyyəti ölü nöqtədən tərpədəcək
qədər təsir imkanlarına malikdir. O daim Azərbaycanın
KTST-na daxil olmasını şərt kimi qoymaqda davam edir.
Bakı həmişə imtina edir...
2008-ci ildən
KTST-na sədrlik edən Ermənistan müasir silahlar sistemindən,
konkret olaraq ballastik “İskəndər” raketlərindən bəhrələnir
və öz ərazisində yerləşmiş hərbi rus “məsləhətçiləri”in
xidmətindən yararlanır. Azərbaycan isə
bu cür “xüsusi münasibət”dən bəhrələnmir
və Ermənistanın müftə əldə etdiyi
silahları pul ilə almalı olur.
Bu cür yeni geosiyasi konfiqurasiyada bizim hələ də
vasitəçi rolunu oynamaq və bölgədə
sülhün qarantı olmaq imkanlarımız qalırmı? Ötən
ilin aprelində münaqişənin alovlanması və ötən
həftə intensivliyin artması bunların əksini sübut
edir.
İlham
Əliyevin, Həsən Ruhaninin və Vladimir Putinin ötən
ilin avqustunda Bakıda keçirilmiş görüşü və
Türkiyə Prezidenti Rəcəb Təyyub
Ərdoğanın fəallaşması, onun Qafqazda sabitlik
platforması ideyasının da delalet etdiyi kimi İran və
Türkiyə də möhkəm sülhün, təhlükəsizliyin
və sabitliyin davamlı axtarışında kənarda
qalmırlar. Amma onu da qeyd etmək
lazımdır ki, Türkiyə Prezidenti Rəcəb Təyyub
Ərdoğanın bu ideyası 2008-ci ildəki
Gürcüstan böhranından sonra ortalıqda qaldı.
Ötən
ay Münhen Təhlükəsizlik Konfransı zamanı
İranın Xarici İşlər Naziri Məhəmməd
Cavad Zərif də bəyan edərək
xatırladırdı ki, Ermənistan və Azərbaycanın
və eləcə də Qarabağın işğal
olunmuş ərazilərinin qonşuluğunda yerləşən
bir güc mərkəzi kimi onun ölkəsi də vasitəçilik
xidməti göstərməyə hazırdır.
Pakistanın paytaxtı İslamabadda bir neçə
gün öncə baş tutmuş İqtisadi Əməkdaşlıq
Təşkilatının Zirvə Görüşü
çoxsaylı regional layihələrin gündəmə gətirilməsi
beynəlxalq münasibətlərdəki “şərqləşməni”
xüsusi olaraq təsdiq etdi.
Bütün bunlar onu göstərir ki, bu sonuncular
davamlı böhrandan çıxış yolunun vacib şərtini
axtarırlar və bu çıxış yolunun
tapılmasında onların marağı
qarşılıqlı olduğu qədər də
paylaşmış olmalıdır, çünki onlar 1991-ci
ildə beynəlxalq ictimaiyyət tərəfindən sərhədləri
tanınmış iki düşmən qonşunun sərhədlərində
yerləşirlər. Həm də bir-birinə düşmən kəsilmiş
bu iki müstəqil qonşu dövlət öz hərbi,
diplomatik “fəaliyyət zonasını” get-gedə Orta Şərqdəki
münaqişə bölgələrinə qədər
genişləndirməyə çalışan və 2015-ci
ilin sentyabrında Suriyaya ağır hərbi müdaxiləsindən
sonra burada “qarant”a çevrilmiş Rusiyanın təsir dairəsindədirlər.
Qısası,
bundan sonra Moskvanın marağı öz yaxın
qonşuluğundakı (o bu bölgələri bu yaxınlara
qədər özünün “yaxın xarici”
adlandırırdı) münaqişələrin həllində
qərar tutur və məqsədi bütün hərbi
gücünü və maliyə imkanlarını özü
üçün müəyyənləşdirdiyi iki istiqamətə
cəmləşdirməkdir: Avrasiya, Qafqaz, Mərkəzi Asiya
və kontinental istiqamət, eləcə də meridian boyu və
Aralıq dənizi istiqaməti.
Kaş
ki, erməni və azərbaycanlı prezidentlər ən tez
zamanda bu imkandan yararlanmağı bacaralar: bir tərəfdə,
qarşıdan gələn 2 apreldə keçiriləcək
parlament seckiləri ərəfəsində indiyədək
Yerevanda uğur qazana bilən müharibə
çağırışı məntiqi yararsız hala gətirilə,
digər tərəfdə isə Bakının hərbi
büdcəsi əhəmiyyətli dərəcədə
kiçilə bilərdi.
Adətən, deyirlər ki, sülhü yaratmaq
üçün iki tərəf lazımdır. Dağlıq Qarabağ
münaqişəsində isə, deyəsən, üç
olmaq lazımdır və bu oyunda top hazırda meydanın
Moskvaya aid hissəsindədir, Suriya böhranında olduğu
kimi.
Emanuel
Düpüi
Geosiyasət
üzrə professor
Avropada Təhlükəsizlik
və Perspektivlər İnstitutunun prezidenti
Palitra.-2017.-31 mart.-S.11.