Tərtərdə Qarabağ
müharibəsi əlilləri və şəhid ailələrinə
yeni evlər verilib
Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun
müdafiəsi ilə əlaqədar əlil olmuş
şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri
Tərtər rayonunda davam
etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən bu rayonda inşa etdirilmiş 5 yeni fərdi
yaşayış evi Qarabağ
müharibəsi əlilləri və şəhid ailələrinin
istifadəsinə verilib. Fərdi
yaşayış evlərindən 2 ədədi Qarabağ müharibəsi əlillərinə,
3 ədədi isə şəhid ailələrinə təqdim
olunub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən
bildiriblər ki, evlərin istifadəyə
verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial Müdafiə
Fondunun direktor müavini Səfər Mehdiyev,
Tərtər rayon İH-nin
və yerli ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
Tədbirdə qeyd olunub
ki, dövlət başçısı İlham Əliyevin 2014-cü il
20 iyun tarixli Sərəncamı
Qarabağ müharibəsi əlilləri
və şəhid ailələrinin mənzillə təminatı
işlərinin gücləndirilməsinə yönəlib. Sərəncamın icrası işlərinin
davamı olaraq, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2015-ci ildə 82 ədədi
fərdi yaşayış evi olan 281 ədəd, 2016-cı ildə 170 ədədi
fərdi yaşayış evi olan 288 ədəd, ümumilikdə isə
2015-2016-cı illərdə 570 ədədə yaxın
mənzil Qarabağ müharibəsi əlilləri
və şəhid ailələrinin istifadəsinə verilib. Cəbhə bölgəsində
yerləşən Tərtər rayonunda da Qarabağ müharibəsi
əlilləri və şəhid ailələrinin mənzillə
təminatı işlərinin davamı kimi,
2015-2016-cı illərdə bu rayonda yeni çoxmənzilli
yaşayış evi və fərdi
yaşayış evləri istifadəyə verilməklə 60
nəfərədək bu təbəqələrdən
olan insan mənzillə
təmin olunub. Hazırda isə rayonda daha 5 fərdi
yaşayış evi müvafiq
şəxslərin istifadəsinə verilir.
Qarşıdakı dövrdə də bu
sahədə işlər davam etdiriləcəkdir.
Tədbirdə Qarabağ müharibəsi əlilləri
və şəhid ailələrinin digər sahələrdə
də dövlət qayğısı ilə əhatə
olunduqları, onlara yönələn sosial müdafiə tədbirlərinin ildən-ilə
gücləndirildiyi vurğulanıb. Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri əhalinin sosial təminatının gücləndirilməsi,
sosial cəhətdən həssas qruplara diqqət və qayğının
artırılması sahəsində Azərbaycanda aparılan
dövlət siyasətindən razılıq hissi
ilə bəhs ediblər. Onlar müharibə əlilləri və şəhid ailələrinin
sosial təminatlarının
artırılması, yaşayış şəraitlərinin
yaxşılaşdırılması yönündə həyata
keçirilən tədbirlərə və bu
gün yeni mənzillərlə
təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə
dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonra müasir tələblərə
uyğun yaşayış şəraitinin
yaradıldığı fərdi yaşayış evlərinə
baxış olub.
Tural Tağıyev
Palitra.-2017.-31 mart.-S.7.