“Yəhudilər də Azərbaycan
torpaqları üçün
canlarından keçməyə hər an
hazırdırlar”
Səadət Şükürova: “Mənim
üçün Vətənə xidmət edən hər vətəndaşa
dəstək olmaq, arxa durmaq şərəfdir”
Azərbaycandan gedən yəhudilər İsraildə ölkəmizin tanınmasında əvəzsiz xidmətlər göstərirlər. Onlar iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafında önəmli layihələr həyata keçirirlər. Azərbaycanı hər zaman İsraildə layiqincə təmsil edən istedadlı rejissor Səadət Şükürovanın da, bu baxımdan, fəaliyyəti diqqəti çəkir. Səadət Şükürova “Kanal 24” internet televiziyasında yeni yayımlanan “Qürbətdə vətən" verilişi ilə növbəti uğura imza atıb. Qeyd edək ki, “Kanal 24”-ə yeni baş redaktor təyin olunan Səadət Şükürovanın aparıcısı olduğu “Qürbətdə vətən" verilişi İsraildə yaşayan həmyerlilərimizə həsr olunur.
-Öncə, oxucularımıza özünüzü tanıtmağınızı istərdik.
-1970-ci il noyabr
ayının 23-də Quba şəhərində
anadan olmuşam. Atam azərbaycanlı, anam isə yəhudidir. 1978-ci ildən Bakı şəhər 8 nömrəli
musiqi təmayüllü
məktəbdə orta
təhsillə bərabər,
fortepiano və rəqs
üzrə də oxumuşam. 1988-ci ildə “Azərnəşr”in
binasında Rafiq Əzimovun rəhbərlik
etdiyi "Damğa"
özfəaliyyət dram dərnəyində
həvəskar kimi fəaliyyət göstərmişəm.
1989-cu ildə Mədəniyyət və
İncəsənət Universitetinin
Teatr rejissorluğu fakültəsinə qəbul
oldum. Diplom müdafiəm Əbdürrəhim
bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsəri olub.
1994-cü ildə İncəsənət
Gimnaziyasında bəstəkar
Oqtay Rəcəbovun, rejissor Ələmdar Quluzadənin, Mədəniyyət
və İncəsənət
Universitetinin və İncəsənət Gimnaziyasının
müəllim və tələbələri qarşısında
keçirilən diplom
tamaşası yüksək
qiymətləndirildi. 1995 – 2009-cu illərdə İncəsənət
Gimnaziyasında aktyor sənəti və səhnə danışığından
dərs demişəm.
Eyni zamanda jurnalist kimi də fəaliyyət
göstərmişəm.
- İsrailə
və vaxt köçdünüz?
-1999-cü ildən ailəmlə
İsrailə yaşayıram. Bura gələn
gündən özümün
böyük missiyama başlamışam. Öz həyat
və yaradıcılığımı
bir amala – qədim dostluq ənənələrinə malik
Azərbaycan və yəhudi xalqlarının
daha da yaxınlaşmasına
kökləmişəm.
-Azərbaycanla bağlı hansı işlər görürsüz?
- Mənim üçün Vətənə xidmət
edən hər vətəndaşa dəstək
olmaq, arxa durmaq şərəfdir . 2014-cü ildə İsraildə ilk olaraq
"Odlar Yurdu " ailə teatrını yaratdım.
İlk dəfə İsrailin Akko
şəhərində 31 dekabr-Dünya
Azərbaycanlılarının Həmrəyliyi Gününü
qeyd etdim. 2015-ci ildən etibarən
teatrın üzvlərinin
sayı 14-ə çatıb.
Sonra mütəmadi olaraq dövlət bayramlarımızı,
ağrı-acılarımızı, Vətənin bütün
tədbirlərini qeyd
etməyə başladıq.
“Xocalıya ədalət”
və digər bu tipli aksiyalar
keçirdik. 2015-ci il dekabrın 14-də
Rəşid Behbudovun
100 illik yubileyini də İsraildə “Odlar yurdu” teatr
truppası qeyd etdi.
- Hansısa klip və ya
film çəkmisizmi?
-2016-cı ilin mart ayında
iki dövlət arasındakı dostluğu
tərənnüm edən
(multikulturalizm, tolerantlıq
mövzusunda) klip çəkdim. Bu, yəhudilərin
müsəlmanla əbədi
dostluğunun möhürüdür.
Aprel ayının 15-də İsraildə
klipin təqdimatı keçirildi. İştirakçılar tərəfindən klip yüksək səviyyədə
qarşılandı. Bu
klip hər iki dövlət tərəfindən də
xoş qarşılandı.
Klipin 23 minə yaxın baxış sayı var. 2016-cı il dekabrın 17-də
isə Bakıda Beynəlxalq Mətbuat Mərkəzində klipin təqdimatı qeyd olundu.
2016-cı ilin dekabr
ayında isə eyni mövzuda – multikulturalizm, tolerantlıq
mövzusunda "Yaşadığım
torpaq" bədii-sənədli
filmini çəkdim. Bu film də hər iki dövlətdə xoş qarşılandı,
yüksək səviyyədə
qəbul olundu. Film 4 dildə - Azərbaycan,
rus, ingilis və ivrit dillərində
təqdim olunur.
2017-ci ilin yanvar ayında
isə yeni layihəmi - "Qürbətdə
Vətən " layihəsini Vətəndə “Kanal 24”
internet televiziyasına təqdim
etdim. Layihəm kanalın rəhbəri
tərəfindən bəyənildi
və yeni ildən yeni işə başladım.
İsraildə yaşayan yəhudi
əsilli azərbaycanlılarla
bağlı silsilə
verilişlərə (ayda
4 dəfə, 1 saat) efir vaxtı ayrıldı.
-Hazırda hansı layihələr üzərində çalışırsız?
-Bundan başqa, daha iki layihə
üzərində işləmək
fikrindəyəm. Hal-hazırda
Prezidentimiz bu ili “İslam Həmrəyliyi İli” elan etdiyi üçün
"İsrail torpağında
Azan səsi!" sənədli
filminin ssenarisi əsasında çəkiliş
düşünürəm.
Bundan başqa,
ən böyük istəyim itkinlər haqqında sənədli
film çəkməkdir. Bu sənədli film ilə dünya miqyasında dərdlərimizi bir daha yaddaşlarda görüntü ilə əbədi olaraq tarixdə saxlamaqdır.
2- ci layihəm itkinlərə həsr olunacaq. Milliyyətcə yəhudi Vüqar Abdullayev itkin düşüb. Yenə də məqsədim eynidir. Dünyaya sözümüz ondan ibarətdir ki, torpaqları qorumaq üçün milliyət rol oynamır. Yəhudilər də Azərbaycan torpaqları üçün canlarından keçməyə hər an hazırdırlar.
Fuad Hüseynzadə
Palitra.-2017.-4 may.-S.7.