BANM-in tələbələri
“Microsoft 2017“nin qalibləri olub
Bakı Ali Neft Məktəbinin (BANM) tələbə komandası
“Microsoft Imagine Cup 2017” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli
Final mərhələsində iştirak edərək qaliblər sırasında
olub və Kiyevdə (Ukrayna) keçiriləcək növbəti
mərhələyə vəsiqə
qazanıb. Son ümumdünya
finalı isə bu ilin iyul
ayında Sietlda
(ABŞ) keçiriləcək. Bu mərhələdə iştirakçılar müsabiqənin
əsas mükafatı
– layihələrin inkişafı
üçün 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcək.
Müsabiqə Azərbaycan Respublikası
Təhsil Nazirliyi, Azərbaycan Respublikası
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyin və “Yüksək Texnologiya Parkı” dəstəyi, Microsoft Azərbaycan
və Nar Mobile şirkətləri
tərəfindən təşkil
olunub.
Müsabiqədə “Neftçi” komandasının tərkibində
çıxış edən
BANM-in “Proseslərin avtomatlaşdırılması
mühəndisliyi” ixtisası
üzrə təhsil alan 4-cü kurs
tələbələri Kərim
Kərimli və Şamil Ömərov və “Neft-qaz mühəndisliyi”ixtisası üzrə
təhsil alan 4-cü kurs tələbəsi Lalə Məmmədova birinci yerin qalibi
olublar.
“Microsoft
Imagine Cup” - dünya tələbələri
arasında hər il keçirilən
ən miqyaslı innovasiya müsabiqəsidir.
Azərbaycanda sözügedən müsabiqə artıq üçüncü dəfə
təşkil olunur.
Müsabiqədə iştirak edənlər
“Microsoft” platforması üzərində
innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları
əsasında müasir
dövrün problemlərini
həll edən tətbiqin prototipini və ya istənilən
“Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlayıblar.
Nigar
Palitra.-2017.-5 may.-S.13.