Odessanın komendantı

 

1939-cu ildən 1946-cı ilə qədər şərəfli döyüş yolu keçmiş Kazım Əliqulu oğlu İmanovun əziz xatirəsinə...

 

...1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunun Riyaziyyat fakültəsini bitirdikdən sonra könüllü olaraq hərbi xidmətə gedən Kazım İmanov Leninqrad Artilleriya Qarnizonunda xidmətə başlayır. Bu həmin dövr idi ki, faşist Almaniyası sentyabr ayının 1-də Polşanın qərb hissəsini, digər hissəsini isə sovet qoşunları zəbt etmişdibununla da İkinci Dünya müharibəsi başlamışdı.

Karantində hərbi təlim keçdiyi müddətdə SSRİ ilə Finlandiya arasında noyabrın 30-da muharibə elan olunur. Hərbi qüvvə çatışmadığı üçün qarnizonda olan bütün əsgərlər Finlandiya ilə sərhəddə başlanan döyüşə göndərilir. 3 ay davam edən müharibədə ilk günlərdə sovet qoşunları xeyli itki versə də, sonradan ağır artilleriya və tankların hücumu ilə Finlandiya ordusu darmadağın edilmişdi. Döyüşlərdə artilleriya alayı fərqləndiyi üçün bir qrup əsgər Voronej şəhərinə siyasifiziki hazırlıq kursuna, sonra isə kursu müvəffəqiyyətlə başa vurduqları üçün Xarkov Hərbi Artilleriya Məktəbinə göndərilir. Kazım İmanov artilleriya komandirliyi kursunu bitirib leytenant rütbəsi aldıqdan sonra Qərbi Ukraynanın Novqordd-Volinski şəhərində yeni yaradılmış tankla mübarizə beşinci topçular briqadasında bölük komandiri təyin olunur. Qərbi Ukrayna ilə Polşa arasındakı ərazilərdə artilleriya qurğularının yerini təyin etmək üçün Kazım İmanovun rəhbərliyi ilə 12 nəfərlik kəşfiyyat qrupu həmin əraziyə gondərilir. Çünki almanlar Ukrayna ilə Polşa arasındakı bufer zonaya hərbi qüvvə yerləşdirirdilər. İyun ayının 22-si gecə Krasnoe kəndi yaxınlığında olarkən bütün yaşayış məntəqələri alçaqdan uçan hərbi təyyarələrlə bombalanır. Qərargahdan verilən radioqramda bildirilir ki, almanlar sərhədi pozduqları üçün müharibə elan olunub...

...Güclü silahlanmış alman qoşunları qarşısında tab gətirməyən sovet qoşunları bir neçə həftə ərzində xeyli sayda itki verərək sürətlə Rostov şəhərinə tərəf geri çəkilir. Sonradan hərbi texnika ilə təchiz olunmuş sovet ordusu Stalinin əmrinə əsasən 1942-ci ilin iyun ayında almanların əlində olan Stalinqrad şəhərinin azad olunması uğrunda ölüm-dirim savaşına başlayır. 1943-cü ilin fevralına qədər gedən Stalinqrad döyüşlərinin gedişində alman-faşist təcavüzkarları sovet-alman cəbhəsində vuruşan qüvvələrin dörddə biri qədər-1.5 milyon adam itirmişdi. Sovet ordusunun əks-hücumu Stalinqrad döyüşlərinin dönüş nöqtəsi olmuş, 330 min Hitler əsgərinin mühasirəyə alınıb məhv edilməsi ilə başa çatmışdı. Kazım İmanovun rəhbərlik etdiyi topçu batareyası almanların zirzəmidə yerləşən rabitə radiostansiya mərkəzini darmadağın edərək çoxlu sayda əsir götürmüşdü. Bu döyüşdən müvəffəqiyyətlə çıxan artilleriya batalyonu bir-birinin ardınca Rostov, Voronej, Kursk şəhərlərini, sonradan isə Stavropol, Odessa, Nikolayev, Donetsk, Xarkov, Kiyev, JitomirLvov şəhərlərini azad edərək almanları Polşa sərhədlərinə qədər sıxışdırır. Bu ağır döyüşlər zamanı K.İmanov bir neçə dəfə ağır yaralansa da, səhra hospitalında müalicə olunaraq yenidən qaynar nöqtəyə qayıdır. 1945-ci il may ayının 9-nu səngərdə qeyd edən K.İmanov azadlığı uğrunda mübarizədə ağır yaralandığı Odessa şəhərinə komendant təyin olunur. Tamamilə dağıdılmış şəhər yerli quldur dəstələrindən təmizlənərək nisbətən bərpa olunduqdan sonra 1946-cı ildə ordudan tərxis olunur.

...Sonralar, SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarında deyilirdi:”Artilleriya komandiri Baş leytenant İmanov Kazım Əliqulu oğlu 1941-45-ci illərdə müharibənin sonunadək göstərdiyi mərdlik, fədakarlıq və igidliyə gorə I dərəcəli Vətən Müharibəsi Ordeni ilə təltif olunsun”. Bundan əlavə, 1943-cü ilin sentyabrında Luqansk ətrafındakı döyüşlərdə alman tank diviziyasını məhv etdiyi üçün 1944-cü ilin yanvarında “Qırmızı Ulduzordeni ilə, müharibənin sonunda isə “Qələbə medalı” və s. medallarla təltif edilmişdi.

Kazım İmanovun xatirələrindən

Artıq 1939-cu ilin noyabr ayının ikinci yarısı idi. Ordumuz cəbhə boyu hücuma keçmişdi. Cəbhəyə xəbər yayılmışdı ki, finlər döyüşdən əvvəl hər tərəfi minalayıb. Güclü qar yağdığından bunu ayırd etmək çox çətin idi. Ağır texnika və canlı qüvvə ön xətdə ardıcıl mina partlayışından məhv olub sıradan çıxırdı. İvanovka kəndi yaxınlığındakı meşəni keçərkən hər tərəfdən ara vermədən atəş açılırdı. Atəşin hansı istiqamətdən açıldığı bilinmədiyi üçün kortəbii top atəşinə tutsaq da, duşmən mövqeyini yara bilmirdik. Lakin kəşfiyyat xəbər verdi ki, ordumuz çox irəlidədir, traktorlarla topları meşənin içərilərinə doğru çəkmə əmri verdilər. Çünki meşənin kənarında atəş altında qalmışdıq. Hava çox tutqun olduğundan açılan güllələr aydın görünürdü; atəşin hündür şam ağaclarının başında mövqe tutmuş kəskin nişançılar tərəfindən açıldığını yəqin etdim. Mən ikinci topun tuşlayıcısı idim. Şam ağacının üstündən açılan avtomat atəşini görcək top komandiri Kondrotenkoya dedimtopu oraya tuşladım. Atəş qayışı çəkilən kimi şam ağacının parçaları havaya sovruldu. Digər toplar da dayanmadan həmin istiqamətə ardıcıl atəş açdığından qarşı tərəfin atəş mövqeyi məhv edildi. Top atəşinin ardınca hücuma keçən piyada dəstəmiz 300-ə qədər finli əsgəri əsir götürdü. Minalanmış ərazi zərərsizləşdirildikdən sonra Finlandiya ordusu məğlub edildi. 1939-cu ilin noyabrında başlayan Rusiya-Finlandiya müharibəsi 1940-cı ilin yanvar ayında ordumuzun qələbəsi ilə başa çatdı.

***

Axşam saatlarında bizi təcili olaraq qərargaha çağırdılar. Çağırılanlar arasında siyasi işlər üzrə komandirkomandir müavinləri iştirak edirdi. Üzərində Stalinin şəkli olan sənəddən məlumat verildi ki, almanlar Polşa ərazisindən Ukraynanın sərhədlərinə yaxınlaşır. Kiçik qrup halında iki kəşfiyyat dəstəsi yaradıldı, 14-cü kəşfiyyat dəstəsinin rəhbəri mən təyin olundum. Verilən tapşırıq bundan ibarət idi ki, səhər sübhdən Lvov şəhərinə yola düşərək kəşfiyyat işləri aparıb, qərargaha radioqramma ilə məlumat vermək lazımdır.

Lvovun Krasnoye kəndi yaxınlığında öyrəndik ki, almanlar mülki geyimdə adamlar arasında vərəqələr yayırlar. Biz Krasnoye kəndində balaca bir komada yerləşmişdik. Təyyarə uğultusunu eşidib, bayıra çıxdıq. Alçaqdan uçan təyyarələr evləri bombalayırdı. Qaldığımız koma yerlə-yeksan olmuşdu. Dəstəmizdən 6 nəfər qalmışdı. Bütün rabitə xətləri kəsilmişdi, qərargahla əlaqə saxlaya bilmirdik. Biz yaxınlıqdakı meşəyə çəkildik. Bir neçə gündən sonra qonşu hərbi hissənin kəşfiyyat dəstəsi ilə qarşılaşdıq. Komandir Siderenkonu tanıdım(biz hərbi təlimdə bir yerdə olmuşduq). Bizə məlumat verdi ki, almanlar sərhədi pozduqları üçün müharibə elan olunub. Hərbi hissələr almanlara müqavimət göstərərək Voronej istiqamətinə geri çəkilirdi. Onda olan kompasla gecələr meşənin içərisi ilə hərəkət edərək 8 sutkadan sonra hərbi hissəmizin yerləşdiyi ərazini tapdıq. Aclıq bizi əldən salmışdı. Bizi tibb məntəqəsinə yerləşdirdilər. Krasnoe kəndi bombardman ediləndə başımdan qəlpə yarası almışdım, qısa bir zamanda səhra hospitalında müalicə olunub döyüşə qayıtdım.

İyun 1941-ci il

 

Mən 1942-ci il yanvar ayının10-da bir qrup zabitlə bərabər Stalinqrad cəbhəsinə gəldim. Hərbi Qərargah Krasnoarmeyski stansiyasında bir binanın zirzəmisində yerləşirdi. Biz topçu komandiri olduğumuz üçün hərəmizi bir topçu batareyasına gondərdilər (biz Xarkov hərbi artilleriya məkəbində birgə təhsil almışdıq). Gecə bələdçi ilə almanların rabitə xəttinin yerini təyin edib telefon məftillərini oz rabitə xəttimizə quraşdıraraq mühüm məlumatlar əldə etdik. Məlum oldu ki, səhər tezdən almanlar əlavə qüvvə ilə əks-hücuma keçəcəklər. Biz isə vaxt itirmədən yanvar ayının sərt şaxtasında beton istehkamlarda gizlənən almanların lap yaxınlığında topları yerləşdirərək atəş əmrini verdik. Yaxın məsafədən açılan artilleriya atəşi beton divarları darmadağın etdi... Səhər işıqlanana yaxın alman istehkamlarından əsər-əlamət qalmamışdı...

25 fevral 1943-cü il-Stalinqrad

 

Yaxşı yadımdadır...Voronej şəhərini alman faşist işğalçılarından azad etmək ən vacib məsələlərdən biri idi. Çünki işğalçılar şəhər ətrafındakı təpələrdə və bataqlıq ətrafında ciddi istehkamlar qurmuşdular. Onlar ordumuzun hücumuna imkan vermir, hücum vaxtı isə çoxlu sayda itki verirdik. Mənimlə bərabər bir neçə döyüşçü var idi ki, bizə “köhnə döyüşçü” deyirdilər. Biz Stalinqrad döyüşündə sınaqdan çıxardığımız hərbi taktikadan məharətlə istifadə edərək, düşməni 500 metrlik yaxın məsafəyə buraxdıq. Sağ, sol və mərkəz istiqamətdə yerləşən qüvvəmiz almanları pusquya salaraq məhv etdi. Ağır artilleriyatanklardan açılan güclü atəş düşməni vahiməyə salmışdı. Alman ordusunun tör-töküntüsü sürətlə geri çəkilirdi və bir-bir şəhərləri azad edirdik. Tank əleyhinə beşinci artilleriya batareyamız Ukrayna şəhərləri istiqamətində irəliləyirdi. Bu qələbə əsgərlər arasında yüksək döyüş əhvali-ruhiyyəsi yaratmışdı...

17 mart 1943-cü il-Donetsk

 

1943-cü ilin sentyabr ayı idi. Qoşunlarımız dalbadal əldə edilən qələbədən ruhlanaraq düşməni Mius çayı sahillərinə qədər sıxışdırsa da, düşmən hələ müqavimət göstərərək mövqelərimizə kiçik tank dəstələri bombardmançı təyyarələrlə qəfil hücumlar edirdilər. Buna baxmayaraq, artilleriyadan qabaqda düzülən tankların üzərində qırmızı hərflərləİrəli Vasilevski qartallarısözləri yazılmışdı. Mənim rəhbərlik etdiyim tankla mübarizə topçu alayı 76 kalibrli yeni toplarla təchiz olunmuşdu. Biz Hərbi Sovetin sərəncamında olmaqla tank hücumu gözlənilən istiqamətdə yerimizi tez-tez dəyişirdik. Düşmən kəşfiyyatı yerimizi təyin etdiyindən səhər tezdən işıqlanar -işıqlanmaz tank hücumuna məruz qaldıq. Lakin çay dərin olduğundan tanklar hərəkət istiqamətini dəyişməli oldu. Bizim üçün tam şərait yarandığından uzaqvuran toplarla tankları atəşə tutduq. Az keçmədən çay kənarında düşmənin 10-a yaxın tankı sıradan çıxaraq məhv edildi. Luqansk yaxınlığından keçən Mius çayı üzərindəki bu qələbəmizin sorağı Baş Qərargaha qədər gedib çıxmışdı. General Qreçko döyüş yerinə gələrək mənə şəxsi imzası olan tapança hədiyyə etdi Qırmızı Ulduzordeni ilə təltif etdi...

1943-cü il -Luqans

 

1944-cü ilin aprelində gözəl Odessa şəhərini artilleriya hücumu ilə düşməndən azad etdik. Şəhərin içərisində yeraltı istehkamlarda gizlənən almanları çox çətinliklə olsa da, zərərsizləşdirdik. Kilsə yaxınlığında açılan atəş nəticəsində ayağımdan ağır yaralandığım üçün səhra hospitalına yerləşdirildim. 2 ay müalicə olunandan sonra yenidən döyüş movqeyinə qayıtdım. Nikolayev Xerson şəhərlərini bir-birinin ardınca düşməndən azad etdik. Parçalanmış alman dəstələrini sıxışdırıb sıradan çıxararaq Lvov şəhərinə, oradan isə Polşa sərhədlərinə qovduq...

May 1945-ci il-Lvov

Odessa şəhəri tamamilə dağıdıldığı üçün Hərbi Sovetin qərarı ilə Odessa şəhərinə komendant təyin olundum. Rəhbərlik etdiyim piyada dəstənin gücü ilə şəhəri yerli quldurlardan təmizlədikdən sonra şəhərin bərpası yenidənqurma işlərinin ilkin mərhələsinə başlanıldı. Şəhəri Odessa Hərbi Qarnizonuna təhvil verdikdən sonra ordudan tərxis olunduq...

26 yanvar 1946-cı il-Odessa

 

Mahmud Əyyub

Palitra.-2017.-9 may.-S.15.