“Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”

 

Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb

 

Mayın 8-i Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümüdür. Bununla əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb. İctimai Birlikdən verilən məlumata görə, bəyanatda bildirilir ki, son iki yüz ildə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurmaböyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906, 1918-1920, 1948-1853, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiyaetnik təmizləmə kimi cinayətlər törədiblər: “XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyəti olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb.

Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşüb və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, 5 min nəfərdən çox insan isə əsir və itkin düşüb. Eyni zamanda, bu dövrdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən, ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilib ki, nəticədə 1200 nəfər dinc insan həlak olub və 1705 nəfər yaralanıb. Bu cinayətlərin içərisində 25 il bundan əvvəl - 1992-ci il mayın 8-də Azərbaycanın tarixi mədəniyyət məkanı olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ölkəmizin mədəni irsinə vurulan ağır zərbədir. Bu işğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali öz doğma torpağından didərgin salınıb. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan tarixində mühüm yer tutan, canlı təbiət muzeyi və abidələr şəhəri olan Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyaturist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb. Bütün bunlarla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidələr də erməni vandalları tərəfindən dağıdılıb, məbədgah və məscidlər təhqirlərə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində son tuncilk dəmir dövrü abidəsi sayılan Susa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansara, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansara, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilib və dağıdılıb. Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid erməni hərbi birləşmələri tərəfindən tamamilə yerlə-yeksan olunub. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb”.

“...böyük dövlətlər qəti addımlar atmalıdır”

Bəyanatda bildirilir ki, Susa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Şuşa şəhərinin sayı 33 mindən çox olan azərbaycanlı əhalisi beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gündavam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır: Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də mədəniyyət mərkəzi və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin yüzilliklər boyu yaşadığı Şuşa şəhərində Azərbaycanın tarixi, memarlıq və dini abidələrin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırırıq. Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsinpozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin. Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvər fəaliyyətinin uğursuzluğunun başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır. Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə təcavüzə məruz qalaraq oradan qovulmuş 80 mindən çox azərbaycanlının doğma torpaqlarına qayıtmasından sonra mümkündür. Bu səbəbdən, münaqişənin nizama salınması prosesində Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Ona görə də böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”.

Qeyd edək ki, Şüşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət edilib. Ziyarətdə "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, millət vəkilləri, Şuşa və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhidlərin məzarına gül dəstəsi düzüb, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə bildirib ki, Azərbaycan xalqı 25 ildir bu işğala, zülmə dözür. B. Səfərov qeyd edib ki, gec-tez işğal altındakı torpaqlar azad olunacaq: "Biz hər gün Şuşaya qayıtmaq istəyirik. Bütün dünya birliyi və erməni havadarları bizim öz torpağımıza qayıtmağımıza əngəl törədib. Buna baxmayaraq, Azərbaycan xalqı, Azərbaycan əsgəri və Ali Baş Komandanımızın birliyi və iradəsi bizi işğal altındakı torpaqlarımıza aparacaq".

 

Şuşanın işğalının 25-ci ildönümü Azərbaycandan kənarda da qeyd olunub

Nəzərə çatdıraq ki, Azərbaycandan kənarda da Şuşanın işğalının 25-ci ildönümü ilə bağlı tədbirlər keçirilib. Belə ki, Tiflisdə bununla bağlı keçirilən tədbiri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva açıb. Tədbirdə Şuşanın işğalı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə Şuşa şəhərinin işğal tarixi, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə Şuşada tarixi abidələrin məhv edilməsi haqqında məlumat veriblər.

Tədbirdə professor, tarix elmləri doktoru Vaja Şubitidze Şuşanın Azərbaycanın tarixi şəhəri olduğunu bildirib: “BizimSusa , Dağlıq Qarabağ kimi AbxaziyaOsetiya dərdimiz var. Bizim də 20 faiz torpağımız işğal olunub. Vaxt olacaq ki, Azərbaycan və gürcü xalqları öz ərazilərini işğaldan azad edəcək. Biz bir olmasaq, qələbə qazana bilmərik. Şuşa Azərbaycanın ayrılmaz hissəsidir. Mən tarixçi kimi Şuşanın tarixini yaxşı bilirəm. Çox təəssüf edirəm ki, Azərbaycanın konservatoriyası sayılan Şuşada tarixi, mədəni və dini abidələr məhv edilib. Belə bir vəziyyət ermənilər tərəfindən AbxaziyaOsetiyada da təkrar edilib”.

Tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İshaq Novruzov Şuşa, AbxaziyaOsetiya qurbanlarını anıb, hər iki xalqın eyni dərdi daşıdığını deyib.

Qeyd edilib ki, Azərbaycanda hələ də 30 min erməni yaşayır, Ermənistanda isə bir azərbaycanlı yoxdur. Tədbir iştirakçılarına Azərbaycan Ombudsmanın Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanatı da təqdim edilib.

Sonda Şuşanın keçmişimüasir vəziyyəti barədə film nümayiş etdirilib.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-9 may.-S.11.