Oksford Universitetində Dağlıq Qarabağ məsələsini hər zaman gündəmə gətirirəm”

 

Mirbəhram Əzimbəyli:

“Qərbdə nüfuzlu adamların çoxu Qarabağ konflikti ilə bağlı ən yaxşı halda neytral münasibət göstərirlər”

 

Bu gün sevindirici haldır ki, xaricdə təhsil alan gənclər aktiv şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri aktiv şəkildə təbliğ edirlər. Hətta elə gənclərimiz var ki, elmi işlərinin mövzusu Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Elə Azərbaycanda öz yazıları, ictimai fəaliyyəti ilə tanınan gənc, hazırda Oksford Universitetində təhsil alan Mirbəhram Əzimbəyli də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elmi üzərində çalışır. Mirbəhram Əzimbəyli bu günlərdə Oksford Universitetində keçirilən konfransda Azərbaycanın xarici siyasəti və Qarabağ konflikti ilə bağlı çıxış da edib. Qeyd edək ki, Mirbəhram Əzimbəyli Azərbaycan cəmiyyətində yaxşı tanınan ictimai xadim, şərqşünas Seyid Camal Əzimbəyli ilə “Yeni Üfiqictimai birliyinin sədri Sevinc Əzimbəylinin oğludur.

-Öncə özünüz haqqında məlumat vermənizi istərdik.

-18 fevral 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. 2011-ci ildə Türk Dünyası Bakı Atatürk liseyindən məktəb birincisi olaraq məzun olmuşam. "Qarabağ harayı" adlı yazım ilk dəfə 2001-ci ildə "525-ci qəzet"də çap olunub. 2006-cı ildə "Bir çocuğun dünyasından səslər" adlı ilk kitabım işıq üzü görüb. 15 yanvar 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) qurumun ən gənc üzvü olaraq qəbul edilmişəm. “Səssizliyin harayı” adlı ikinci kitabım 2009-cu ildə nəşr olunub. 2008-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan, M.F.Axundov adına Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin məzunuyam. 19 may 2010-cu ildə yaradıcılıq uğurlarıma görə, Rəsul Rza adına Ədəbiyyat Fondunun "Ümid işığı" mükafatına layiq görülmüşəm. Bir il sonra Ədəbi-ictimai fəaliyyətlərimə görə Prezident təqaüdü ilə makafatlandırılmışam. 2011-ci ildə yüksək bal ilə Türkiyənin Orta Doğu Teknik Universitetinin (ODTÜ) Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşam. Universitetin “Hariciyə” elmi jurnalında məqalələrim çap edilib. 2013-cü ildə ədəbiyyat sahəsində Gənclər və İdman Nazirliyininİlin gənci” mükafatına layiq görülmüşəm. 2014-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun və eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təcrübə proqramlarında iştirak etmişəm. 2015-ci ildə “Erasmus” proqramı çərçivəsində bir semester Niderlandın Leiden Universitetində təhsil almışam. 2016-cı ildə Türkiyənin Orta Doğu Teknik Universitetini fərqlənmə diplomu ilə bitirmişəm. Hal-hazırda magistr pilləsi üzrə Oksford Universitetinin Rusiya Şərqi Avropa Elmləri fakültəsində təhsil alıram.

-Oksford Universitetinin kimi özəlliyi var?

-Oksford dünyada qəbul olunan bir neçə universitetdən biridir. İstər tələbə, istər müəllim, istərsə digər keyfiyyətlərinə görə dünyada fərqlənir.

-Gənclərimiz orada həmrəylik nümayiş etdirirlərmi?

-Doğrusu, Oksfordda cəmi bir neçə azərbaycanlı təhsil alır onlar da çox fərqli sahələr üzrə oxuyurlar. Ona görə tez-tez görüşə bilmirik, ancaq ara-sıra dərslərdən vaxt tapdıqda bir araya gəlməyə çalışırıq.

-Təhsil aldığınız yerdə ölkəmizi necə tanıdırsız?

-Oksfordda istər dərs prosesində, istər konfranslarda, tələbə görüşlərində Dağlıq Qarabağ məsələsini hər zaman gündəmə gətirirəm. Mənim burada elmi işim məhz Rusiyanın Dağlıq Qarabağ siyasəti ilə bağlıdır.

-Oksforddakı məruzənizin əsas mövzusu idi?

-Məruzə Azərbaycanın xarici siyasəti ilə bağlı idi. 2008- ci ildən sonrakı dönəmdə, yəni Gürcüstan müharibəsi Ukrayna böhranından sonrakı mərhələdə Azərbaycanın regionda müstəqil, balanslı çoxşaxəli xarici siyasət yürütməsi haqda danışdım. Bu dövrdə Gürcüstan Ukrayna bütövlükdə qərbyönümlü siyasət yürüdərkən, Ermənistan əvvəlkindən çox Rusiyadan asılı hala düşdü. Ancaq Azərbaycan öz milli kimliyi, enerji ehtiyatları geosiyasi mövqeyindən məharətlə istifadə edərək istər Qərblə, istərsə Rusiya ilə müsbət münasibətlər saxlamağa nail oldu. Məruzə həm Azərbaycanın bu siyasətinin Dağlıq Qarabağ konfliktinin həlli üçün qədər əhəmiyyətli olması ilə bağlı idi.

-Maraqlıdır, sizə münaqişə ilə bağlı kimi suallar verildi?

-Rusiyanın konfliktdəki maraqları, Ermənistan-Azərbaycan sülh danışıqları eləcə keçən ilin aprel ayındakı döyüşlərlə bağlı suallar verildi.

-Ümumiyyətlə, universitetdə tələbələr Qarabağ münaqişəsi ilə bağlı dərəcədə məlumatlıdırlar?

-Bizim fakültədə oxuyan tələbələr Qarabağ konflikti ilə bağlı kifayət qədər məlumatlıdırlar. Ancaq çox təəssüflər olsun ki, universitetdəki, ümumiyyətlə, Qərbdə nüfuzlu adamların çoxu Qarabağ konflikti ilə bağlı ən yaxşı halda neytral münasibət göstərirlər. Oxuduğumuz dərsliklərdə, məqalələrdə tez-tez Ermənistanın mövqeyi qabardılır. Niyə? Çünki onlar hər yerdə öz milli maraqlarını müdafiə etməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Ermənilər, həqiqətən, çox aktivdirlər. Şəhərdəki ən bahalı tədbir zallarını kirayə götürüb, pulsuz hamıya açıq tədbirlər keçirərək öz separatist ideyalarını təbliğ etməkdə mahirdirlər. Mənim isə burada sadə azərbaycanlı tələbə olaraq siyasi, maliyyə imkanlarım var. Gücüm ancaq sözə çatır. Öz sözümlə konfranslarda, elmi-siyasi müzakirələrdə Azərbaycanın haqlı mövqeyini dilə gətirirəm. Gücüm ona çatır ki, beynəlxalq tədbirdə Qarabağla bağlı sual verib, erməni diplomatı çıxılmaz vəziyyətə salaraq pərt edim. Ən azından mənimlə birgə təhsil alan dostlarım artıq bilirlər ki, Ermənistan bu münaqişədə aqressor tərəfdir.

-Ümumiyyətlə, Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərimizin kimi rolu var?

-Xaricdəki gənclərimiz, xüsusilə tələbələr Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynaya bilərlər. Misal üçün, mənimlə bu universitetdə dünyanın hər yerindən- xüsusilə Avropa Amerikadan elit təbəqənin övladları oxuyurlar. Onların bəzilərinin valideynləri hal-hazırda deputat, nazir digər mühüm strateji vəzifələrdə çalışırlar. Mən yaxşı başa düşürəm ki, bu insanlar sabah öz ölkələrində mühüm vəzifələr tutacaqlar. Mənim onlara Qarabağ ilə bağlı düzgün məlumatları çatdırmağım gələcəkdə onların mövqelərinə təsir edə bilər.

-Hazırda elmi işinizin hansı mərhələsindəsiniz əsas hədəfləriniz nədir?

-Hal-hazırda Azərbaycanın balanslı siyasətinin, xüsusilə ölkəmizin Rusiya ilə əlaqələrinin Qarabağ konfliktinin həllinə təsiri mövzusunda araşdırmalar aparıram.

-Gələcək planlarınızı da bilmək istərdik.

-Magistaturadan sonra doktoranturanı oxumaq, Qarabağla bağlı elmi tədqiqatımı davam etdirmək istəyirəm. Ədəbi yaradıcılıq baxımından da Qarabağ mövzusunda roman yazmağı planlaşdırmışam. Təhsilim bitdikdən sonra evə- Azərbaycana qayıdacağam. İş fəaliyyətimi məmləkətdə davam etdirməyi düşünürəm. Sonda mənə ayırdığınız diqqətə görə sizə Palitraqəzetinə təşəkkür edirəm.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-12 may.-S.11.