İslam Həmrəyliyi Oyunları 1,3 milyarddan çox
tamaşaçı auditoriyasını əhatə edəcək
Azad Rəhimov:
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları idman tarixində silinməz iz
qoyacaq”
“Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi olduqca mühüm hadisədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları idman tarixində silinməz iz qoyacaq”. Bu sözləri Azərbaycanın gənclər və idman naziri, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Oyunlarla bağlı keçirilən mətbuat konfransında deyib. Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsindən qürur hissi keçirdiyini bildirən Azad Rəhimov növbəti 11 gün ərzində 50-dən çox ölkənin idmançılarının Azərbaycana gələrək yarışlarda medallar uğrunda mübarizə aparacaqlarını diqqətə çatdıraraq deyib: “Dünyanın dörd qitəsindən gələn idmançılar mübarizliyi, əzmkarlığı, böyük sevinci nümayiş etdirəcəklər. Əfsuslar olsun ki, bəzi ölkələr - Sudan, Liviya və Küveyt Oyunlarda iştirak etməyəcək”. Üç minə yaxın idmançının Bakıda əsrarəngiz Oyunlarda iştirak edəcəyini söyləyən gənclər və idman naziri Azərbaycanın Oyunlara tam hazır olduğunu vurğulayıb: “Atletlər kəndi idmançıların bütün ehtiyaclarına tam cavab verir. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları 1,3 milyarddan çox tamaşaçı auditoriyasını əhatə edəcək. Oyunlar sülhü, mədəniyyəti, birliyi təbliğ edəcək”.
“Yarışların keçiriləcəyi idman arenalarında yüksək şərait yaradılıb”
İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdulaziz Əl-Nassar çıxış edərək ev sahibi Azərbaycanın Oyunların təşkilinə, eləcə də açılış mərasiminə mükəmməl hazırlaşdığını deyib. Yarışların keçiriləcəyi idman arenalarında yüksək şəraitin yaradıldığını vurğulayan Faysal Abdulaziz Əl-Nassar Oyunların xalqlar arasında həmrəylik əlaqələrini, dostluq münasibətlərini tərənnüm etdiyini bildirib. Oyunların keçirilməsi üçün göstərdiyi qətiyyətli dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Faysal Abdulaziz Əl-Nassar “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə görülən yüksək səviyyəli işlərin əhəmiyyətini xüsusi vurğulayıb.
“Bakı-2015-dən çox medal qazanacağıq”
Azərbaycan Milli Olimpiya Komitəsinin və İHİF-in
vitse-prezidenti Çingiz
Hüseynzadə milli komandamızın bu mötəbər yarışlara
hazırlığından danışaraq ölkəmizin Oyunlarda güclü heyətlə
təmsil olunacağını bildirib. Təşkilati
işlərin yüksək səviyyədə həll olunduğunu qeyd edən Çingiz Hüseynzadə deyib:
“Azarkeşlər mükəmməl arenalarda
maraqlı idman mübarizəsinin şahidi olacaqlar. Federasiyalar atletlər üçün
hər cür şəraiti təmin ediblər.
Bu, böyük uğurdur. Artıq Oyunların
yarışları başlayıb. İlk
nəticələr sevindiricidir. Proqnoz vermək bir qədər
çətindir. Çünki rəqibləri
bir o qədər
yaxşı tanımırıq. Avropa
çempionatında bir sıra
idmançılarla üz-üzə gəldiyimizdən, onlar barədə məlumatlıyıq. Buna baxmayaraq, Avropa Oyunlarında ilk
“üçlüy”ə düşməyi
planlaşdırırdıqsa, bu dəfə
ilk sırada qərarlaşmaq istəyirik.
Hər halda, Bakı-2015-dən çox medal
qazanacağıq”. Sonra jurnalistlərin
sualları cavablandırılıb.
Cavidan
Palitra.-2017.-12 may.-S.2.