I Bakı
Şopinq Festivalı başa çatıb
Azərbaycan tarixində ilk dəfə
təşkil edilən
şopinq festivalına
yekun vurulub.
Festivalın Təşkilat Komitəsindən
APA-ya bildirilib ki, aprelin 10-dan mayın 10-dək keçirilən
I Bakı Şopinq Festivalı gözlənildiyindən
də uğurlu alınıb.
Festivalın təşkilatçısı olan Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən
Azərbaycan Konqreslər
Bürosunun peşəkar
kollektivinin müvafiq dövlət orqanları, özəl sektor və könüllülərlə
birgə əməkdaşlıq
şəraitində həyata
keçirdiyi bu layihə ölkəmizdə
və beynəlxalq aləmdə maraqla qarşılanıb.
Festival barədə danışan
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev qeyd edib ki,
Bakı Şopinq Festivalı dünya turizm bazarında böyük əks-səda
doğurub. Nazir Bakıya gələn
turistlərlə yanaşı,
yerli vətəndaşların
da Festivalda fəal iştirakını
yüksək qiymətləndirib.
Yerli və xarici mütəxəssislərin rəyinə
görə, bu təşəbbüs regionda
bu sahədə liderlik üçün çox ciddi bir addım idi. Dünya təcrübəsində ilk dəfə olaraq, ticarət festivalı çərçivəsində həm turistlər, həm də yerli əhali bu imkanlardan faydalana bilib.
Qeyd edək
ki, Festivala qoşulmuş mağaza və restoranlar tərəfindən alıcılar
üçün bir çox güzəşt və kampaniyalar tətbiq edilib, həmçinin mağazalar
30 faizdən 70 faizədək
endirimlər edib. Bundan başqa
turistlər və Azərbaycan vətəndaşları
üçün təqdim
olunmuş xüsusi
ƏDV qaytarılması proqramı
bütün alıcılar
tərəfindən razılıqla
qarşılanıb.
Xarici vətəndaşlar
üçün Tax Free sistemi
300 manatdan yuxarı alış-verişə şamil
edilirdisə, Festival zamanı
məbləğ 100 manatadək
endirilib. Digər tərəfdən xarici turistlər Tax Free məbləğini həmişəki
kimi, hava limanında deyil, şəhərdə geri
ala biliblər. Bununla yanaşı,
dünyada ilk dəfə
olaraq yerli əhali də ƏDV qaytarılma prosesindən istifadə edə bilib.
Festival dövründə demək olar ki, hər gün
müxtəlif bədii
və əyləncə
proqramları təşkil
edilib. Xüsusən də paytaxtımızdakı
ticarət mərkəzlərində
və Bakıya gələn turistlərin daha çox maraq göstərdiyi İçərişəhərdə alıcıların, şəhərimizin
sakinlərinin və turistlərin maraqla qarşıladığı əyləncə
proqramları təşkil
edilib. Bakı Şopinq Festivalının
fəxri qonaqları –
dünya şöhrətli
ulduzlar Canluka Vakki və Vera Brejneva, eləcə də digər tanınmış incəsənət
ustalarının çıxışları
böyük maraqla qarşılanıb.
Festival təkcə yerli
medianın deyil, beynəlxalq aləmin, eləcə də xarici KİV-lərin də diqqət mərkəzində olub. Tam əminliklə demək olar ki, Bakı
Şopinq Festivalı artıq bir brendə çevrilib və Festivalın gələcəkdə ənənə
halını alması
üçün önəmli
addım atılıb.
Qeyd edək ki, gözlənildiyi
kimi, uğurla başlanan Bakı Şopinq Festivalı növbəti dəfə bu ilin sonuna
yaxın keçiriləcək
və bu barədə məlumat yaxın vaxtlarda veriləcək.
Mahmud
Palitra.-2017.-12 may.-S.13.