Bakıda İndoneziya
və Malaziyanın mədəniyyət günləri keçirilir
IV
İslam Həmrəylik Oyunları çərçivəsində
Milli Turizm Təbliğat Bürosu Atletlər kəndində,
oyunların media mərkəzində və Sabir bağında
bir sıra mədəni tədbirlər təşkil edəcək.
Bu barədə "Report"a Milli Turizm Təbliği Bürosunun mətbuat xidmətindən məlumat verilib.
Mayın 13-də saat 10:00-dan İran mədəniyyət günləri çərçivəsində bu ölkənin muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəxi ilə tanış olmaq olar. Saat 19.00-da İran ifaçılarının konserti keçiriləcək. Tədbirdə İranın Azərbaycandakı səfirinin, digər rəsmi şəxslərin, habelə idmançıların iştirak edəcəyi gözlənilir.
İslam Oyunları çəçivəsində Sabir bağında həmçinin İndoneziya, Malaziya, Misir, Türkiyə və digər ölkələrin də mədəniyyət günləri keçiriləcək.
Hər gün tanınmış azərbaycanlı ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunacaq.
Xatırladaq ki,
“Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanına əsasən
ölkənin beynəlxalq imicinin
formalaşdırılması, marketinq
işlərinin əlaqələndirilməsi, turistlərin
məmnunluğunun və turizm
potensialının artırılması, beynəlxalq səviyyədə
tanıdılmasını təmin etmək məqsədilə
6 Fevral 2017-cı il
tarixdə Mədəniyyət və Turizm
Nazirliyi yanında “Milli
Turizm Təbliğat Bürosu”
publik hüquqi şəxs
təsis edilib.
Palitra 2017.- 16 may.- S.13.