“Azərbaycan IV İslam
Həmrəyliyi Oyunlarına məsuliyyətlə
hazırlaşıb”
Mais İbadov: “Özbəkistan komandasının
yarışların təşkilatçılığı
ilə bağlı təəssüratları çox müsbətdir”
“IV İslam Həmrəyliyi Oyunlarının açılışı çox yüksək səviyyədə təşkil edilmişdi. Açılışın bu səviyyədə keçirilməsi mənim üçün gözlənilməz idi. İdmançıların təntənəli yürüşünü həyəcan və sevinclə izlədim. Deyə bilərəm ki, hər şey Olimpiya Oyunlarına oxşayırdı. Tədbirin təşkilati məsələləri də çox xoşuma gəldi. Bəlkə də Azərbaycandakı kimi İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə açılışı təşkil olunmayıb”. Bu fikirləri Özbəkistan və Azərbaycanda tanınmış güləşçi, aktiv diaspor üzvü Mais İbadov qəzetimizə bildirdi.
M.İbadov dedi ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına məsuliyyətlə hazırlaşıb: “Yüksək təşkilatçılığa və hazırlığa görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Artıq iki gündür ki, gedib yarışları izləyirəm. Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi və təkmilləşdirilməsi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə aparılıb. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərin də aktivliyi hiss olunur”.
Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycana həvalə edilməsi dövlətimizin idman tarixinə növbəti uğur kimi yazılacaq: “Azərbaycan hələ 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə öz gücünü bir daha sübut etdi. Bu cür mötəbər yarış Azərbaycana böyük imic qazandırdı. IV İslam Həmrəyliyi Oyunları da bu işin davamıdır. Artıq yenə də bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Belə yarışlar idmançıların məsuliyyətini artırır. İnanıram ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirəcək”.
M.İbadov Özbəkistan idmançılarının da yarışlardan çox razı qaldıqlarını bildirdi: “Özbəkistan idmançıları ilə görüşdüm. Onların fikirlərini öyrəndim. Hətta idmançılar Özbəkistandan mənim üçün də idman geyimi gətiriblər ki, onlara mənəvi dəstək olum. Özbəkistan komandasının yarışların təşkilatçılığı ilə bağlı təəssüratları çox müsbətdir”.
Tanınmış güləşçi onu da əlavə etdi ki, Özbəkistan
idmançıları yarışlara çox
yaxşı hazırlaşıblar: “Komanda
yarışlara hazırlıqlı gəlib. Ümumi
olaraq İslam Həmrəyliyi
Oyunlarında Özbəkistandan 100-ə yaxın
idmançı iştirak edir.
Onlardan 8-i sərbəst güləş
üzrə yarışacaq. Bütün
idmançılar Özbəkistanda yüksək nəticələr
göstəriblər. Onların arasında Olimpiya
Oyunlarında (İxtiyar Novruzov,
Beqzad Abdulrahmanov və
s.) iştirak edənlər
də var. İdmançıları Səlim
Abdulvəliyev, Şoxrat, Aleksandr
İvanoviç və s.
məşqçilər yarışlara hazırlayır. Hər
bir idmançıya uğurlar
arzu edirəm. Kim
güclüdürsə, o qalib
gəlsin”.
Fuad Hüseynzadə
Palitra.-2017.-17 may.-S. 7.