Bu il Qəbələyə
32 mindən çox əcnəbi turist gəlib
İstirahət etmək üçün Qəbələyə gələn əcnəbi turistlərin sayı ildən-ilə artır. Rayonda 20-yə yaxın müasir beşulduzlu otelin, istirahət və əyləncə mərkəzlərinin fəaliyyət göstərməsi xarici turistlərin diqqətini daha çox cəlb edir. Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov bildirib ki, rayon gözəl təbiətinə, sıx meşələrinə, soyuq bulaqlarına, mənzərəli guşələrinə, çay və göllərinə, paytaxta yaxın olmasına və burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici hesab edilir.
Otellərdən verilən məlumata görə, bu il yanvarın 1-dən mayın 15-dək Qəbələyə 62 min 450 nəfər turist gəlib ki, bunun 32 min 350 nəfəri əcnəbi, 30 min 100 nəfəri yerli turistdir. Xarici turistlər, əsasən müsəlman ölkələrinin vətəndaşlarıdır. Hesablamalara görə, ötən 5 ayda Qəbələyə 25 mindən çox ərəb turist gəlib. Xarici turistlər rayondakı otellərdə dincəlir, “Qəbələnd” istirahət və əyləncə mərkəzində, “Tufandağ” Yay-Qış Turizm İstirahət, Stend və Ox Atıcılığı komplekslərində əylənir, kanatla dağ gəzintisinə çıxırlar. Meşələrdə atla gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, meşələrdə ov etmək barədə düşünənlərin arzusu da Qəbələdə gerçəkləşir. Turistlərin istirahətinin mənalı təşkili üçün rayonda yüksək şərait yaradılıb.
Anar Məhərrəmov bildirib ki, mayın 12-də başlayan
“Bakı-2017” IV İslam Həmrəyliyi
Oyunlarını izləmək üçün
ölkəmizə gələn minlərlə xarici
tamaşaçı və idmançı yarışlardan sonra ölkəmizin turizm
məkanlarına səfər edərək boş
vaxtlarını səmərəli keçirirlər. Bu baxımdan, son günlər
Qəbələyə böyük turist axını var. Rayonun bütün otellərində
yerlər dolduğuna görə gələn
qonaqlar müasir
kotteclər və villa tipli
kənd evlərini kirayələyir və orada
gecələməli olurlar. Müxtəlif
turizm şirkətləri Bakıdan Qəbələyə
endirimli qiymətlərlə tur-aksiyalar həyata keçirirlər. Turistlər
rahat nəqliyyat vasitələri ilə Qəbələyə
gələrək sifariş etdikləri
otellərdə yerləşirlər. Həmçinin Qəbələnin
tarixi abidələrinə, müasir istirahət və əyləncə mərkəzlərinə,
mənzərəli yerlərinə tanışlıq səfərləri
təşkil edilir. Turistlər gündə
3 dəfə yeməklə təmin olunur
və mənzərəli yerlərdə xatirə şəkli
çəkdirmək imkanı əldə edirlər. “Bakı-2017” IV İslam Həmrəyliyi
Oyunları günlərində Qəbələyə müsəlman
ölkələrindən olan 2500-dən çox turistin gəldiyini
qeyd edən Anar Məhərrəmov
bildirib ki, mayın
22-dək rayona daha 8 min qonağın gələcəyi gözlənilir.
Hazırda rayonda 100-ə yaxın
irili-xırdalı turizm-istirahət obyekti
fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si
beş, dörd və
üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün
ərzində 2800 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət
göstərmək mümkündür.
2016-cı ildə Qəbələ rayonuna
gələn turistlərin sayı 99 min 700
nəfər olub, bunun
da 32 min 600 nəfəri
xaricidir. Bu il rayona 150 mindən çox turistin gələcəyi
gözlənilir.
Nigar
Palitra.-2017.-17 may.-S.13.