Parisdə 28 May - Respublika Gününə həsr edilən fotosərgi açılıb
Parisdə 28 May - Respublika Günü
münasibətilə “Azərbaycana
səyahət” adlı
fotosərginin rəsmi
açılışı olub. Diasporla İş üzrə
Dövlət Komitəsindən
bildiriblər ki, sərgi Azərbaycanın
Dostları Assosiasiyası
və Paris Azərbaycan
Evinin birgə təşəbbüsü ilə
təşkil olunub.
Açılış mərasimində
Fransa parlamentinin və Senatın üzvləri, fransız jurnalistlər, iş adamları və diaspor nümayəndələri
iştirak ediblər. Azərbaycanın Dostları Assosiasiyasının
baş katibi, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva tədbiri
açaraq sərginin
məqsədi barədə
məlumat verib, fotoların müəlliflərini
təqdim edib. Daha sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması
və tarixi barədə danışıb,
bu günün ölkə üçün
əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Dostları Assosiasiyasının
sədri Jan-Fransua Mansel Azərbaycan və Fransanın dostluq əlaqələrinin
getdikcə daha da genişləndiyini bildirib. O, Azərbaycanın
məhz bu kimi tədbirlər sayəsində Fransada daha da tanındığını
qeyd edib. Sərgidə Azərbaycan fotoqrafları
Vüqar İbadov, Etibar Cəfərov və Kərim Abbasovun fotoları nümayiş etdirilib.
Fotolar əsasən Azərbaycanın
rəngarəng təbiətini,
zəngin memarlıq abidələrini əks etdirir. Sərgi mayın 31-dək davam edəcək.
Palitra.-2017.-19 may.-S.13.