Həmsədrlərin bəyanatı ədalətsiz
və qeyri-obyektiv yanaşmadır
XİN:
“Ermənistan silahlı qüvvələrinə məxsus hərbi
texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində
qeyri-qanuni mövcud olması faktına yenə də göz
yumulub, ermənilərin mülki əhali və mülki obyektləri
intensiv atəşə tutulması və sonra video
görüntülər yayaraq bunu rəsmən etiraf etməsi
barəsində heç nə deyilməyib”
ATƏT Minsk qrupunun həmsədrləri yaydıqları birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər atəşkəs rejiminin pozulması hallarını pisləyərək, tərəfləri gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırıblar. Sənəddə zərbələrin endirildiyi obyektlərə, habelə qurbanlar və dəymiş zərərə dair ziddiyyətli məlumatların olduğu qeyd edilir. “Həmsədrlər atəşkəs rejiminin pozulması hallarını pisləyirlər və tərəfləri gərginliyin artmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırırlar”, - deyə həmsədrlərin birgə bəyanatında bildirilir. Məlumata görə, həmsədrlər və ATƏT sədrinin şəxsi nümayəndəsi vəziyyət barədə daha dolğun və dəqiq informasiya əldə etmək üçün əlavə məlumatlar toplamaqda davam edirlər. Qeyd edək ki, Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir. Belə ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.
“Həmsədrlər ilk növbədə elə özlərinin hazırladığı Yenilənmiş Madrid Prinsiplərini rəhbər tutaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməli və ATƏT-in Budapeşt Sammitinin qərarına uyğun olaraq münaqişənin BMT TŞ-nın qətnamələri əsasında siyasi yolla həlli üçün intensiv substantiv danışıqların davam etdirilməsinə çağırış etməli idilər"
Azərbaycanın uçuş
aparatlarına yaranan real
təhlükənin və düşmənin aktivliyinin
qarşısını almaq məqsədilə
Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu
maşını atəşlə tam sıradan
çıxarılıb, şəxsi heyəti məhv edilib. Bundan başqa, mayın 16-da axşam saatlarından başlayaraq
gecə ərzində Ermənistan silahlı qüvvələrinin
bölmələri cəbhə xəttinin Ağdam
istiqamətində Azərbaycan ordusunun
mövqelərini və müdafiənin dərinliyində
yaşayış məntəqələrini müxtəlif
çaplı minaatanlardan intensiv
atəşə tutub. Cavab tədbirləri nəticəsində
düşmən susdurulub. Azərbaycan
Silahlı Qüvvələrin döyüş
texnikasına ziyan dəyməyib və
şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və
yaşayış məntəqələrinə yaxın ərazilərə
düşüb. Əməliyyat şəraiti
Azərbaycan Silahlı Qüvvələrimizin tam
nəzarəti altındadır. Xarici
İşlər Nazirliyinin (XİN) mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin
bəyanatını şərh edib. H. Hacıyev bildirib ki,
Azərbaycanın Laçın rayonunun
Ermənistan silahlı qüvvələri tərəfindən
işğalının 25-ci ildönümü
və Ermənistan prezidentinin parlamentdə
çıxış edərək Yenilənmiş Madrid Prinsiplərini inkar
edən açıqlamasının müqabilində
ATƏT-in Minsk qrupunun
həmsədrlərinin yalnız atəşkəs
haqqında standart bəyanatı simptomatik xarakter
daşıyır. "Azərbaycanın digər
işğal olunmuş
rayonlarının əhalisi kimi 80.000-nə
yaxın Laçın sakini 25 ildir, qaçqın və məcburi köçkün vəziyyətində
yaşadığı halda, rayonun işğalının 25-ci ildönümü günü
bəyanatla çıxış edən Minsk
qrupunun həmsədrləri tərəfindən
bu haqda heç nə deyilməməsi ədalətsiz
və qeyri-obyektiv yanaşmadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri
Azərbaycanın suveren ərazilərində
fəaliyyət göstərir və Ermənistanın gücdən
istifadə edərək Azərbaycan ərazilərinin
işğalı fonunda ölkəmizin
müdafiəsini və mülki əhalinin
təhlükəsizliyini təmin edir.
Azərbaycanın uçuş
aparatlarına yaranan real
təhlükəni və Azərbaycanın hava
məkanının dərinliklərinə nəzarət etmək
cəhdinin qarşısını almaq üçün mayın 15-də provokativ şəkildə müdafiənin ön xəttinə
çıxarılmış Ermənistan hava
hücumundan müdafiə
qoşunlarına məxsus “OSA” zenit-raket
kompleksi legitim hərbi
hədəf olaraq məhv edilib.
Təəssüflər olsun
ki, atəşkəsin pozulmasından
narahatlıq ifadə edən ATƏT-in Minsk
qrupunun həmsədrlərinin bəyanatında
Ermənistan silahlı qüvvələrinə məxsus hərbi
texnika və şəxsi heyətin Azərbaycanın
suveren ərazilərində qeyri-qanuni mövcud
olması faktına yenə də göz yumulur. Həmçinin, həmsədrlərin
bəyanatında Ermənistan silahlı qüvvələrinin
keçən ilin aprelində olduğu kimi cəbhənin
Ağdam və Tərtər istiqamətləri
boyunca sıx yaşayan
mülki əhalini və mülki
obyektləri 16-17 may tarixlərində minaatanlardan və digər silahlardan
intensiv atəşə tutması və
sonra video
görüntülər yayaraq bunu rəsmən etiraf etməsi
barəsində heç nə deyilmir. Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu
cəbhədə gərginliyin yaranmasının və atəşkəsin
pozulmasının əsas səbəbidir. Bu
hər kəsə çox yaxşı məlumdur.
Odur ki, Azərbaycanın Laçın rayonunun işğalının 25-ci ildönümü və Yenilənmiş Madrid Prinsiplərinin Ermənistan prezidenti tərəfindən inkar
edilən gün bəyanatla
çıxış edən ATƏT-in Minsk
qrupunun həmsədrləri ilk növbədə elə özlərinin
hazırladığı Yenilənmiş Madrid
Prinsiplərini rəhbər tutaraq Ermənistan qoşunlarının Azərbaycanın
işğal olunmuş
ərazilərindən çıxarılmasını tələb
etməli və ATƏT-in Budapeşt Sammitinin qərarına uyğun
olaraq münaqişənin BMT
TŞ-nın qətnamələri əsasında siyasi yolla həlli üçün intensiv substantiv danışıqların davam etdirilməsinə
çağırış etməli idilər", - deyə
H. Hacıyev qeyd edib. Qeyd edək ki, həmsədrlərin bəyanatı obyektiv yanaşma ortaya qoymayıb. Çünki
həmin bəyanatda Laçının işğalı ilə
bağlı heç bir
kəlmə qeyd edilməyib. Üstəlik,
işğalçı ölkənin
başçısının parlamentdə
çıxışı zamanı müzakirə olunan Madrid prinsiplərindən
imtina etdiyini bildirməsi
faktiki olaraq
danışıqlara vurulan zərbədir.
Sərkisyan həmsədrlər tərəfindən
hazırlanan sənədə inkar etməklə
danışıqlara qarış
çıxdığını ortaya qoyduğu halda, ATƏT-in Minsk qrupunun həmsədrlərin
yaydığı bəyanatda bu məqamlar
yer almayıb. Onlar əsas
vurğunu atəşkəsin pozulması
ilə bağlı məqama ediblər. Amma
atəşkəsi pozan tərəf də
Ermənistan olub. Ön
xəttə “Osa” qurğusunu
çıxaran Azərbaycan yox, Ermənistan
tərəfi olub. Yəni, bütün
halda günahkar Ermənistan
olduğu halda,
bunların heç biri
həmsədrlərin bəyanatında yer
almayıb. Digər bir məqam Ermənistan
tərəfinin yaydığı görüntülərlə
bağlıdır. Xatırladaq ki, Ermənistan
tərəfi yaşayış məntəqələrimizi və
mövqelərimizi atəşə tutmasını əks etdirən
video və guya Azərbaycan
tərəfinin itkilər verməsi barədə məlumat
yayıb. Düşmən bölmələrinin cəbhənin
Ağdam istiqamətində
yaşayış məntəqələrimiz və mövqelərimizi
müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutması barədə
Azərbaycan Müdafiə Nazirliyi tərəfindən
də rəsmi məlumat verilib. Mideonu yaymaqla Ermənistan
təkcə mövqelərimizi deyil, eyni zamanda
yaşayış məntəqələrimizi də müntəzəm
olaraq atəşə tutmasını nümayiş etdirərək dinc
azərbaycanlı əhaliyə qarşı öz
çirkin əməllərini davam etdirdiyini bir daha təsdiq etdi. Amma Ermənistanın
dinc sakinləri atəşə tutması
ilə bağlı məsələ bəyanatda yer almayıb. Bu arada onu da
qeyd edək ki, ABŞ
Helsinki komissiyasının sədri, senator Rocer Uiker
Vaşinqtonda keçirilmiş
dinləmələrdə Rusiya tərəfindən
qonşu ölkələrə təhlükəli
silah sistemlərinin verilməsi
faktını qaldırıb. “Trend”in məlumatına görə, senator
Rusiyanın ATƏT üzvü olan Ermənistana “İskəndər-E” raket sistemlərinin təhvil verdiyini
vurğulayıb. R.Uikerin fikrincə, bu amil
ciddi narahatlıq doğurur,
çünki bu cür silahların tədarükü vəziyyəti
destabilizə edərək Avropada və Avrasiyada gərginliyin daha da artmasına səbəb olur.
Öz növbəsində ABŞ dövlət
katibinin keçmiş
katibi Stivem Rademeyker qeyd edib ki, raket
texnologiyaları üzərində beynəlxalq nəzarət
rejimi mövcuddur. Onun sözlərinə görə,
Rusiyanın “İsgəndər” sistemlərinin hansı
versiyasını Ermənistana verdiyini bilmək
vacibdir: “Əgər bu
“İsgəndər-E” sistemidirsə, bu silahlanmaya nəzarət sazişinə uyğundur. Amma “İsgəndər-M”
raket sistemlərinin tədarükü qəbuledilməzdir”.
A.Miriyev
Palitra.-2017.-20 may.-S.11.