700 bal toplayan
tələbə: “Ən böyük arzum – BANM-ə yüksək balla
daxil olmaq idi”
Əsədzadə Mahirə Məhəbbət qızı 27 avqust 1999-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 2006-2008-ci illərdə Laçın rayonu 40 nömrəli məktəbdə, 2008-2017-ci illərdə isə Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə alıb. Dərslərdə daim fəal olub, yüksək qiymətlər alıb və eyni zamanda məktəbdə keçirilən tədbirlərdə, tamaşalarda, olimpiadalarda iştirak edib. Fərman, diplom və təsəkkürnamələrlə təltif olunub. Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Baki Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcək.
- 700 ballıq nəticəni
nələrin sayəsində əldə edə bilmisən?
Necə düşünürsən, bunun üçün xüsusi
istedad olmalıdır, yoxsa
burada şans
hansısa rol oynayır?
- Əlbəttə ki, bu nəticə çox çalışmağımın bəhrəsi idi. İlk öncə hədəf seçdim, daha sonra əmin addımlarla bu yolda irəlilədim. Düşünmürəm ki, bu ancaq şans işi olsun. 700 bal istedad, bilik, diqqət və şans tələb edir. Əgər bu hədəfi seçmisənsə, bunun üçün son 1-2 il oxumaq bəs etmir, məktəb vaxtı keçirilən dərslərdə bu elmin bünövrəsini qoymaq lazımdır.
- Qəbul
imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan
sonrakı xatirələrin sənin üçün
hansı təəssüratlarla yadda
qalıb?
- İmtahan qabağı
hər bir abituriyent kimi narahat idim. Deməzdim ki,
həyəcanlı olmuşam.
Narahatlığıma səbəb isə
mənə zəhmət
çəkən, elm öyrədən
bütün müəllimlərimin
və özümün
çəkdiyi zəhmətin
nəticəsinin necə
olacağı, yəni
məsuliyyət hissi idi. İmtahan sonrası isə
artıq bu nəticəni gözləyirdim.
- Niyə məhz bu ixtisası
və BANM-i seçdin, bu seçimi etdikdə hansı məqsədləri
qarşına qoydun?
- BANM tələbələr üçün
böyük şanslar
vəd edir, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına
önəm verir. Tələbə üçün
ən yaxşı seçim olacağını
düşünürəm və ətrafımdakı
yüksək bal toplayanların da seçimi bu təhsil ocağı olmuşdu.
- Ən böyük arzun nədir?
- Abituriyent olarkən ən böyük arzum - BANM-ə yüksək
balla daxil olmaq idi. Şükür
ki, bu arzum
gerçək oldu . İndi isə
növbəti hədəfim
universitet həyatının
da belə uğurlu keçməsidir.
- Özünü
gələcəkdə harada
görürsən və
gələcək üçün
planların hansılardır?
- Bu uğurun gələcəyə atılmış ilk addım olacağına inanıram. Gələcəkdə özümü peşəkar mühəndis kimi görmək istəyirəm. Vətənim, xalqım üçün savadlı bir kadr kimi yetişmək istəyirəm.
Nigar
Palitra.-2017.-24 may.-S.12.