Dadlı ixrac məhsulu:
Skandinaviya ölkələrinə də
tanış olan Azərbaycan gilası
Ölkədə həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən də aqrar sektorda dayanıqlı inkişaf sabit xarakter alıb. Belə ki, ötən il aqrar sektorun çoxsahəli və şaxələndirilmiş inkişafında dönüş ili olub. Məhz bunun nəticəsində kənd təsərrüfatı məhsullarının artım tempi ölkə əhalisinin artım tempini xeyli üstələyib ki, bu da ayrı-ayrı məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.
Beləliklə, bu gün ölkədə bir çox məhsullar istehsal baxımından tələbatı tam ödəyir və ixraca ehtiyac qalmır. Nəticədə idxalın həcminin azaldılması üçün böyük imkanlar mövcuddur. Ümumilikdə, kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb. Ölkə başçısı bildirib ki, bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir: “Qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. İxracyönümlü məhsulların həcmini artırmalıyıq”.
Bu gün dünya ölkələri bir çox kənd təsərrüfatı məhsullarının ixracından yüksək gəlir edirlər. Bir çox ölkədə gilas istehsalındakı artım və il ərzində yaxşı səmərə verməsi bu məhsulun ticarəti üçün potensial inkişafı da özü ilə bərabər gətirir. Gilasın istehsalının gəlirli olmasının səbəbi ixrac məhsulu olması ilə bağlıdır. İxrac məhsulu isə valyuta qazandırır. İxraç məhsulunun qiyməti daxili bazara nisbətən olduqca yüksəkdir. Bu gün dünyada gilasın ixrac potensialının yüksək olmasında, gilas ixracatı firmalarının təqdim etdikləri reklam və təqdimat kampaniyaları da əhəmiyyətli rol oynayır. Ümumilikdə isə meyvə istehsalını müəyyən edən əsas faktor tələbdir. Bununla yanaşı, təzə meyvə istehsalında, ekoloji faktorlar, meyvə növünün dadı əhəmiyyətli təsirə malikdir. Dünyada gilas əkini sahələri və istehsal miqdarları həril artım göstərir. 2013-cü ilə qədər istehsal sahələrindəki və istehsal miqdarındakı inkişafları araşdırıldıqda, gilas istehsal sahələri təxminən 3,7 dəfə artımla 109.865 ha-dan 405.129 ha-ya, istehsal isə 1,8 dəfə artım ilə 1.312.898 tondan 2.294.455 tona çatıb. Dünya gilas istehsalının təxminən yarısını dörd ölkə həyata keçirir. Dünya gilas ixracatı da illik inkişaf göstərməkdədir.
2013-cü
ildə dünyada gilas istehsalı 2 milyon 405 min hektar sahədə 2 milyon 295 min
ton olaraq reallaşıb.
Bu istehsalın əhəmiyyətli bir hissəsi Türkiyə, İran və ABŞ tərəfindən reallaşıb.
Türkiyədə 2014-cü ildə 446 min ton,
2015-ci ildə 531 min ton gilas
istehsal edilib. Beləliklə, dünya gilas
istehsalının 20 faizini
Türkiyə həyata
keçirib. Gilas ixracını isə ən çox 17 min ton (67
milyon dollar) ilə Almaniya edib, bu ölkəni 13 milyon dollar (10 min ton) ilə
Rusiya, 13 milyon dollar (6
min ton) ilə Bolqarıstan,
2 milyon dollar (3 min ton) ilə
İraq və 10 milyon dollar (2 min ton) ilə
Hollandiya təqib edir.
2014-cü ildən etibarən
dünya gilas ixracatının ümumi dəyəri 1 911 284 min dollar olub,
Çili 659 676 min dollar ilə
ümumi ixrac dəyərinin 34.51 faizini
reallaşdırıb. Bunu 24.85 faiz
ilə ABŞ və
7.59 faiz ilə də Türkiyə təqib etməkdədir.
Ötən il dünyada ən çox gilas istehsal edən ölkələrə gəldikdə
isə ilk sırada
494,325 tonla Türkiyə
gəlir. İkinci sırada isə 301,205 tonla ABŞ, 200,000 tonla İran, 131,175 tonla İtaliya və nəhayət, 5-ci sırada
100 min tonla Özbəkistan
yer alır.
Bir çox kənd təsərrüfatı məhsullarında
olduğu kimi, Türkiyə gilas ixracına da böyük önəm verir və Ege
Yaş Tərəvəz
və Meyvə İxracatçıları Birliyi
qarşıdakı dövrdə
ixracı 200 milyon dollara çatdırmağa
qərar veriblər. İxracatda isə yeni hədəf
Çindir.
Dünyada gilasın 1500 sortu məlumdur. MDB məkanında
isə gilasın 75 rayonlaşdırılmış sortu var. İqtisadi cəhətdən əhəmiyyətli
Çelan, Tieton, Raynier, Binq, Lapins, Skina, Stella, Summit və s. sortları məlumdur. Respublikamızda,
əsasən, rayonlaşdırılmış
Biqarro Qrol, Ramon Oliva, Tezyetişən Kassin, Sarı Droqana, Frans İosif, Kəlürəyi
sortları becərilir.
Azərbaycanda iqtisadi rayonlar
sırasında Quba-Xaçmaz
iqtisadi zonası gilas istehsalının 45 faizini təşkil edir. Yeni gilas bağının
salınması üçün
7x5 m sxemi üzrə
4800 manata qədər
vəsait tələb
olunur. Gilasın 1 hektarından 100-110 sentner məhsul alınarsa, həmin sahədən 3500-4000 manat
mənfəət əldə
etmək olar. Belə olan halda rentabellik
səviyyəsi 71-75 faiz
təşkil edir.
Azərbaycanın xaricə ixrac
etdiyi kənd təsərrüfatı məhsulları
sırasında gilas önəmli yer tutur. Hazırda bu meyvənin
ixrac olunduğu əsas ölkə qonşu Rusiya Federasiyasıdır. Hələ sovet
dövründə respublikamızda
yetişdirilən gilas
bütün ittifaq respublikalarına ixrac olunurdu. Ölkəmizin müstəqilliyinin ilk illərində Xaçmazda
yetişdirilən gilas,
hətta Skandinaviya ölkələrinə də
ixrac edilib. Ötən il
isə ölkəmizdə
14,993 min ton ixrac reallaşıb.
İyun ayı gilas yığımının ən
qızğın çağıdır.
Bir sıra kənd təsərrüfatı
məhsulları kimi, bu
mövsümdən faydalanmaqla gilas ixracını artırmalıyıq.
Nigar Abdullayeva
Palitra.-2017.-24 may.-S.2.