“Qarabağ həqiqətlərinin
təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
Fəxrəddin Yarıyev:
“Stavropol vilayətində ermənilərin sayı çox olsa da, bizim gördüyümüz işlər üstünlük təşkil edir”
Bu gün Qarabağ həqiqətlərinin təbliği diasporumuz üçün də prioritetdir. Xaricdə ermənilərin çoxluq təşkil etdiyi ölkələrdə bu işi aparmaq nə qədər çətin olsa da, diaspor üzvləri bunun öhdəsindən layiqincə gəlirlər. Bu baxımdan, Rusiya Federasiyasının Stavropol vilayətindəki milli diaspor üzvləri də təqdirəlayiq tədbirlər keçirirlər. 400 minə yaxın erməninin yaşadığı bu ərazidə Azərbaycan diasporu öz sözünü deyə bilir. Bu baxımdan, Ümumrusiya Azərbaycanlıları Konqresinin Stavropol vilayəti üzrə regional sədri, “Odlar yurdu” Azərbaycan Cəmiyyətinin prezidenti Fəxrəddin Yarıyevin rəhbərliyi ilə təbliğat günü-gündən güclənir.
Qeyd edək ki, Fəxrəddin Yarıyev 1956-cı il 26 iyun tarixində Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olub. Ailədə 7 qardaş, 3 bacı olublar. F.Yarıyevin əsgəri xidməti 1974-76-cı illərdə Almaniyada keçib. Hərbi xidmətdən Azərbaycana qayıtdıqdan sonra 5 il o zamankı milis strukturunda çalışıb. İdman dərəcəsi var. Daha sonra təhsilini davam etdirmək üçün Kooperativ Texnikumuna daxil olub. Milisdə işləyə-işləyə təhsil almağı mümkünsüz olduğundan öz ərizəsilə milisdən çıxıb. Daha sonra Stavropol vilayətinə gedib və babasının, atasının bitirdiyi Kənd Təsərrüfatı İnstitutuna daxil olub. Həmin institutda 14 il təsərrüfat üzrə prorektor işləyib. 2000-ci ildə Stavropolda “Odlar yurdu” Cəmiyyətini yaradıb. 2001-ci ildən ÜAK-ın Stavropol üzrə regional sədridir.
-Bilirik ki, sizin yaşadığınız ərazidə ermənilər çoxluq təşkil edir.
- Ümumiyyətlə, burada
168 millətin nümayəndəsi yaşayır. Rusiya Federasiyasının Stavropoldan
çox ermənisi olan yeri yoxdur. Demək olar
ki, Stavropol vilayətində
bu gün 385.000 erməni yaşayır.
Bunun müqabilində azərbaycanlılar
azlıq təşkil
edir. Azərbaycanlılar 65.000 nəfərdir. Buna baxmayaraq, bizim
gördüyümüz işlər
üstünlük təşkil
edir. Azərbaycanın Stavropol vilayətində təbliği ilə bağlı böyük işlər görürük.
- Qarabağ həqiqətlərini Stavropolda
necə təbliğ edirsiz?
-Qarabağ məsələsi
Azərbaycanın ən
yaralı yeridir. Ölkəmizin 20 faiz torpağı
erməni separatçıları
tərəfindən işğal
olunub. Bu məsələ bütün
dünya ölkələrinin
diqqət mərkəzindədir.
Eyni zamanda Rusiya Federasiyasının Stavropol vilayətindəki
diasporumuzun diqqətindən
də yayınmır.
Biz bu təbliğatı
yüksək səviyyədə
burada həyata keçiririk. Eyni zamanda biz hər il burada
anım tədbirləri
keçiririk. Ermənilərin xalqımıza qarşı
törətdiyi soyqırımlarını
burdakı rəsmilərə
və yerli xalqa çatdırırıq.
-Maraqlıdır, yerli xalqın bu məsələyə münasibəti
necədir?
-Onlar bu gün,
həqiqətən, ermənilərin
bu haqsız əməllərini qınayırlar,
Azərbaycanın bu faciələrinə biganə
yanaşmırlar. Ermənilərin bu separatçı əməlləri onları
da təşvişə
salır. Hətta Stavropolda
ruslar deyirlər ki, ermənilərdən yaxşı nəticə gözləmirlər. Nə zamansa
ermənilərin onlara
qarşı da belə çirkin əməlləri törətməsi
qorxusu ilə yaşayırlar.
-Yerli hökumət tərəfindən
diasporumuza necə münasibət göstərilir?
-Bu gün Stavropol vilayəti rəsmilərinin Azərbaycan
diasporuna olan münasibəti aydın görünür. Cünki Stavropoldan
nümayəndə heyətinin
dəfələrlə Azərbaycana
gəlişi yerli administrasiya rəhbərlərinin
bizə olan münasibətinin müsbət
cəhətidir. Bu, bizə olan isti münasibətin təzahürüdür. Eyni zamanda
diaspor rəhbəri olaraq mən özüm də Stavropolun bütün tədbirlərində yaxından
iştirak edirəm.
Qubernatorla bərabər, hər
bir təşəbbüsə
bizim də qatqımız olur. Mən özüm Qubernatorun Şura Tərkibinin üzvüyəm. Həmçinin Şəhər Administrasiyasında
Şura üzvüyəm.
Bununla yanaşı, Qubernatorun səlahiyyətli nümayəndəsiyəm.
Yəni bir sıra, hələ qeyd etmədiyim statuslarımızın
olması bir daha göstərir ki, dövlətlə sıx əlaqədə işləyirik. Hər bir
dövlət tədbirində
rəsmilərlə bərabər,
biz də hər hansı məsələni
müzakirə edirik.
Cənab
Prezidentin Dünya Azərbaycanlılarının IV Qurultayında irəli sürdüyü təşəbbüsləri
biz artıq çoxdan
burada həyata keçiririk. Bu gün də çalışırıq ki,
Azərbaycan Respublikasına
dəstək olub bayrağımızın yüksək
zirvələrdə dalğalanmasına
kömək olaq.
-Ötən ay yerli qubernatorun ölkəmizə
səfərini təşkil
etmişdiniz. Bu səfərin məqsədi
nə idi?
-Öncə qeyd edim ki, Sovet
İttifaqı dağılandan
sonra Azərbaycana Rusiyadan ilk dəfə nümayəndə heyəti
bizim təşəbbüsümüzlə
gəlib. Nümayəndə heyətinə Aleksandr
Çernoqorov başçılıq
edirdi. Mən Stavropolun bütün
qubernatorlarını Azərbaycana
səfərə gətirmişəm.
Qubernatorlara ölkəmizin zənginliklərini,
məcburi köçkünlərin
həyatını da göstərmişik. Onlar erməni
vəhşiliyinin nəticələrini
öz gözləri ilə görüblər.
Son zamanlar bizim təşəbbüsümüzlə Rusiya Federasiyasının
Stavropol vilayətinin qubernatoru
Vladimir Vladimirov 3 dəfə
Azərbaycana səfər
edib. Hər səfərin də
əhəmiyyətli səbəbləri
olub. Aprelin 5-8-dəki səfər böyük sensasiya doğurdu. Vladimir Vladimirov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdü. Mən də
o görüşlərdə iştirak etmişəm.
Bu görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin
yüksək səviyyədə
olduğu bildirildi.
Aprelin
6-da Bakıda “AITF-2017” XVI Azərbaycan
Beynəlxalq turizm və səyahətlər
və “HOREX Caucasus-2017” XI Qafqaz
Beynəlxalq mehmanxana,
restoran və supermarketlər üçün
avadanlıq və ləvazimatlar sərgisi keçirildi. Bu sərgidə
Stavropoldan 40 nümayəndə
iştirak edirdi.
Rusiyanın Stavropol vilayəti də sərgidə geniş təmsil olunurdu. Burada 50-yə yaxın şirkət, 30-dək
sanatoriya öz xidmətlərini təklif
edirdi.
-Bu səfərin nəticəsi
olaraq hansı işlərin görülməsi
planlaşdırılır?
-Bu səfər zamanı əhəmiyyətli müqavilələr
bağlandı. Stavropolda çıxarılan
mineral sular, turizmlə
bağlı müqavilələr
imzalandı. Stavropolda Azərbaycan
tərəfindən böyük
müalicəvi mərkəzin
tikilməsi üçün
4 hektarlıq yer verilib. O mərkəzin
tikintisilə bağlı
müqavilələr də
bağlandı. Bu gün Azərbaycanla
Stavropol arasında böyük
işlər gedir; mədəni və ticarət əlaqələri
yüksək sürətlə
inkişaf edir. Stavropol vilayətində ildə 10 milyon tondan çox taxıl istehsal olunur. Azərbaycanın taxıl ehtiyacı
Stavropol vilayəti tərəfindən
təmin olunacaq.
-Qubernatorun
Azərbaycanla bağlı
təəssüratları necədir?
- Respublika rəhbəri İlham Əliyevin gördüyü işlər
göz qabağındadır.
Bu, xaricdən daha yaxşı izlənilir. Ölkədə inkişaf, abadlıq işləri hər bir qonağı valeh edir. Stavropoldan gələn nümayəndə
heyəti Azərbaycandan
çox xoş təəssüratla qayıdıb.
Onların bu səfəri
televiziya vasitəsilə
də işıqlandırılıb.
Eyni zamanda nümayəndə heyətinin hər bir üzvü özlünün başçılıq
etdiyi regionda yerli xalqa təəssüratlarını
çatdırıb.
Qubernator özü şahid oldu ki, Azərbaycan
torpaqlarına Ermənistan
tərəfindən təcavüz
olunub. Bu təcavüz
də birmənalı
qarşılanmır. O, Stavropolda, ermənilərin
çox olduğu vilayətdə Azərbaycan
torpaqlarının Ermənistan
tərəfindən işğal
olunduğunu deyib.
Bizim buradakı
diaspor da məsələni daim gündəmdə saxlayır. Bu gün qubernatorların diaspor təşkilatlarının
təşəbbüsü ilə Azərbaycana gəlməsi bir daha milli diasporun
nüfuzunun Rusiyada yüksək səviyyədə
olduğunu göstərir.
Biz çox sevinirik
ki, Azərbaycana gələrkən rəsmilərə
göstərilən diqqət
bizim buradakı fəaliyyətimizə də
öz müsbət təsirini göstərir.
Onların belə səfərlərdən
sonra bizə olan ehtiram və
mənəvi dayaqları
daha da yüksəlir.
Fuad Hüseynzadə
Palitra.-2017.-25 may.-S.11.