“Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin
qalibləri
Təhsil
Nazirliyi, Gənclər
və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr
arasında keçirilən
“Made in Azerbaijan 2017” biznes ideya
müsabiqəsinin qalibi
müəyyən edilib.
Müsabiqənin təşkilində
məqsəd Prezidentin
“Qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması
ilə bağlı əlavə tədbirlər
haqqında” imzaladığı
sərəncamın tətbiqinə
ali təhsil
müəssisələri səviyyəsində
dəstək vermək,
tələbələr arasında
sahibkarlıq fəaliyyətinə
marağı təbliğ
etməkdir. Biznes ideyalar hazırlanarkən
onların sərəncama
və müsabiqənin
missiyasına uyğunluğu,
layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş
və biznes ideya səviyyəsində
maliyyə planı, aktuallığı və
kreativliyi nəzərə
alınıb. Müsabiqədə 6 universitetin 34 tələbəsi
iştirak edib. Ekspert Şurası təqdim edilən 34 biznes ideyanı dəyərləndirərək
6 finalçı müəyyənləşdirib.
“Made in Azerbaijan 2017” müsabiqəsinin
final mərhələsində 6 finalçı biznes ideyalarını münsiflər
heyəti qarşısında
nümayiş etdirib.
UNEC-in IV kurs tələbəsi
Fəqan Çələbizadə
ilə Milli Aviasiya Akademiyasının
II kurs tələbəsi
Emil Hacıyevin birgə
hazırladığı “Bavel
ilə dil baryerini yox et!”
layihəsi müsabiqənin
qalibi olub. II yerə Bakı Dövlət Universitetinin
IV kurs tələbəsi
Günay Abdullayevanın
“TechSOS” layihəsi,
III yerə isə
UNEC-in II kurs magistri Aytac Şeyixovanın “Sənayedə yosun bitkisinin tətbiqi, biznesi və perspektivi” layihəsi layiq görülüb.
“Made in Azerbaijan 2017” biznes ideya
müsabiqəsinin qalibinə
2000, II yerə 1500, III yerin
sahibinə isə 1000
AZN məbləğində mükafat təqdim edilib. Finalçılar –
UNEC-in Beynəlxalq İqtisadiyyat
Məktəbinin II kurs
tələbəsi Eşqin
Cəfərov “Bron
Stadium”, İqtisadiyyat fakültəsinin
I kurs tələbəsi
Fatimə Məsimli “Kənd-Yaşıl Turizmin
İnkişafı”, Maliyyə
və mühasibat fakültəsinin III kurs tələbəsi Aqil Həsənova isə “CleanS” biznes ideyalarına görə “Kapital Bank”ın xüsusi hədiyyələri
verilib.
Anar
Palitra.-2017.-26 may.-S.10.