Qarğabazar muzeyi ziyarətçilərin
marağına səbəb olur
Horadiz şəhərindəki
Muğam Mərkəzində
fəaliyyət göstərən
Qarğabazar muzeyi füzulililərin və rayonun qonaqlarının ən çox ziyarət etdikləri məkanlardandır. Burada Füzuli rayonun
ən qədim yaşayış məskənlərindən
olan Qarğabazar kəndinin tarixi, abidələri, görkəmli
şəxsləri barədə
foto və məlumatlar, kitablar, insanların yaşam tərzini, məşğuliyyətini
özündə əks
etdirən maddi-mədəniyyət
nümunələri, qədim
əşyalar sərgilənir.
Muzeyin direktoru
Nərminə Həmidova
AZƏRTAC-a bildirib ki,
Füzuli rayonunun Qarğabazar kəndi qədim tarixi, memarlıq abidələri
və görkəmli ziyalıları ilə tanınır. Kənddə aşkar edilmiş
eradan əvvəl II əsr - bizim eranın II əsrinə
aid küp qəbirlər
Qarğabazarın qədim
yaşayış yeri
olduğunu göstərir.
Kənddə XVII əsrə
aid Karvansara, Şah Abbas məscidi, hamam, XVIII və XIX əsrlərə aid türbələr,
qədim kəhriz və sair var. Karvan yolu üzərində
yerləşən kənddə
sənətkarlıq və
ticarət geniş inkişaf etmişdi.
Qarğabazar kəndində ilk məktəb
1883-cü ildən, məktəbdə
qızlar bölməsi
isə 1911-ci ildən
fəaliyyət göstərməyə
başlayıb. Görkəmli maarif xadimi Pənah
Qasımov, ictimai-siyasi
xadimlər Xanlar Səfərəliyev, Bünyad
Sərdarov, professor Bahadur Eyvazov, akademik İbrahim İbrahimov Qarğabazar kənd məktəbinin məzunlarıdır.
Muzey ziyarətçilərdə
Qarğabazar kəndi haqqında geniş məlumat yaratmaqla, onların böyük marağına səbəb
olur.
Palitra.-2017.-27 may.-S.16.