Şərqdə ilk demokratik respublikanı Azərbaycan xalqı qurub

 

Aysel İbrahimova

 

ADPU İnsan resursları şöbəsinin əməkdaşı

 

 

Birinci Dünya müharibəsi və fevral burjua inqilabı nəticəsində 300 ildən artıq hökmranlıq edən Romonovlar sülaləsi devrildi, zülm və əsarət altında əzilən xalqlar öz müqəddəratını təyin etmək, “Xalqlar həbsxanası” adlanan Rusiyanın imperialist siyasətindən qurtulmaq imkanı əldə etdilər. Rusiyada fevral inqilabından sonra müxtəlif quruluşlar bir-birini əvəz etdi. 1918-ci il fevralın 22-də Zaqafqaziya Seymi yaradıldı. Seymdə Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi var idi. Mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi. Gürcüstan nümayəndələri Seymdən çıxaraq Gürcüstanın müstəqilliyini elan etdilər. Mayın 27-də isə Seymin müsəlman fraksiyası vəziyyətin ciddiliyini nəzərə alaraq fövqəladə iclas çağırdı. Uzun müzakirələrdən sonra müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müsavat partiyasının təklifi ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri, H.AğayevM.Seyidov isə sədrin müavinləri seçildilər. Beləliklə, 1918-ci il mayın 28-də Tifllisdə Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haqqında “İstiqlal bəyənnaməsi”ni qəbul etdi. Milli Şuranın 24 səslə qəbul etdiyi qərar və 6 bənddən ibarət olanİstiqlal bəyannaməsi” və yaxudMisaqi-milli” (Əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk konstitusiya aktı-“İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqisiyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yaradıldığı bəyan edilmiş, onun hakimiyyəti çərçivəsində olan ərazilərin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. “İstiqlal bəyannaməsi” bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılmasını xəbər verirdi. Azərbaycan Milli Şurasının “İstiqlal bəyannaməsi”ndə deyilirdi: Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir; Azərbaycanda ali hakimiyyət Azərbaycan xalqına məxsusdur; Müstəqil Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir; Müəssislər Məclisi çağırılana qədər Azərbaycanda ali hakimiyyət Milli Şuraounun qarşısında cavabdeh olan Müvəqqəti hökumət sayılır; Millətindən, dinindən, ictimai vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlara tam vətəndaşlıq və siyasi hüquqlar verilirdi.

Milli Şura F.Xoyskiyə Azərbaycan hökumətini təşkil etməyi tapşırdı. Aşağıdakı tərkibdə Azərbaycan hökuməti təşkil edildi:

1918-ci il mayın 30-da AXC-nin yaradılması haqqında məlumat radioteleqrafla dünya dövlətlərinə çatdırıldı. Azərbaycan bütün Şərq aləmində demokratik respublika idarə üsulunun yarandığı ilk ölkə oldu. AXC ən demokratik respublika- parlament respublikası idi. AXC-nin yaranması ilə XIX əsrin əvvəllərində itirilmiş milli dövlətçilik ənənələri bərpa edilmiş oldu.

AXC-nin xarici siyasətdə ilk uğurlu addımı 1918-ci il iyunun 4-də Batumda Türkiyə ilə “sülhdostluq” müqaviləsinin imzalanması oldu. Osmanlı dövləti (Batumi müqaviləsi ilə) AXC-nin müstəqilliyini tanıyan ilk ölkə oldu. Osmanlı hökuməti Batumi müqaviləsinin 4-cü bəndinə əsasən Azərbaycan Xalq Cümhuriyyətinə hıərbi yardım göstərməyi öz üzərinə götürürdü. Milli Şuranın sədri M.Ə.Rəsulzadə və M.Hacınski Batumu müqaviləsinin 4-cü bəndinə istinad edərək Türkiyədən hərbi yardım istədilər. 1918-ci il iyun ayında Nuru Paşanın rəhbərlik etdiyiQafqaz İslam ordusu” Gəncəyə gəldi. Türk ordusunun Gəncəyə gəlməsinin qarşısını ala bilməyən Gürcüstan hökuməti Azərbaycan Milli Şurasına münasibətini dəyişdi. Gürcüstan hökumətinin tələbilə Azərbaycan Milli Şurası 1918-ci il iyun ayının 16-da Gəncəyə köçürüldü. İyunun 17-də F. Xoyskinin başçılıq etdiyi II hökumət kobineti yaradıldı. Yaranmış gərgin vəziyyət nəzərə alınaraq 1918-ci il iyunun19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi.

Bu dövrdə hökumət qarşısında duran ən mühüm məsələlərdən biri Bakını erməni bolşevik zülmündən azad edib Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi. Bakı XKS milli hökuməti AXC-ni tanımadı. Ona qarşı müharibə elan etdi. Azərbaycan Milli hökuməti Gəncəyə köçəndən sonra S.Şaumyan qəti hücumla Gəncəni işğal edib Milli höküməti beşiyindəcə boğmaq istədi, lakin Bakı Sovetinin qoşunlarının Gəncəyə hücumunun qarşısı alındı. İyulun 20-də Azərbaycan-Osmanlı hərbi qüvvələri Bakı üzərinə hücuma keçdilər. 1918-ci il iyulun 24-də Bakı Sovetinin fövqəlandə iclasında eser-menşevik-daşnak liderləri Osmanlı-Azərbaycan ordusunun hücumlarından qorunmaq üçün ingilis qoşunlarının Bakıya dəvət olunması təklifini irəli sürdülər. İyulun 25-də iclasda ingilis qoşunlarının Bakıya dəvət olunması və yeni koalision hökumətin təşkili barəsində qətnamə qəbul edildi. Azərbaycan-Osmanlı ordusunun şiddətli hücumu qarşısında Bakı XKS iyulun 31-də öz fəaliyyətindən əl çəkdi. 1918-ci il avqusytun 1-də Bakıda “Sentrokaspi Diktaturası” quruldu. İngilis generalı Denstervil 1918-ci il avqustun17-də Bakıya daxil oldu. Azərbaycan –türk ordusu sentyabrtın 15-də Bakıya həlledici hücuma keçdilər. İngilis hərbi qüvvələri Bakını tərk etdilər. Sentyabrın 15-də Azərbaycan ordusuNuru Paşanın başçılığı ilə türk qoşunları Bakıya daxil oldular. AXC Milli hökuməti Gəncədən Bakıya köçdü.

Lakin Bakının azad edilməsi ilə AXC-nin ərazi anlaşılmazlığı məsələlsinə birdəfəlik son qoyulmadı. Belə ki, AXC-nin ərazisi 114 min kv.km idi, onun 97,3min kv.km mübahisəsiz, 16,6 min kv.km isə Ermənistan və Gürcüstanla mübahisəli zona idi. AXC-nin yaranmasının səhəri Ermənilər İrəvan şəhərinin Ermənistana paytaxt edilməsi və onun Ermənistana verilməsi tələbini irəli sürdülər. Azərbaycan Milli Şurası buna razılıq verdi. Bu şərtlə ki, ermənilər Qarabağa və digər ərazilərə iddia etməsinlər. Azərbaycan Milli Şurasının İrəvanı Ermənistana güzəştə getməsi Azərbaycanın milli mənafeinə zidd bir addım idi. Lakin ermənilər Azərbaycan torpaqlarına olan iddialarından əl çəkmədilər. Naxçıvan və Zəngəzur istiqamətindən sərhədləri pozmağa balşadılar. Erməni təcavüzkarlarının qarşısını almaq üçün Azərbaycan hökuməti 1919-cu il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları daxil olmaqla mərkəzi Şuşa şəhəri olan Qarabağ general-qubernatorluğunu yaratdı. Xosrovpaşa bəy Sultanov general-qubernator təyin edildi.

Ermənilərin iddia etdikləri ərazilərdən biri də Naxçıvan idi. 1918-ci ilin noyabrında Naxçıvanı erməni təcavüzündən operativ şəkildə müdafiə etmək üçün burada Araz-Türk Respublikası yaradıldı. 1919-cu ilin martına kimi fəaliyyət göstərdi və Naxçıvanın ermənilərin əlinə keçməsinə imkan vermədi. 1919-cu il fevralın 28-də Naxçıvan general-qubernatorluğu yaradıldı və Bəhram xan Naxçıvanski general-qubernator təyin edildi.

Azərbaycan hökumətinin xarici siyasət sahəsində əsas vəzifələrindən biri Azərbaycanın istiqlaliyyətini beynəlxalq aləmdə tanıtmaq idi. Bu məqsədlə Azərbaycan hökuməti Paris sülh konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiq etdi. Nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov, üzvləri M.Hacınski, Ə.Ağayev, Ə.Şeyxülislamov, C.Hacıbəyli, M.Mehdiyev, M.Məhərrəmov idi. Nümayəndə heyəti sülh konfransında Azərbaycanı təmsil edərək AXC-nin de-fakto tanınmasına nail olmağa çalışırdı. Fransa hökumətinin vizanı 3 ay gecikdirməsi səbəbilə nümayəndə heyəti mayın ortalarında Parisə çatdı. ABŞ prezidenti V.Vilson Azərbaycan nümayəndələrinin Paris sülh konfransına buraxılmamasını irəli sürdü. Lakin mayın 28-də Azərbaycan nümayəndə heyətini qəbul etdi. Ə.M.Topçubaşov AXC-nin memorondumunu ona təqdim etdi. 1920-ci il yanvarın 11-də Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun təklifi ilə Antantanın Ali Şurası AXC-nin müstəqilliyini de-fakto tanıdı.

1918-ci il iyunun 26-da AXC hökuməti Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul etdi. İlk günlərdə 600 nəfərlik könüllülərdən ibarət hərbi hissə vardı. Azərbaycan ordusunun təşkilini sürətləndirmək məqsədilə Türkiyədən hərbi müşavirlər dəvət edildi. Müsəlman korpusu “Əlahiddə Azərbaycan korpusu” adlandırıldı. Zabit kadrlar hazırlamaq üçün qısa müddətli kurslar təşkil edildi. 19 yaşı tamam olmuş şəxslərin hərbi qulluğa çağrılması barədə fərman elan edildi. Səmədağa Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç Azərbaycan ordusunun baş qərargah rəisi təyin edildi.

1918-ci il 27 iyun tarixli qərarla Azərbaycan-türk dili dövlət dili elan olundu. Lakin ana dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanlarında, məhkəmə işlərində və başqa sahələrdə ana dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti olaraq rus dilindən istifadəyə yol verilirdi. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə və bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. H.Z.Tağıyev təhsil, maarif, mədəniyyət, mətbuatla bağlı həyata keçirilən bütün tədbirlərdə iştirak edir, son qəpiyini də əsirgəmirdi. Bu dövrdə ixtisaslı müəllim kadrlarına və dərs vəsaitlərinə böyük ehtiyac var idi. Ölkədəki mövcud müəllim kadrları ilə bu işin öhdəsindən gəlmək mümkün deyildi. Bu vəzifəni yerinə yetirmək üçün başlıca yol Türkiyədən müəllim dəvət etmək və kurslar təşkil etmək idi. Türkiyə həyatı ilə yaxından tanış olan Əhməd bəy Ağayevin bu məqsədlə İstanbula ezam edilməsi Xalq Maarif Nazirliyinə tövsiyə olundu. Cümhuriyyət parlamentinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin xalqımız qarşısında cox mühüm tarixi xidmətlərindən biri idi.

AXC-nin de-fakto tanınması onun beynəlxalq nüfuzunun artmasına səbəb oldu. Sovet ordusu Denikini məğlub etdikdən sonra Azərbaycan sərhəddinə yaxınlaşdı və Azərbaycana diplomatik təzyiqlərini gücləndirdi. Rusiya xarici işlər komissarı Q.Çiçerin 1920-ci il yanvarın 2-də Azərbaycan hökümətinə nota göndərərək Denikinə qarşı müharibəyə başlamağı tələb etdi. F.Xoyski isə vətəndaş müharibəsinin Rusiyanın daxili işi olduğunu bildirdi. Bu dövrdə Azərbaycan parlamentində də fikir ayrılığı yaranmışdı. Bakı bolşeviklərinin nümayəndə heyəti Azərbaycan xalqı adından XI Ordunu Azərbaycana dəvət etdi. Aprelin 27-də AK(b)P MK hakimiyyətin bolşeviklərə verilməsi haqqında parlamentə ultimatum verdi. M.Ə.Rəsulzadə və başqaları ultimatuma qarşı çıxdılar. Lakin sosialistona yaxın fraksiyaların tələbilə hakimiyyətin Azərbaycan bolşeviklərinə verilməsi haqqında qərar qəbul etdi. Hakimiyyət bəzi şərtlər daxilində kommunistlərə verilsə də, həmin şərtlər yerinə yetirilmədi və Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildi.

Lakin AXC-nin süqutundan71 il sonra xalqımız bir daha müstəqaillik əldə etdi.1991-ci il okrtyabrın 18-də qəbul olunan Konstitusiya aktinda Azərbaycan Respublikasının AXC-nin siyasi varisi olması elan olundu. Bəzən “tarix təkrar olunur” deyiblər . 1993-cü ildə yenidən Azərbaycanın müstəqilliyi təhlükə altına düşdü. Lakin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs sayəsəndə siyasi, hüquqi, iqtisadi, sosial, mədəni, ideoloji və digər sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanı müasir, müstəqil və güclü bir dövlətə çevirdi. Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik oldugunu bildirmiş, müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaradılmış AXC-nin varisi olmasını dəfələrlə bəyan etmişdir. AXC-nin Azərbaycan dövlətçilim tarixindəki rolu daim xatırlanır və əziz tutulur. Ümummilli lider Heydər Əliyevin 30 yanvar 1998-ci il tarixli sərəncamı ilə Cümhuriyyətin 80 illiyi, Prezident İlham Əliyevin 15 fevral 2008-ci il tarixli sərəncamı ilə AXC-nin 90 illiyi və 16may 2017-ci il tarixli sərəncamı ilə AXC-nin 100 illik yubileyi haqqında sərəncamlar verilmişdir. AXC-nin yaradıcılarına hörmət əlaməti olaraq 2007-ci ildə Bakıda “İstiqlaliyyət Bəyənnaməsi” abidəsinin açılışı oldu.

Azərbaycan tarixin sınağından uğurla çıxdı və bu gün dünya dövlətləri arasında söz sahibinə çevrilən bir dövlətə çevrildi. Artıq Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Ölkə rəhbərliyinin düşünülmüş siyasəti nəticəsində Azərbaycan regionun ən sabit ölkəsinə çevrilmişbu sahədə dünya dövlətləri üçün bir nümunə olmuşdur.

 

Palitra  2017.- 31 may.- S.12.