“Bakı-Tbilisi-Qars regionda
həyat səviyyəsini yüksəldəcək”
“Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə dünya iqtisadiyyatına və Avropa bazarına inteqrasiya asanlaşacaq”
“Bakı-Tbilisi-Qars dəmir yolu
olduqca əhəmiyyətli iqtisadi layihədir”. Bunu APA-ya açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) prezidenti Gigi Sereteli deyib. O qeyd edib ki,
bu gün Qafqazın Qərb
və Şərq arasında vacib birləşdirici
funksiyası artmaqdadır və burada bütün regionun
marağı var: “Hazırda biz bütün dünyada “İpək yolu”
mövzusunda fəal diskussiyalar
aparırıq. ATƏT Parlament
Assambleyasında Azərbaycanın təşəbbüsü
ilə “İpək yoluna dəstək qrupu” yaradılıb”. Sereteli
bildirib ki,
Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə
dünya iqtisadiyyatına və Avropa bazarına inteqrasiya asanlaşacaq: “Bununla
yanaşı, daha yaxşı iqtisadiyyat siyasi vəziyyətə
də müsbət təsir edir. Bu dəmir yolu Gürcüstan, Azərbaycan
və Türkiyədə əhalinin həyat səviyyəsinin
yüksəldilməsinə, həmin ölkələrə daha çox
investisiyaların cəlb olunması və yeni
iş yerlərinin yaradılmasına
kömək edəcək.”. Gürcüstan
təmsilçisi bəyan edib ki, üç ölkə
arasında strateji tərəfdaşlıq
Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrlə sübut
olunur: “Gürcüstan,
Azərbaycan və Türkiyə çox
sıx əməkdaşlıq edir və bu, olduqca vacibdir.
Tarixi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gələcək onilliklərdə
öz effektivliyini daha da çox
göstərəcək”.
Palitra 2017.- 1 noyabr.- S.6.