Göyçayda XII Nar festivalı keçirilir
Göyçayda XII Nar festivalına start verilib. Festival Mədəniyyət
və Turizm Nazirliyinin, Göyçay
Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı
ilə keçirilir.
Builki
Nar festivalında iştirak
edənlər arasında
dövlət və hökumət nümayəndələri,
Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı
səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların
əməkdaşları da
var.
AZƏRTAC xəbər verir ki, festival iştirakçıları günboyu
nar məhsullarının
nümayiş olunduğu
sərgiyə baxacaq, nar abidəsinin açılışında iştirak
edəcək, habelə
respublikanın tanınmış
müğənnilərinin iştirakı ilə konsert proqramı, nar istehsalı müəssisələrinə səfər,
bədii kollektivlərin
çıxışları, müxtəlif müsabiqələr
təşkil ediləcək.
Noyabrın 4-də isə Heydər Əliyev parkında nar və nar
məhsullarının satış
yarmarkaları, yerli musiqiçilərin iştirakı
ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş
etdiriləcək. Həmçinin şəhər stadionunda
“AzNar” və “Neftçi” futbol komandaları arasında
“Nar kuboku” uğrunda oyun keçiriləcək.
Oyun saat 15:00-da başlayacaq. Yarışın qalibinə “AzNar”
QSC tərəfindən 10 min manat, ikinci yerin
sahibinə isə 5
min manat pul mükafatı veriləcək.
Mahmud
Palitra.-2017.-4 noyabr.-S.16.