Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib
Bakı Ali Neft Məktəbində
(BANM) Neft-Qaz Mühəndisləri
Cəmiyyətinin (SPE - Society of Petroleum
Engineers) “Rusiya və Xəzər bölgəsi
üzrə Regional Tələbə
İnkişafı Sammiti”
keçirilib.
BANM-in İctimaiyyətlə əlaqələr
şöbəsindən verilən
məlumata görə,
BANM-in təşkilati dəstəyi,
SOCAR, “Statoil” və “Exxon Mobile”ın
sponsorluğu ilə həyata keçirilən
tədbirdə Azərbaycan,
Qazaxıstan və Rusiyadan olan gənc mütəxəssislər
və tələbələr
iştirak ediblər.
Dörd
günlük nəzərdə
tutulmuş sammit ali məktəbin
rektoru Elmar Qasımovun çıxışı
ilə açıq elan edilib. Rektor
Neft-Qaz Mühəndisləri
Cəmiyyətinin SPE-2018 prezidenti
Darsi Spedi və SPE Azərbaycanın
baş direktoru Əli Nağıyev başda olmaqla bütün iştirakçıları
salamlayıb, SPE proqramının
neft-qaz mühəndisliyi
üzrə təhsil alan tələbələr
və gənc mütəxəssislər üçün
əvəzsiz rolundan danışıb və tələbələri bu
istiqamətdə aktiv
olmağa çağırıb.
Tədbirdə həmçinin SPE-nin prezidenti cənab Darsi Spedi çıxış
edərək göstərdikləri
təşkilati dəstək
və isti münasibətə görə
BANM rəhbərliyinə öz
təşəkkürünü bildirib.
Sammitin BANM-də
keçirilən ilk iki
günü ərzində
tələbələrə təlim keçirilib, onlar arasında təqdimat üzrə müsabiqə olub. BANM-in tələbələri Elmir
Əbilov və Gülay İbrahimovanın
komandaları müsabiqədə
birinci və ikinci yeri tutublar.
Tələbələr təlim zamanı
lider kimi inkişaf etməyin sirlərinə yiyələnib
və gənc mütəxəssislər onlara
öz tövsiyələrini
veriblər. Digər iki
gündə isə tələbələr "Xəzər
Texniki Konfransı"nda
iştirak edib, "Yasamal" və “Kirmaki" dərələrinə
geoloji səfər ediblər.
BANM-in SPE
üzrə nümayəndəsi,
Neft-qaz mühəndisliyi
üzrə təhsil alan 3-cü kurs
tələbəsi Orxan
Xankişiyev və digər tələbələr
sammitin rəsmi hissəsi və sessiyalarından sonra, Rusiya və Qazaxıstandan gələn
qonaqlara Azərbaycanın
milli-ənənəvi irsini
tanıtmaq məqsədilə
bələdçilik ediblər.
Gənclər birgə səmərəli
vaxt keçirərək
münasibət qurublar.
Qeyri-hökumət təşkilatı olan
SPE-nin əsas məqsədi tələbə
və gənc mühəndislərin inkişafına
töhfə vermək,
neft sənayesinin bütün dünya üzrə təcrübəli
mütəxəssislərini bir araya gətirmək,
onlara elmi işlərini aparıb nəticələrini təqdim
etmək, təcrübələrini
paylaşmaq üçün
müxtəlif konfranslar,
forum, sammit və sərgilər keçirərək
şərait yaratmaqdır.
Nigar
Palitra.-2017.-4 noyabr.-S.15.