“Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”

 

Elşad İbrahimov:

Ukraynada yaşayan azərbaycanlılara dəstəyimiz böyükdür

 

Diaspor fəaliyyətində adamlarının rolunun böyük əhəmiyyəti var. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra xaricdəki biznesmen soydaşlarımız diaspor işində aktivlik göstəriblər. Bu da diasporun inkişafına çox böyük müsbət təsir göstərib. Lakin sonradan adamları diaspor işində aktivliklərini heç də istənilən səviyyədə davam etdirmədilər. Maraqlıdır ki, bu gün adamlarında diaspor işinə bu soyuqluq varmı? Elə müsahibimiz də gənc adamı, eyni zamanda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatının sədr müavini Elşad İbrahimovdur. Qeyd edək ki, E.İbrahimov 1981-ci ildə Bakı şəhərində anadan olub. BDU-nun Beynəlxalq münasibətlər fakültəsini, Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin magistraturasını bitirib. 2011-ci ildən Kiyevdə yaşayan E.İbrahimov biznes fəaliyyəti ilə məşğuldur. O, “New-Europe Ukraina” və “Ukrzv’əzok” şirkətlərinin rəhbəridir. Bununla yanaşı, müsahibimiz aktiv ictimai fəaliyyət də göstərir. 2016-cı ildən UABD-ın sədr müavinidir. Ailəlidir, bir övladı var.

-Diaspor işində nə kimi aktivlik göstərirsiz?

-İlk növbədə Ukraynada yaşayan azərbaycanlıların hüquqlarını qoruyuruq. Həmçinin Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik. Ən əsası da Azərbaycan həqiqətlərini, yəni Qarabağ problemini, Xocalı faciəsini Ukrayna ictimaiyyətinə çatdırırıq. Bunu təkcə deməklə deyil, Ukrayna mediası, tədbirlər, bilbordlar vasitəsilə edirik. Məsələn, ötən il 20 Yanvar faciəsi ilə bağlı Dneprepetrovskidə tədbir keçirdik. Bu yaxınlarda da 18 oktyabr-Müstəqillik Gününü Ukraynada qeyd etdik.

Azərbaycan dili və adət-ənənələrinin qorunması üçün Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq. Azərbaycan dövlətinin dəstəyi ilə azərbaycanlılar üçün dərsliklər çap etdiririk. Bundan başqa, “Azərbaycan sözü” qəzeti nəşr etdiririk. Bu qəzeti bütün Ukraynada pulsuz paylayırıq. Eyni zamanda arxivkitabxanalara bu qəzetin hər nüsxəsindən göndəririk.

Özümüzün “Diaspora TV” çəkiliş qrupumuz var. Keçirilən tədbirləri çəkib həm bütün vilayətlərdə olan azərbaycanlılara göndəririk, həm Ukrayna ictimaiyyətinə təqdim edirik.

Ukraynanın bütün vilayətlərində təşkilatımızın qərargahlarını yaratmışıq. İstər təşkilatın mərkəzi, istərsə vilayətlərdəki qərargahlar yerli rəsmi orqanlarla sıx əməkdaşlıq edir.

Ukraynada 50 nəfərdən çox azərbaycanlı alim yaşayır. Biz Ukrayna Azərbaycanlıları Alimlər Şurasını yaratmışıq. Bizim təşkilatın sədri Hikmət Cavadov da bu şuranın üzvüdür. Ümumiyyətlə, UABD-ın özəyini həmin o alimlər təşkil edir.

-Ötən illərlə müqayisədə adamları diaspor işinə istənilən səviyyədə diqqət ayırmırlar. Sizcə, bunun səbəbi nədir?

-Qeyd etməliyəm ki, son dövrlər bu tendensiya zəifləyib. Yəni adamları diaspor fəaliyyətində çox aktiv iştirak edirlər. Amma siz haqlısız, ötən illərdə adamları, bu baxımdan, daha fəal idilər. Daha sonra onların diaspora inamları az olduğundan tədbirlərə qatılmadılar.

-Hazırda Ukraynada baş verən siyasi proseslərdə diaspor olaraq hansı mövqe nümayiş etdirirsiz?

-Biz Ukraynada demokratik fikirlərin inkişafı üçün istənilən xalq hərəkatına dəstək vermişik. İndi biz buna hazırıq.

-Ukraynada kifayət qədər azərbaycanlı yaşayır. Diaspor olaraq onların hansı problemlərinə dəstək olursuz?

- Ukraynada yaşayan azərbaycanlılara dəstəyimiz böyükdür. Onların istər hüquq-mühafizə orqanları, istərsə yeri icra orqanları ilə hər hansı problemi olursa, biz bunun aradan qaldırılmasına hər zaman dəstək olmuşuq. Demək olar ki, hər gün biz bu kimi məsələlərə qarşılaşırıq. Baxmayaraq ki, Ukrayna böyük əraziyə malikdir, lakin bacardığımız qədər soydaşlarımızın köməyinə çatırıq. Eləcə hər zaman onların sevincinə şərik olmağa çalışmışıq. Yəni həmvətənlərimizin hər hansı xeyir işinə kömək edirik.

-Ukraynada azərbaycanlı tələbələrin sayı çoxluq təşkil edir. Bu qüvvədən ictimai fəaliyyətdə dərəcədə faydalana bilirsiz?

-Burada Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı fəaliyyət göstərir. ÜAGT tərəfindən çox təqdirəlayiq işlər görülür. Təşkilat öz ətrafında, əsasən, Ukraynada təhsil alan azərbaycanlı tələbləri birləşdirir. Həmin azərbaycanlı tələbələr bizim istənilən tədbirlərdə çox fəal iştirak edirlər. Lakin Ukraynanın siyasi həyatında biz onlardan istifadə etmirik. Çünki biz hər işə demokratik yanaşırıq. Heç kimi məcbur edə bilmərik ki, gəlib bizim tədbirlərə qatılsın. Lakin özləri istəyirlərsə, gəlib iştirak edə bilərlər. Ancaq Azərbaycanla bağlı hər hansı tədbir olanda biz tələbələri dəvət edirik.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-16 noyabr.-S.7.