Xocalı soyqırımından bəhs edən kitab İsraildə ingilis dilində çap olunub

 

ABŞ-da Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışılıb

 

Qarabağ həqiqətlərinin təbliği, soyqırımlarının tanıdılması baxımından əcnəbi dillərdə materialların çap olunmasına böyük ehtiyac var. İsrailin Təl-Əviv şəhərindəki “Medial” nəşriyyatında “Ağrı” bədii-sənədli romanının ingilis dilində çapdan çıxması bu istiqamətdə görülən əhəmiyyətli işdir. Əsərdə 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş soyqırımı aktının dəhşətli nəticələrindən bəhs olunur.

Qeyd edək ki, bir il əvvəl “Ağrı” romanı İsraildə rus dilində nəşr olunub. Kitabın ilk nüsxəsi V Bakı Humanitar Forumu zamanı “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.

Romanın müəllifləri Əmir və Arye Qut müxtəlif konfessiyalara, müxtəlif millətlərə mənsub, fərqli mühit və şəraitdə böyümüş, taleyin qismətindən Bakı şəhərində görüşən iki gəncin romantik sevgi tarixçəsini təsvir edirlər. Bu görüş səmimi və təmiz sevgiyə çevrilir. “Lakin Romanın qəhrəmanı - İsraildə yaşayan Poldan fərqli olaraq digər qəhrəman – Röya, gənc olsa da, həyatda çox sarsıntılara sinə gərib. O, hələ uşaq ikən erməni faşist və banditləri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş amansız qırğının dəhşətlərini yaşayıb. Bu qanlı faciədən iyirmi ildən çox keçməsinə baxmayaraq, həmin hadisələr möcüzə sayəsində salamat qalmış Xocalı sakinlərindən hər birinin qəlbində sağalmaz izlər qoyub”, - deyə romanın müəlliflərindən biri olan Arye Qut qeyd edir.

 

“Mən qəddar nifrət alovunu və insanlığa olan erməni nifrətini heç zaman unutmayacağam

Romanın elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva “Ön söz”də yazır ki, əsərin qəhrəmanı Röya Ermənistan-Azərbaycan münaqişəsi zamanı 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı aktının canlı şahididir.

“Röyanın ailəsi öz doğma torpağında qaçqına çevriləndən sonra, Azərbaycanın zorla cəlb edildiyi müharibənin bütün itki və dəhşətlərini yaşayıb. Röya böyüyəndən sonra həmin hadisələr zamanı itkin düşmüş doğma və yaxınlarını axtaran həmyerlilərinə kömək etməyi qərara alır. O bütün gücü ilə dünya ictimaiyyətinə həmin hadisələr haqqında həqiqəti çatdırmaq üçün çalışır”, - deyə Məhsəti Əliyeva kitabın müqəddiməsində yazır.

“Ağrı” romanının əsas qəhrəmanlarından biri Röya deyir: “Sakit səma fonunda erməni silahlı dəstələri tərəfindən soyuqqanlılıqla və amansızcasına məhv edilmiş uşaqların, qadınların və qocaların simalarını heç vaxt unuda bilmərəm. Mən qəddar nifrət alovunu və insanlığa olan erməni nifrətini heç zaman unutmayacağam. Məni həyat sevincindən həmişəlik məhrum etmiş qanlı qırğından sonra Xocalıdakı o dəhşətli gecənin sükutunu heç vaxt unuda bilmərəm. Ruhumu öldürmüş bu hadisələri, Xocalı ilə bağlı həyatımın bu dəhşətli və dözülməz anlarını heç vaxt unutmaram”.

Bu faciədə günahkar kimdir? Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı qanlı qırğın törətmiş terrorçularüçün cəzasız qalıb? Heç bir təqsiri olmayan dinc sakinlər nə üçün soyqırımına məruz qalıb? Bütün bu suallara birnəfəsə oxunan romanda cavab tapmaq olar”, - deyə kitabın elmi redaktoru Məhsəti Əliyeva qeyd edir.

Əmir və Arye Qut “Ağrı” bədii-sənədli romanında həqiqət axtarışına çıxaraq Azərbaycanın Xocalı şəhərində törədilmiş dəhşətli kütləvi qırğından müfəssəl söhbət açıb və onu təsvir ediblər. Müəlliflər bu qanlı qırğının canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərinin maskasını yırtırlar.

İsrailli müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini böyük ürək ağrısı ilə təsvir edirlər. Onlar ölüm və vahimə toxumu səpən, Azərbaycan tarixinin maddi və mədəni irsini məhv etmiş, lakin Vətən oğullarını böyük missiyayaöz əzəli torpaqlarını qorumağa ruhlandıran saf və işıqlı duyğuları məhv edə bilməmiş erməni terrorçuların mənfur niyyətlərindən dünyanı xəbərdar edirlər.

“Ağrı” romanını ingilis dilinə Kifayət Əhmədqızı tərcümə edib. Əsər Böyük Britaniyada redaktə edilib, Azərbaycan Respublikasının Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə çap olunub.

ABŞ-da Holokost və Xocalı soyqırımlarının qurbanları anılıb

Yeri gəlmişkən, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu və ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin yəhudi mənşəli əməkdaşlarının yaratdığı “Bir Ürək Xilas EtFondunun birgə təşkilatçılığı və sözügedən Fondun üzvlərinin iştirakı ilə nasist Almaniyasında yəhudilərə qarşı soyqırımının (Holokost) başlanğıcı hesab edilən, 1938-ci ilinKristal gecə”sinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə “Bir Ürək Xilas EtFondunun rəhbəri, tanınmış kardioloq İzhar XaruziFondun üzvü Ester Blauqrund çıxış edərək baş konsulluğa belə bir önəmli tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürlərini bildiriblər. OnlarKristal gecə” haqda danışaraq məhz 1938-ci ilin 9-10 noyabr tarixlərində bütün nasist Almaniyasında yəhudilərə qarşı genişmiqyaslı qırğınlara start verildiyinibu qanlı gecənin 1945-ci ilə qədər 6 milyonadək yəhudinin məhvi ilə nəticələnəcək Holokosta yol açdığını qeyd ediblər.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək XX əsrdə iki dəfə soyqırımına məruz qalmış Azərbaycan xalqının yəhudiləri yaxşı anladığını və Holokost faciəsi ilə bağlı yəhudi xalqının ağrılarını duya bildiyini qeyd edib. 1918-ci ilin mart soyqırımı haqda məlumat verən baş konsul bu soyqırımı zamanı erməni daşnaklarının bolşeviklərlə əlbir olaraq on minlərlə mülki Azərbaycan vətəndaşını amansızlıqla qətl etdiklərini, bu soyqırımı faktlarının 1919-cu ildə “Nyu-York Tayms” qəzeti də daxil olmaqla müstəqil mənbələr tərəfindən təsdiqləndiyini, eləcə də Qubada həyata keçirilən soyqırımı zamanı erməni daşnaklar tərəfindən azərbaycanlılar ilə yanaşı, yəhudilərin də qətliama məruz qaldıqlarını diqqətə çatdırıb. Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərin bununla bitmədiyini qeyd edən baş konsul N.Ağayev Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq tədbir iştirakçılarını 1992-ci ilin Xocalı soyqırımı haqda da məlumatlandırıb. Baş konsul bildirib ki, bu faciə tarixini və Azərbaycan xalqı ilə yəhudi xalqı arasındakı çoxəsrlik qardaşlıq münasibətlərini nəzərə alaraq, hər iki xalq dünyada belə faciələrin bir daha təkrarlanmaması üçün birlikdə səy göstərməlidir.

Holokost barədə danışan N.Ağayev, həmçinin qeyd edib ki, II Dünya müharibəsi dövründə Azərbaycan Avropadan qaçan on minlərlə yəhudiyə qucaq açaraq onları bu soyqırımından xilas edib.

Daha sonra İsrail kinematoqraflarının çəkdiyi, Holokosta həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-15 noyabr.-S.11.