Quliyev Bəşir Şükür oğlu 1936-cı ildə Cəlilabad rayonunun Şükürlü kəndində anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1977-ci ildən ADPU-nun Azərbaycan tarixi kafedrasında baş müəllim vəzifəsində işləyir. İki şeir kitabının müəllifidir.
Təzadlı məhəbbət
Qəribə sirri var bu təbiətin,
Hər kəsə verməyir ulu hikmətin,
Yarpaqlı, budaqlı köklər qürurlu,
Elə bil insandır canlı, şüurlu.
Yarpaqlar kök üstə nazlı bir gözəl,
Ona məhəbbəti əbədi, əzəl.
Yarpağın həyatı kökdədir ancaq,
Bilir ki, qopan tək olacaq xəzəl.
Ayrılıq sonudur, qalmağı
əsir,
Varlığı harasa daim tələsir.
Sevgisi cavabsız, canında qorxu,
Onunçun saralır, titrəyir, əsir.
Kökün məhəbbəti olduqca
qısa,
Sanki ləpələrin aldığı busə.
Tökülən yarpağa yox ehtiyacı,
Kökün nə vecinə, yarpaqlar küsə.
Yaz gələr, açılar
torpağın donu,
Təzədən geyinər yamyaşıl donu.
Yarpaqlar
kök üçün
adi bir bəzək,
Solmağı deyildir həyatın sonu.
Sevgilim
Duman olub yanağından öpərəm,
Bulud olub göz yaşımı
tökərəm,
Xəzri
olub düymələrin
sökərəm,
Bu həsrəti bir duysana, sevgilim!
Çiçək olub səpilərəm
yoluna,
Çələng olub dolanaram boynuna,
Bənövşə tək sığınaram qoynuna,
Bu həsrəti bir duysana, sevgilim!
Bulaq olub əllərini yuyaram,
İçsən əgər dodağında
yanaram,
Uzaqlaşsan, buz bağlayıb
donaram,
Bu həsrəti bir duysana, sevgilim!
Gülüş olub yanağına
qonaram,
Günəş olub həsrətindən
yanaram,
Varlığımda təkcə səni anaram,
Bu həsrəti bir duysana, sevgilim!
Dalğa
olub sinəm üstə alaram,
Külək olub saçlarını
dararam,
Eşqin
üçün ürəyimi
yararam,
Bu həsrəti bir duysana, sevgilim!
Mahnı
olub dodağından uçaram,
Qönçə olub əllərində
açaram,
Körpələşib qucağına qaçaram,
Bu həsrəti bir duysana ,
sevgilim!
Yuxu olub gözlərində yataram,
Sevincimi sevincinə qataram.
Vüsalıma, söylə, nə
vaxt çataram,
Bu həsrəti bir duysana ,
sevgilim!
Əbədi ayrılıq
Gündüzü aparır günəş
dalınca,
Buludlar dağılır
tufan qopunca.
Dünya
hərəkətdə, fələk
seçimdə,
Görmədim balamı gözü doyunca.
Əbədi ayrılıq dərdi
ağrılı,
Bir üzüm
gülürsə, biri
qayğılı.
Balamla yaşanan illər arxada,
Kainat sonsuzdur ,
dəniz dalğalı.
Zamanın yolları geriyə
bağlı,
Ordakı
sevinc də , kədər də dağlı.
Ruhların görüş yeri , röyam
mənim
Xəyallar aləmi , şirin nağıllı.
Çırpınır ürəyim düşdüyüm torda,
Yanıram alovsuz közərən qorda.
Yerlərə sığmayır dərdin
tüstüsü,
Ucalır göylərə yayılır
yurda.
Nədir
baxtımıza yazılan
yazı,
Bizə çoxmu gördün çiçəkli yazı.
İlahi!
Bağışla, küfr
etdim sənə,
Nəvəmlə isinir qışın ayazı.
Nənəmuç ovcumdan göyə
uçubdur,
Xəzər qucağından dalğa qaçıbdır.
Qaranlıq gecədə işıq
sevinci,
Qayada daş üstə çiçək
açıbdır.
Ötən, gələn günlərim
Gözlərimi oxşayan, suların
qırçınları,
Ağlamaqdan usanmış körpə
hıçqırıqları.
Qulağımda sevgimin həzin
pıçıltıları,
Xəyalımdan silinməz ömrün
ötən günləri!
Qəlbimin iniltisi, qayalarda
küləklər,
Çiyinlərimdə gəzən savab
yazan mələklər.
Görüşümə tələsən,
ağ xalatlı
həkimlər,
Arzulardan
silinməz
ömrün gələn
günləri.
Qanunları dəyişmək, təbiətin
ziddinə,
Əvvəlin də sonluğu
bir gün çatar həddinə.
Sevinc-kədər çaları bənzəməz
Çin
səddinə
Arzu-xəyal görüşü, ötən,
gələn günlərim!
Anam Ceyrana
Qayğılı görürəm yurdu-
yuvanı,
Gəzirəm hər yanı ,dağı-aranı.
Baxıram eyvana, bağa-bağçaya,
Tapmıram heç yerdə anam Ceyranı.
Payız
vaxtı gəldi, əcəl boranı,
Vurdu qəlbimizə
ağır yaranı.
Qara torpaq aldı bizdən payını,
Ayırdı bizlərdən anam Ceyranı.
Qoynumda saxlaram odu-qoranı,
Qaytara bilsəydim
arxa duranı.
Bir insan itirdim dünyadan
böyük,
Xatirəyə dönən anam Ceyranı.
Artıbdır həyətdə güleyşə
narı,
Nəvələr çoxalıb, tutub dörd yanı.
Nənə nağılına həsrətdi
onlar,
Tapa bilməyirlər
anam Ceyranı.
Saçına ələndi dağların
qarı,
Duman-çən bürüdü ulu diyarı.
Bahar çiçəyitək çovğuna
düşdün,
Bu tufan apardı
anam Ceyranı.
Ruhun gəzə bilsə bu çəmənzarı,
Duyardın çəkdiyim hər ahu-zarı.
Övladlar ürəyi sənin
məzarın,
Nəvələr yaşadar anam Ceyranı.
Müqəddəs sayılır insan
ilqarı,
Sevdin insanlığı,dini, Quranı.
Əməlin yerlərdə,əlin
göylərdə,
O göylər apardı anam Ceyranı.
Uşaqlıq anları yadıma
düşür,
Yenidən keçmişlə bir də görüşür.
O ləziz günləri xatırladıqca,
Titrəyir varlığım,qəlbim
üşüyür.
Hər səhər durardı alatoranı
Nehrədən ayırıb yağı-ayranı.
Yaxmac payımızı alardıq
ondan
Hamımız sevərdik anam Ceyranı.
Axşamüstü o,təndiri qalardı,
Alovundan yanağımız yanardı.
Toplanardıq ətrafına tabağın,
Hər birimiz kökə payın alardı.
Orucluqda
xoruzbanı durardı,
Süfrə açıb "obaşdanlıq”
qurardı.
Kərə yağda cücələri
bişirib,
Birdəfəlik həzm-rabə vurardı.
Söz deyəndə allanardı yanağı,
Biz olardıq onun
əziz qonağı.
Ləzzət ilə səhər-səhər
yeyərdik
Fincan dolu qatıq, südü, qaymağı.
Təmiz
idi qəlbi kimi əməli,
Suda idi bütün günü pak əli.
Nadinc idim, incidərdim sizləri
"Can”dan başqa bir söz bilməzdi
dili.
Nə şirindir günlərimin
ötəni,
Uzaq eldə
yad edərəm Vətəni.
Kərə yağla qarışdırıb
verərdi
Sac üstündə cincilimli
kətəni.
Rəna
ilə verərdiniz diz-dizə,
Dost-tanışlar qibtə
edərdi sizə.
Südün daşar, qışqırırdı
əmimsə,
Az danışın,
gələrsiniz bəd
gözə.
Yadımdadı, qoyun-quzu mələşir,
Çal
qoç ilə ağ qoçumuz
əlləşir.
Deyirdin ki, qurbanlıqdır bu qoçlar,
Atan gələr,
tez kəsərik, ay Bəşir.
Kəndimizin nə çox idi eh, dərdi,
Traktoru ala öküz,
qara kəldi.
Uşaq-böyük qoşardılar
arabaya,
O mərdləri sürərdilər
hara gəldi.
Səmənd atın kişnəməsi
qulağımda,
Çox
gəzirəm kəhər
atın sorağında.
İtirdiyim bir ömürün
sevincidir,
Qırışlanıb kədərlərim
yanağımda.
Xatirələr yaman
getdi uzaqlara,
Su səpildi alovlanan
çıraqlara.
Ülvi
olan doğmaları itirdikcə,
Ömrüm düşdü qəlb üşüdən sazaqlara.
Ölüm haqdır, dərdi
yaman sərt olur,
Yaşıl olan təbiət də tez solur.
Pak varlıqsan, sənin kimi ananın
Yeri rahat, məzarı nurla dolur.
Eşqin
qüruru olmaz
Çəmənlərin sevgisi şehə, çənə,
dumana,
Göz yaşları
axıdır onu qəlbdən duyana.
Üzünü çənli duman,
ayağın çəmən
yuyur,
Yarım
gəzməyə çıxmış,
günəş nura boyana.
Duyan ürək gərəkdir
təbiətin dərdini,
Sevgiyə bax, İlahi ! Ağladırsan çəməni.
Rəqibim həssaz, incə,
qəlbim
incədən- incə
Eşqin
qüruru olmaz
qısqanclıq boğur
məni.
Qəm yaddaşı
Hər gülüşdə bir ğöz yaşı,
Göz yaşları
dərd sirdaşı.
Görüşlərdə bir ayrılıq,
Ayrılıqsa qəm yaddaşı.
Bəzəklərin öz naxışı,
Naxışların düzü yaxşı.
Hər gözəlin öz baxışı,
Baxışlarsa qəm yaddaşı.
Yüksəlməyin enməyi var,
Düz getməyin
dönməyi var.
Çıraqların sönməyi var,
Sönməyisə qəm yaddaşı.
Ölüm həyatın qardaşı,
Hər ölümsə
bir başdaşı.
Başdaşları xatirələr
Xatirənsə qəm yaddaşı!
Palitra.-2017.-24 noyabr.-S.15.