Yollar qovuşanda...
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, professor Salidə Şərifova haqqında yazmaq qərarına gəldim: daha doğrusu, onun elmi , eləcə də bədii yaradıcılığından müəyyən fraqmentləri bir daha nəzərə çarpdırmaq istədim. Ona görə “bir daha” deyirəm ki, bu xanım alim, yazıçı respublikamızda, onun hüdudlarından kənarda da kifayət qədər tanınır. Onu tanıtdıran təkcə elmi əsərləri, bədii yaradıcılığı deyil, milli mənliyi, yüksək insani keyfiyyətə malik olan şəxsiyyətidir. Və sonuncu keyfiyyəti məni vadar etdi ki, bu yazını yazım. Etiraf edək ki, bu keyfiyyət bəzi elm adamlarında, eləcə də bəzi yazıçılarda... yoxdur. Amma olmalıdır; mütləq olmalıdır. Olmalıdır ki, yaşadığımız dövrdə-ölkəmizin möhkəm addımlarla irəlilədiyi bir vaxtda rastlaşdığı problemlərlə yanaşı, ilk növbədə QARABAĞ problemi həll edilsin. Çünki bu problemin həlli qaçılmazdır-günün prioritet məsələsidir...
Birinci haşiyə. Qələm sahibləri kövrək olurlar: xüsusi ilə də lirik duyğulu yazarlar; uşaq kimidirlər onlar-tez inciyir, tez də küsürlər, xoş bir təbəssümdən, xoş bir sözdən o saat sevinirlər. Dünyada onları sözdən çox sevindirən başqa bir şey yoxdur... onlara qalan elə sözdür də! İşıqlı sözün dalınca düşüb ömürləri boyu yol getmirlərmi? Özlərindən sonra nə qalır ki? Söz! O böyüklükdə Kişi-iyirminci əsr Azərbaycan nəsrinin azmanı Süleyman Rəhimovdan bir misal çəkmək, məncə, yerinə düşər... Deyirlər ki, o böyük söz ustasının “Göyərçin” jurnalında bir hekayəsi çap olunmuşdu və səhər jurnal köşklərə paylanacaqdı... Ustad səhər tezdən özünü yetirir köşklərin birinə; jurnaldan bir nüsxə alır, böyük maraqla hekayəsıni oxuyur. Elə bilirsiniz ki, bundan sonra o gedir iş-gücünün dalınca? Yox, bir qədər köşkdən uzaqlaşıb dayanır. Niyə? Görsün ki, hekayəsi çap olunan jurnalı alan var, ya yox? Görür ki, gələnlər digər qəzet və jurnallarla bərabər, ”Göyərçin”i də alırlar. Dərindən nəfəs alır və yoluna düzəlib gedir. Bütün günü “Göyərçin”də çap edilmiş hekayəsinin sevinci ilə yaşayır...
Bir vaxt mən də ona bənzər bir sevinclə yaşayırdım... “525-ci qəzet”də təzə bir hekayəm çap olunmuşdu: ”Tabut şəhər”i sayta qoymuşdular. Hər gün bir uşaq marağı ilə kompüterdə hekayəmə baxırdım və oxuyurdum... Təbii ki, sevinirdim: axı duyğularımı- məni, eləcə də bir çoxlarını düşündürən və narahat edən sosial bir məsələyə-qloballaşma dövründə insan zəkasına, insan ağlına sərhəd çəkmək istəyən, hamını özü kimi düşünməyə məcbur edən məmur özbaşınalığına qarşı çıxmışdım ... Yazıçının borcu nədir? Gördüyü, duyduğu neqativ hallara qarşı öz etirazını bildirmək, yaşadığı cəmiyyətin daha da sağlam olmasına çalışmaqdır da. Başqa məqsədi varsa, ta o, yazıçı deyil ki! O, şeytandır: əsl şeytan... Toplum arasına təfriqə salan, bir kənara çəkilib qəh-qəhə ilə gülən, sevincdən çiçəyi çırtlayan şeytan... Elə deyil ?!
İkinci haşiyə. Hə, sevinirdim... Çəkdiyim zəhmətə şəxsən məni tanımaya-tanımaya qiymət verildiyinə görə. Şübhəsiz, adları yaxşılar sırasında çəkilən müəlliflər də mənim kimi seviniblər. Niyə də sevinməsinlər?! Bu onların haqları idi, haqlarını heç bir təmənna güdmədən qiymətləndirmişdilər... Yenə saytı açdım ... Saytda bir məqalə dərhal diqqətimi cəlb etdi. Sövti-təbii hiss elədim ki, bu məqalədə mənim barəmdə nəsə yazılıb. Məqaləni Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifova yazmışdı. Məqalə belə adlanırdı:”Bədii nəsr” (2013-cü il materialları əsasında). Məqaləni axıradək oxudum. Mənə aid olan yerləri isə dönə-dönə nəzərdən keçirdim. Nə qədər fərəhləndiyimi təsəvvür edirsiniz?”Tabut şəhər” hekayəm ədəbi tənqidin nəzərindən qaçmamışdı.
Müəllif yazırdı : ”... 2013-cü ildə çap olunmuş hekayələr, əsasən, realizm üslubunda yazılmışdır, postmodern üslubda yazılmış nümunələrə nadir hallarda rast gəlmək olar. Bu baxımdan, Bayram İsgəndərlinin "Tabut şəhər” və Təranə Vahidin "Axşamüstü” hekayələri xüsusi maraq kəsb edir. Bayram İsgəndərli "Tabut şəhər” hekayəsində real və qeyri-real aləmlərin qarışması əsasında maraqlı bədii məkan yarada bilmişdir. Əsərin qəhrəmanı yuxuda qaranlıq dünyaya, daha qısası, Tabut şəhərinə düşür. Düşdüyü yerin hara olmasını soruşan qəhrəmana "Heç narahat olma, bu şəhərə gələndə hamımız sənin kimi olmuşuq. Əvvəl qaranlıqda heç nə görməmişik. Sonra qaranlığa alışmışıq... ” deyirlər. Tabut şəhəri müəllif tərəfindən müasir cəmiyyətin alleqoriyası kimi istifadə edilir.”
...Salidə Şərifovanın elmi fəaliyyəti haqqında ölkə mətbuatında, eləcə də xarici ölkə mətbuatında kifayət qədər yazılıb və elmi əsərləri görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilib. Lakin bəzi məqamları bir daha yada salmağı özümə borc bildim.
...Salidə Şərifova 200-dən çox elmi əsərin müəllifidir; 60-dan çox əsəri xarici ölkələrdə dərc edilib. Səkkiz monoqrafiya yazıb və yenilərini yazmaqdadır... Əsas elmi nailiyyətləri bunlardır:
-Milli ədəbiyyatda roman janrının iki mərhələdə yaranma nəzəriyyəsi;
- Roman-hekayənin “yeni konstruksiyasının xüsusiyyətləri;
-Müharibə romanı yeni tipinin formalaşması:
-Romanda janr qarışıqlığı
nəzəriyyəsi;
-Kreollaşmış romanların
romanın xüsusi növü kimi fərqlənməsi.
... Salidə xanım Azərbaycan Yazıçılar Birliyinin
üzvü olmaqla yanaşı, Azərbaycan
Jurnalistlər Birliyinin
“Qızıl Qələm”
mükafatı laureatıdır.
O, həmçinin Rusiya
Yazıçılar İttifaqının
Q. R. Derjavin adına
ordeni və M. A. Şoloxov adına beynəlxalq mükafata layiq görülüb. Bu il, yəni
2017-ci ildə Salidə
xanımın mükafatlarına
bir mükafat da əlavə olunub-Rəsul Rza adına mükafat.
Bir yazıçı, bir qələm yoldaşı
kimi məni Salidə xanımın bədii yaradıcılığı
daha çox maraqlandırır; bizim tərəflərdə -Naxçıvan
bölgəsində belə
bir ifadə tez-tez işlənir: ”Qan çəkir...
”Bəli, qan çəkir... Yazıçılıq
qanı... Salidə xanım həm
yaxşı alim, həm də istedadlı bir yazıçıdır. O, ədəbiyyatşünaslıqdan bədii yaradıcılığa
gəlmişdir. Onun bədii
əsərlərində elmi
təfəkkürlə bədii
təfəkkür bir-birinə
qovuşmuşdur.
Xalq yazıçısı
Çingiz Abdullayevin dediklərindən”...Salidə
Şəmməd qızı
Şərifova yazıçılığa
professional ədəbiyyatşünaslıqdan
addım atmışdır. Salidə Şəmmədqızı
uzun illərdir ki, müasir Azərbaycan nəsrinin janr problemlərinin tədqiqi ilə məşğuldur. Onun elmi
işləri müxtəlif
ölkələrin sanballı
elmi toplu və jurnallarında çap edilmişdir.”
...Salidə Şəmmədqızının
(Şərifovanın) toplu
halında çıxan
“Əriyən şam “ hekayələr kitabını vərəqləyirəm.
Kitabda aktual məsələləri
özündə əks
etdirən bir sıra maraqlı hekayələr verilmişdir.
“Əriyən şam”,
”İki məktəb”,
”Rəsmin taleyi”, ”Bankomatın sərgüzəşti”
, ”Musiqi müsabiqəsi”
hekayələri bu qəbildəndir...
“Əriyən şam
“hekayəsi qaçqın
uşaqların taleyinə
həsr edilib. Qaçqın
və məcburi köçkünlərə dövlətimiz
daim qaygı göstərir və bu qayğı artmaqdadır... Amma bəzi məmurlar
bu məsələ ilə bağlı üzərlərinə düşən
vəzifələri vicdanla
yerinə yetirmirlər.
O cür laqeyd insanların ucbatından Yunis kişinin-hekayənin
qəhrəmanının nəvəsi
Mübariz həkim qayğısı ilə əhatə oluna bilmir. Müəllif bunu təəssüf hissi ilə belə təsvir edir: ”Qaranlıq
düşmüşdü. Çadırda göz-gözü
görmədiyindən Yunis
kişi durub şam yandırdı. Şamın
ətrafı işıqlandırdığı
xəfif işığında
nəvəsinin solmuş
bənizini görürdü...
“
“İki məktəb“ hekayəsində isə tariximizə olan biganəlik kəskin tənqid olunur. Tarix dərslərinin Bəsti kimi-hekayənin qəhrəmanlarından biri
- savadsız, milli düşüncədən uzaq
olan müəllimlərə
tapşırılmasına etiraz edilir. Həcər-hekayənin qəhrəmanı qızına deyir ki, milli tariximiz
barədə anlayışı
olmayan ziyalılarımızın
dərs demələri
təhlükə olmaqla
yanaşı, faciədir.
Tarixin səhifələrini
unuda-unuda ”Xocalıya“ yol açdıq. Tarixi keçmişimizi unutmamalıyıq ki, bu günümüzü ləyaqətlə yaşayaq,
bu günümüz də gələcəyə
bir yoldur...
“Musiqi müsabiqəsi”
hekayəsində istedadın
qarşısını kəsən
“kötüklər”-istedadsızlar
kəskin tənqid atəşinə tutulur.
“Bankomatın sərgüzəşti”
hekayəsi postmodernizm
üslubunda yazılıb. Bu hekayədə müəllif
reallığı qabarıq
şəkildə təqdim
edir. Mənəvi və sosial
məsələləri ön
plana çəkir.
Belə
ki, hadisələr
2039-cu illərdə cərəyan
edir.Yaponiyaya xüsusi
bankomatlar sifariş edilir.Bu bankomatların əvvəlki bankomatlardan fərqli xüsusiyyətləri
var: ona yaxınlaşan adamları
görməklə yanaşı,
ürəkləri də
oxuyur. Kim ondan
pul oğurlamaq fikrinə düşürsə,
dərhal mərkəzə
xəbər verir.
Bankomatı sifariş
verənlər daha arxayındırlar: bankomatlardan
dələduzlar pul oğurlaya bilməyəcəklər...
Yaponiyadan göndərilən “Taro” adlı bankomat quraşdırılır. Artıq hər şey qaydasındadır; dələduzlar
ondan pul oğurlaya bilmirlər, insanlar rahatdırlar, maneəyə rast gəlmədən pullarını
bankomatdan götürürlər.
Amma... Gözlənilmədən bankomat dayanır...Səbəbini ustalar öyrənməyə çalışırlar.
Bankomatın çəkdiyi görüntülərdə
nə görsələr
yaxşıdır? Cəmiyyətə yad ünsürlər bir yerə toplaşıblar
və... bankomat onların hərəkətlərindən
utanaraq özünü
söndürüb.
Ustalar bankomatı
yenidən quraşdırırlar. O da üzdəniraq hadisələrlə
qarşılaşmayacağını düşünərək işləməyə
başlayır. Lakin...
Yenidən cəmiyyəti narahat edən hadisələrlə
üzləşir və
avtomatik olaraq özünü söndürür.
Hekayə
çox düşündürücü
bir sonluqla qurtarır:”Ustalar gəlib onunla nə qədər məşğul oldularsa, özünə gətirə
bimədilər. Ekranında sonsuz
səma görünürdü.
Ustalar bankomatın ekranındakı
bu sonsuzluğa baxanda, onun dərinliyində
özlərini itirirdilər.
Onlar bankomatın nəyə etiraz etdiyini bilmək həvəsi ilə onu qurdalayırdılar...”
Salidə
xanımın digər
hekayələrində-“Tərbiyəsiz”alim”,
”Başı bəlalı
məqalə”, ”Gözlənilməz
görüş”, ”Qara
yelin sorağında” hekayələrində də
bir sıra ciddi problemlər öz əksini tapmışdır.
Yazımı xalq yazıçısı Çingiz Abdullayevin sözləri ilə bitirmək istəyirəm:”...”Əriyən şam” toplusu bizim kiçik nəsr janr formalarının inkişafı kimi qiymətləndirilməlidir. Eyni zamanda, müəllif aktual və kəskin suallara toxunur, kiçikhəcmli əsərlərində bəşəri və ümummilli xarakter daşıyan problemləri açıqlayır. Bu xüsusiyyətlərinə görə Salidə xanımın yaradıcılığı aktual və müasirdir.”
P.S. Xalq yazıçısı Çingiz
Abdullayevin fikrinin mabədi
olaraq onu demək istəyirəm
ki, Salidə xanımın bir-birindən qidalanan, bir-birinə qovuşan
elmi və bədii
yaradıcılığı bu gün aktual və müasir olduğu kimi, sabah da
aktual və müasir olacaq, insanları düşündürəcəkdir...
Bayram İsgəndərli
Yazıçı
Palitra 2017.- 20 oktyabr.- S.13.