Oskar” mükafatına layiq görülən azərbaycanlı olmaq böyük şərəf olardı”

 

Murad Əliyev: “Xaricdən gələn rejissorlar üçünHollivuda girmək, demək olar ki, qeyri-mümkündür

 

Bu gün azərbaycanlı gənclərin xaricdəki uğurları gündən-günə artır. Gənclərimiz xaricdə bir çox sahələrdə uğurlu layihələr keçirərək ölkəmizi layiqincə təmsil edirlər. Həmçinin son illər film sahəsində də xaricdə özlərini təsdiq edən gənclərimizin adları hallanır. Müsahibimiz Murad Əliyev də bu sırada olan xaricdəki gənclərimizdəndir. Qeyd edək ki, Murad Əliyev Bakıda doğulub, böyüyüb. Bakı Türk Anadolu Liseyinin məzunudur. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr diplomu qazanıb. Sonra təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirib. Hazırda ABŞ-da yaşayır, neftqaz sahəsində çalışır. Bununla yanaşı, film sənayesində də özünü sınayaraq uğurlar əldə edib.

- İlk filminizi zaman çəkibsiz?

-Film ilə uşaqlıqdan maraqlanmışam. Əsasən, “Hollivudfilmlərinə marağım olub. O zamandan elə əlimə kamera götürüb bir şeylər çəkmək istəmişəm. Karyeramı isə texnika sahəsində qurmuşam. Kinoya hobbi kimi yanaşmağıma baxmayaraq, həmişə film nəzəriyyəsi ilə maraqlanmışam, məşhur rejissorların işləri yaradıcılıqlarını izləmişəm.

2008-ci ildə məktəb dostum Aydın Səlimov ilə film çəkməyi qərara aldıq. Onunla DRP Studio film şirkətini təsis etdik yazdığımız orijinal ssenari əsasında məzunu olduğumuz Bakı Türk Anadolu Liseyinin dram klubunun iştirakı iləQiymət cədvəlifilmini çəkdik. Dram janrında olan film 9-cu sinif şagirdi Teymurun həyatında ilk mühüm seçimi haqqındadır. Filmdə dostluq, müəllimə hörmət, ilk məhəbbət uşaqlıqdan gəncliyə keçid mövzuları əhatə olunur. Filmin premyerası 2011-ci ilin iyulundaAzərbaycankinoteatrında keçirilib.

2013-cü ildə DRP Studio nəzdində mənim Aydın Səlimovun ssenarisi əsasındaFeromonqısametrajlı filmini çəkdik. Film iki gəncin təsadüfi görüşü haqqındadır. Film 2016-cı ildə ABŞ-ın Konkord, New Hampshire şəhərlərində SNOB Film Festival/NEİF çərçivəsində premyera olundu. Həmin festivalda ABŞ-da xaricdə çəkilən filmlər müsabiqəsində ikinci yeri tutdu. Bundan əlavə, 2017-ci ildə ABŞ, Braziliya Hindistanın müxtəlif festivallarında nümayiş olundu.

- “Feromonfilmini çəkmək ideyası hardan gəldi?

- Bakı haqqında həmişə film çəkmək istəmişəm. ABŞ-ın Avropanın bir çox şəhərini ziyarət etsəm , Bakı kimi unikal gözəlliyi quruluşu olan şəhər görməmişəm. Ona görə məhz filmi Bakı haqqında çəkməyi qərara aldıq. Bununla belə, standart şəhər haqqında musiqi klipi çəkmək ideyasına qarşı idik. Ona görə şəhərin peyzajlarını ümumi hekayənin fonu eləməyi fikirləşdik.

Filmin hekayəsi bir növ eksperiment oldu. Bir tərəfdən təcrübəmin olmadığı romantik janrda çəkmək, digər tərəfdən isə filmdə ani əhval dəyişikliyi yaratmaq.

Film iki gəncoğlan qızın avtobus dayanacağında təsadüfi görüşü şəhərdə gəzişmələri haqqındadır. Birinci nəzərdən hər şeyin aydın olduğu düşünülsə , get-gedə bu görüşün dərəcədə təsadüfi olduğu sualı yaranır.

-ABŞ-da əcnəbi rejissorun uğur qazanması dərəcədə asandır?

-Ümumiyyətlə, ABŞ-da film sənayesinə daxil olmaq çox çətin işdir. Hollivuddaxili siyasi çəkişmələr ilə məşhurdur. Xaricdən gələn rejissorlar üçünHollivud”a girmək, demək olar ki, qeyri-mümkündür. Üstəlik indiki zəmanədə film yaratmaq daha ucuz olduğuna görə, istənilən şəxs istənilən büdcəyə film çəkə bilər. Texnologiyanın inkişafı mobil telefonla da film çəkməyə imkan verir. Təkcə keçən il ABŞ-da 2500-ə yaxın film festivalı qeydiyyatdan keçirilib. Müsabiqə inanılmazdı.

Bununla bərabər, prodüsserlər studiya böyükləri həmişə yeni ideya istedadlar axtarırlar. Misal üçün, keçən il 200 ABŞ dolları həcmində adiiPhoneilə çəkilən film böyük festivallarda birinci yerlər qazandı, mükafatlara layiq görüldü nəticədəHollivudstudiyalarının birinə 2 milyon ABŞ dollarına satıldı. Belə misallar çox olmasa da, məhz keyfiyyətli, dərin məzmunlu yeni ideyalar üzrə qurulan filmlər seçilə bilir.

-Yəqin ki, sizin Hollivudarzularınız var

-Əlbəttə. “Oskar” mükafatına layiq görülən azərbaycanlı olmaq böyük şərəf olardı. Ümumiyyətlə isəHollivudsəhnəsində filmimi nümayiş etdirmək özü-özünə bir nailiyyətdir. Bunları arzu kimi yox, məqsəd kimi tutmağı özümə borc bilirəm.

- ABŞ-da, əsasən, hansı mövzulu filmlərə maraq var?

-Maraq ildən-ilə dəyişir. “Karib dənizinin quldurlarıfilmindən öncə heç kim piratlar dəniz sərgüzəştlərinə baxmaq istəmirdi. Taxt oyunlarıserialı cəngavər janrına yenidən maraq yaratdı. Beş il əvvəlgizli kamerailə çəkilən dəhşət filmləri populyar oldu. Əlbəttə, maraq kommersiya ilə dəstəklənir. Əgər pul verəcək insan yoxdursa, film çəkilməyəcək. Hər şeyi bazar iqtisadiyyatı təyin edir.

-Prespektivdə kimi filmlər çəkməyi planlayırsız?

-Hazırda 2016-cı ildə çəkdiyimizŞtampfilmini festivallara təqdim etməklə məşğuluq. Filmdə tanınmış Azərbaycan aktyoru, “Babəkfilmində Babəkin oğlu Buğday rolu ilə məşhurlaşan Məhəmməd Verdizadə baş rolu ifa edir. Elmi fantastika janrında olan film azad seçim tale mövzularına toxunur. Filmi gələn il təqdim eləməyi düşünürük.

Bundan əlavə, hazırda iki tammetrajlı film ssenarisi üzrə gedir. Birinicisi, üç yaxın yoldaşın dostluqlarının çətin sınağa tutulması haqqında filmdir. Dram janrındadır. Digəri isə yaxın gələcəkdə dünya əhalisini məhv edən xəstəlik fonunda cəmiyyətin sağ qalmaq üçün mübarizəsindən danışan elmi-fantastik filmdir.

Buna paralel olaraq komiks janrında olan qrafik kitab üzərində işlər gedir. Bu layihə tezliklə işıq üzü görəcək.

 

Fuad Hüseynzadə

Palitra  2017.- 26 oktyabr.- S.7.