MÜSLÜM
MAQOMAYEVƏ HƏSR EDİLMİŞ YARADICILIQ GECƏSİ
KEÇİRİLİB
SSRİ xalq artisti
Müslüm Maqomayevin
anadan olmasının
75 illiyi münasibətilə
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində
(RİMM) gənc ifaçıların
yaradıcılıq gecəsi
keçirilib.
Tədbir
iştirakçıları əvvəlcə Müslüm
Maqomayevin həyat və yaradıcılıq
yolundan bəhs edən sərgi ilə tanış
olublar.
“Rossotrudniçestvo” Agentliyinin
Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Valentin Denisov tədbirdə çıxış edərək
dünya şöhrətli
müğənni və
bəstəkar Müslüm
Maqomayevin musiqi mədəniyyətinə töhfələrindən
danışıb. Vurğulayıb ki, 1962-ci ildə Helsinki şəhərində Gənclərin
və Tələbələrin
VIII Ümumdünya Festivalındakı
uğurlu çıxışı
Müslüm Maqomayevə
geniş şöhrət
gətirib.
Yaradıcılıq gecəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aslan Əzimzadə, Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının tələbəsi
Orxan Cəlilov və akademiyanın məzunu Ramil Hüseynli Müslüm Maqomayevin repertuarından əsərlər səsləndiriblər.
Palitra 2017.- 14 sentybar.- S.15.