“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 42-ci kitabı çapdan
çıxıb
Bizim bayrağımız
qürur mənbəyimizdir. Bizim bayrağımız
canımızdır, ürəyimizdir.
Bu gün Azərbaycanın
hər bir yerində dövlət bayrağı dalğalanır.
Azərbaycan ərazi bütövlüyünü
bərpa edəndən
sonra milli dövlət bayrağımız
bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız
Dağlıq Qarabağda,
Xankəndidə, Şuşada
dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Eşq olsun, Azərbaycan bayrağına!
Yaşasın, Azərbaycan!
AZƏRTAC xəbər verir ki, “İlham
Əliyev. İnkişaf
- məqsədimizdir” çoxcildliyinin
42-ci kitabında yer alan bu fikirləri Prezident İlham Əliyev 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının
açılış mərasimindəki
nitqində söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin buraxılışına
məsul olduğu “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin
42-ci kitabında toplanan
materiallar 2010-cu ilin iyulundan oktyabr ayınadək dövrü
əhatə edir.
Çoxcildliyin 42-ci nəşri Prezident İlham Əliyevin
UNESCO-nun baş direktoru
xanım İrina Bokova ilə görüşünə dair
materialla başlayır.
Nəşrin 42-ci kitabında dövlətimizin
başçısının Türkiyəyə, Özbəkistana
və ABŞ-a rəsmi
səfərləri, həmçinin
Türkiyə və Rusiya prezidentlərinin Azərbaycana səfərləri
zamanı bu ölkələrin dövlət
və hökumət başçıları ilə
ölkələrimiz arasında
əlaqələrin inkişafına
dair danışıqlarına
dair materiallar yerləşdirilib. Kitabda Türkiyə Prezidenti
Abdullah Gülün ölkəmizə
rəsmi səfəri
çərçivəsində “Azərbaycan Respublikası
və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq
və qarşılıqlı
yardım haqqında Müqavilə”nin, həmçinin dövlətimizin
başçısının qardaş ölkəyə
rəsmi səfəri
zamanı Azərbaycan
və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının
qurulması haqqında
Birgə Bəyannamənin
imzalanmasına dair informasiyalar oxuculara təqdim olunur. Bundan başqa, kitabda Prezident İlham Əliyevin
ABŞ-a səfəri çərçivəsində
Birləşmiş Ştatların
Prezidenti Barak Obama ilə görüşünə
dair materiallar, həmçinin BMT Baş
Məclisinin 65-ci sessiyasındakı
çıxışı yer
alıb.
Azərbaycan Prezidenti bütün
görüş və
danışıqlarında diqqəti Ermənistanın
işğalçılıq siyasətinə yönəldib,
dünya ictimaiyyətini
regionun inkişafına
əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn norma
və prinsipləri çərçivəsində həllinə dəstək
olmağa çağırıb.
Kitabda dövlətimizin
başçısının müqəddəs Ramazan ayı münasibətilə
müsəlman ölkələrinin
Azərbaycandakı səfirləri,
eləcə də
ATƏT-in, Avropa İttifaqının,
Dünya Bankının,
ABŞ-ın, Rusiyanın,
Niderlandın, İranın,
Ukraynanın ölkəmizə
səfər etmiş yüksək vəzifəli
və nüfuzlu şəxslərini qəbul
etməsinə dair materiallar da toplanıb.
Çoxcildliyin 42-ci kitabına Türkdilli
Ölkələrin Dövlət
Başçılarının X zirvə toplantısına,
Azərbaycan, Gürcüstan,
Rumıniya və Macarıstan dövlət başçılarının dördtərəfli
görüşünə, Prezident İlham Əliyevin “Caspian Agro” III beynəlxalq
kənd təsərrüfatı,
ərzaq emalı və qablaşdırma sərgisində iştirakına
və MDB ölkələrinin
kəşfiyyat xidmətləri
və təhlükəsizlik
orqanları rəhbərləri
müşavirəsinin Bakıda
keçirilən XI iclasının
iştirakçıları ilə görüşünə
dair materiallar daxil edilib.
Nəşrin bu cildində, həmçinin dövlətimizin
başçısının bölgələrə səfərləri
zamanı söylədiyi
nitqlər və ictimaiyyətin nümayəndələri
ilə görüşlərindən
bəhs edən informasiyalar toplanıb. Bu materiallar
arasında Prezident İlham Əliyevin Kür çayının
daşması nəticəsində
yaranan təbii fəlakət zamanı Hacıqabul rayonunun Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar
üçün yeni tikilən mənzillərin
açılışında, Qəbələ, Qusar rayonlarında, Naxçıvan
Muxtar Respublikasında,
paytaxt Bakıda müxtəlif infrastruktur obyektlərinin istifadəyə
verilməsi mərasimlərində
iştirakı barədə
informasiyalar, həmçinin
dövlətimizin başçısının
Nazirlər Kabinetinin
2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş iclasında giriş və yekun nitqləri
də xüsusi maraq doğurur.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri
daxil edilib.
“Azərnəşr” tərəfindən
buraxılan 42-ci cildin hazırlanmasında
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə
olunub.
Palitra 2017.- 19 sentyabr.- S.3.