Molla Pənah Vaqif təsviri realizmin banisi kimi

ADPU-da respublika elmi-praktik konfransı keçirilib

 

 

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a daxil olan məlumata görə, sentyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuşMolla Pənah Vaqif təsviri realizmin banisi kimiRespublika elmi-praktik konfransı keçirilib. Konfransda millət vəkili, yazıçı-publisist Aqil Abbas, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimov, ali təhsil müəssisələrinin alim-mütəxəssisləri gənc tədqiqatçılar iştirak ediblər. Konfrans iştirakçıları öncə Molla Pənah Vaqifin əsərlərindən, eləcə şairin həyat yaradıcılığına həsr olunmuş əsərlərdən ibarət kitab sərgisi ilə tanış olublar.

 Konfransı ADPU-nun rektoru, professor Cəfər Cəfərov giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il  yanvar ayının 12-də “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqındaSərəncam imzalayıb. Azərbaycan Prezidentinin bu Sərəncamının icrası ilə əlaqədar Təhsil naziri cənab Mikayıl Cabbarov müvafiq əmr imzalayıb. Bugünkü konfrans həmin Sərəncama əmrə əsasən keçirilir.

Molla Pənah Vaqifin adının UNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həm siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik uzaqgörənlik nümayiş etdirmişdir.

Gözəllik məhəbbət şairi olan Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş yubileyi keçirilmişdir. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş 600-ə yaxın tarixi-memarlıq abidəsini talayıb məhv etmiş, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərini Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar.

Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün aktuallığını qoruyan həllini gözləyən mühüm məsələlərdəndir.  Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

 

Millət vəkili, yazıçı-publisist Aqil Abbas, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimov Vaqifin ədəbiyyatımızın inkişafında, ana dilimizin zənginləşməsində böyük xidmətləri olduğunu vurğulayaraq konfransın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

Konfransda Molla Pənah Vaqiflə bağlı videoçarx nümayiş etdirilib.

Plenar iclasda Filologiya fakültəsinin dekanı, professor Buludxan XəlilovunMolla Pənah Vaqifin özü tarixin sözü”, Azərbaycan dünya ədəbiyyatı kafedrasının professoru Təyyar Salamoğlunun “ XX əsrin 20-30-cu illərinin ədəbi-nəzəri fikirində Vaqif (Salman Mümtazın tədqiqatları əsasında)” mövzularında məruzələri dinlənilib. Məruzələr konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonra konfrans öz işiniMolla Pənah Vaqifin ədəbi irsinə yeni baxış”, “Molla Pənah Vaqif  yaradıcılığında dil üslub xüsusiyyətləri”, “Molla Pənah Vaqifin ictimai-siyasi xadim şair kimi tədrisi məsələləriadlı 3 elmi bölmədə davam etdirib. Bölmələrdə ümumilikdə 44 məruzə dinlənilərək müzakirə edilib. Sonda bölmə rəhbərlərinin hesabatları dinlənilib   müvafiq qərarlar qəbul edilib.

 

Palitra  2017.- 29 sentyabr.- S.13.