Şəfa Qurbanova: “Xarici dilin tədrisinin daha da aktiveffektiv olması üçün İKT-nin tətbiqi vacib şərtdir”

 

“İKT -nin tədrisdə istifadəsi bizə əlavə vaxt qazandırır, tədrisin keyfiyyətini yüksəldir, müasir biliklərə yiyələnməyə kömək edir, hər hansı bir mövzuda yeniliklərdən xəbərdar oluruq

 

İnkişaf etmiş ölkələrdə olduğu kimi, son zamanlar respublikamızda da təhsil sahəsində informasiya kommunikasiya texnologiyaları tətbiq etməklə, təhsildə innovativ texnologiyanın, keyfiyyətin artırılmasına xüsusi yer verilir. Hazırda ölkədə təhsilin informasiyalaşdırılmasına dair hüquqi baza yaradılıb, məktəblərə kompüter, noutbukelektron lövhələr verilir, şəbəkə avadanlıqları ilə təmin edilməkdədir. İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada göstərilir ki, milli-mədəni irsin qorunması, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə geniş istifadə üçün təyin edilmiş elektron resurslar inkişaf etdirilməlidir.

 

İnformasiya cəmiyyətinin formalaşmasında dövlətin rolu kimi elm, təhsil və mədəniyyətin sürətli inkişafı, elmtutumlu informasiyatelekommunikasiya texnologiyaları məhsullarının yaradılması və istehsalı üçün əlverişli şəraitin formalaşdırılması öz əksini tapıb. Təhsilli gənc nəslin yetişdirilməsi, onların müasir texnologiyaların fəal istifadəçiləri, yaradıcıları kimi formalaşması, İKT-nin təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulması, rəqəmli təhsil informasiya ehtiyatlarının yaradılması, müəllimlərin kompüter biliklərinin artırılması, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, xüsusi qayğı tələb olunan sosial qruplar da nəzərə alınmaqla, fasiləsiz təhsil konsepsiyasının formalaşdırılması və inkişaf etdirilməsi E-təhsilin əsas məqsədlərindəndir. Bu istiqamətin məqsədlərinə çatmaq üçün milli təhsil şəbəkəsinin inkişaf etdirilməsi və bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasının təmin olunması nəzərdə tutulur. Burada, həmçinin təhsilin resurs mərkəzinin və təhsil prosesini dəstəkləyən elektron tədris vasitələrinin inkişaf etdirilməsi, bütün təhsil pillələri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması və dərs vəsaitlərinin texnoloji inkişafa uyğun müasirləşdirilməsi, mərkəzləşdirilmiş virtual tədris platformasının yaradılması və təhsilin idarə olunması sisteminin inkişaf etdirilməsi, təhsildə İKT-nin səmərəli istifadəsinin təşkili də öz əksini tapıb.

Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramında isə cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsi və yeni texnologiyalara inamın artırılması öz əksini tapıb. Gözlənilən nəticələrə gəldikdə isə göstərilir ki, təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə genişləndiriləcək. Bu gün ölkəmizdə müəllimlər İKT-nin imkanlarından yararlanaraq, onun təhsil sistemində tətbiqinə nail ola biliblər. Hansı fənnin tədrisindən asılı olmayaraq müəllimlərin İKT-nin imkanlarından geniş istifadə etdikləri göz önündədir.

Layihə çərçivəsində müsahibimiz Bakı Slavyan Universitetinin Məktəb-lisey kompleksinin fransız dili müəllimi Şəfa Qurbanovadır:

- Xarici dilin tədrisində İKT-nin rolunu necə qiymətləndirirsiniz?

- Müasir dövr informasiya kommunikasiya texnologiyaları dövrüdür. Bu gün həyatımızı internetsiz təsəvvür etmək çətindir. İnsan daim informasiya almaq ehtiyacındadır. Həyatımızın hər bir sahəsində informasiya kommunikasiya texnologiyalarının funksiyasına şahid oluruq. Azərbaycanda İKT-nin inkişafı son illərdə Prezidentin apardığı islahatlar nəticəsində effektiv nəticə verməkdədir. Xarici dillərin tədrisi artıq müasir metodlarla həyata keçirildiyi üçün həm öyrənən, həm də öyrədən tərəf üçün kompüterinternet çox böyük əhəmiyyət kəsb edir. Hazırda istifadə etdiyimiz kommunikativ, interaktiv metodlar kompüterinformasiya texnologiyasız təsəvvür edilə bilməz. Kommunikativ təlim xarici dillərin tədrisində üstünlük təşkil edir. Kommunikativ metod öyrədənlə öyrənən arasında aktiv ünsiyyət yaratmaq, müxtəlif növ mövzularda müzakirə etmək və dil baryerinin aşılması prosesində ən vacib metod hesab olunur. Xarici dilin tədrisinin daha da aktiveffektiv olması üçün İKT-nin tətbiqi vacib şərtdir. Dərslikdə verilmiş mövzuya aid şəkillər, yeniliklər, musiqiya qəzet materialı o mövzunu daha da dərindən öyrənməyə, daha yaxşı yadda saxlamağa kömək edir.

-Elektron lövhələr fransız dilinin tədrisi üçün hansı imkanlar yaradır?

- F.Veysə görə, “xarici dilin tədrisində sözlərin öyrənilməsi, qrammatik material, eyni zamanda öyrənilənlər ətrafında müzakirələr, mətnlər, dialoqlar əyləndirici olsa tələbə və şagirdlər öz fikirlərini daha sərbəst ifadə edəcək”. Bu, həmçinin onlarda yaradıcılıq keyfiyyətini, dil öyrənmə bacarığını gücləndirəcək. İnteraktiv metod burada işə yarayır və təqdim edilən yeni sözlər tərcümə edilmədən şəkillər üzərində təqdim edilir, sonra bu mövzuya uyğun qrammatik materialdialoqlar, mətnlər bir tam dərsi əhatə edir. Bəzən biz elektron lövhədə internet şəbəkəsində təqdim edilmiş dərsi və ya mövzunu bütövlükdə istifadə edirik. Fransız dili üçün bu imkanlar genişdir.

-İKT-dən istifadə tədrisin keyfiyyətini yüksəldirmi?

- İKT-nin tətbiqi tələbə və şagirdin motivasiyasını yüksəldir, onlar arasında informasiya mübadiləsində, mövzunun müzakirə edilməsində, ən son məlumatları istifadə etməkdə əvəzsiz rolu var. Bundan başqa, artıq Azərbaycanın bir çox universitetlərində mövcud olan Distansion təhsil sistemiinformasiya texnologiyalarının elmə və təhsilə böyük təkanı hesab edilə bilər. Tələbələrin məsafədən asılı olmayaraq, seçdiyi universitetin, ixtisasın fənn mühazirələrini dinləməsi, birbaşa əlaqə ilə imtahan verməsi, qısa müddətə, yol xərci və s. digər maliyyə itkisi olmadan peşə sahibi olması, bütün bunlar yalnız inkişaf etmiş dövlətlərdə olurdu. Amma bu gün biz bunlara artıq tamaşaçı kimi baxmırıq, həm də bu hədəfləri gerçəkləşdiririk. Gənc nəslin bu gün İKT ilə sıx münasibətdə olması müəllimləri də müxtəlif metodlardan istifadə etməyə sövq edir. Biz çalışırıq ki, onlar cəmiyyətə yararlı, hədəflərinə doğru addımlayan gənclər olsunlar.

Bu reformlar, İKT-nin istifadəsi Avropada (Open Discovery in School (ODS)) 2012-ci ildən başlayaraq maliyyələşdirilib və proqramda müəllimlərin müasir informasiya texnologiyalarından istifadə edə bilmələrinə, məşqlərə və onların formalaşmasına dəstək verilib. Amma Brüsseldə proqramın müzakirəsi zamanı məlum olub ki, əksər müəllimlərin sadə kompüter istifadəsində çətinlik varmüasir İKT-dən tədrisdə istifadə edilə bilməsi üçün müəyyən vəsait tələb ediləcək. Bu, xüsusilə uzaq rayon və kəndlər də daxil olmaqla böyük bir ərazidə həm şagird, həm də müəllimləri əhatə edəcək maliyyələşdirilmiş bir proqram idi. İKT -nin tədrisdə istifadəsi bizə əlavə vaxt qazandırır, tədrisin keyfiyyətini yüksəldir, müasir biliklərə yiyələnməyə kömək edir, hər hansı bir mövzuda yeniliklərdən xəbərdar oluruq. Müəllimlər çalışıb bu inkişafa ayaq uydurmalı, texnikainformasiya dövrünün inkişafından yararlanmalıdırlar. Hansı fənn olursa-olsun, müasir texnikainternet tədrisə daxil edilməlidir.

Nigar Abdullayeva

Palitra.-2017 7 yanvar.-S.11.